ümumi təhsil müəssisələrində təhsilalanlara mülki müdafiənin öyrədilməsi 5.1. Mülki müdafiə, Mülki müdafiə və tibbi biliklərin əsasları — ali təhsil müəssisələrində əyani və qiyabi təhsilalma formalarında bütün təhsilalanlara öyrədilməsi məcburi olan fənnlər sayılır və tədris planlarına xüsusi fənnlər kimi
daxil edilir.
5.2.Ali təhsil müəssisələrinin tələbələrinə Mülki müdafiə, Mülki müdafiə və tibbi
biliklərin əsasları fənnləri qüvvədə olan proqramlara müvafiq tədris edilir.
5.3. Tələbələrə MM öyrədilməsi üzrə əsas vəzifələr aşağıdakılardır:
5.3.1. sülh və müharibə dövrlərindəki fövqəladə hallarda fəaliyyət göstərmək və ali təhsil müəssisələrində aldıqları ixtisasa müvafiq olaraq, obyektlərin sabit işinin
təmin edilməsi üsullarını öyrənmək;
5.3.2. tibbi biliklərin əsaslarına yiyələnmək və fövqəladə hallarda əməli olaraq
tibbi yardım göstərməyi bacarmaq;
5.3.3.ümumi təhsil müəssisələrinin 2, 5, 6-cı siniflərində mülki müdafiə və tibbi-
sanitariya hazırlığı fənnləri üzrə məşğələlər aparmağı bacarmaq.
5.4. Xüsusi fənn olmaqla mülki müdafiə üzrə məşğələlər bütün ali təhsil müəssisələrinin yuxarı kurslarında iki semestr, tibbi biliklərin əsasları isə dörd
semestr ərzində keçirilir.