III. Obyektlərin rəhbər, komandir-rəis heyətlərinin, mülki müdafiə qüvvələrinin və mülki müdafiə mütəxəssislərinin hazırlanması 3.1. Rəhbər heyətin hazırlığı bilavasitə təsərrüfat obyektlərində, ərazi və sahə
mülki müdafiə orqanları tərəfindən keçirilən tədris-metodiki toplanışlarda, əlavə təhsil müəssisələrində (universitetlər, institutlar, mərkəzlər və s.) və mülki müdafiə
kurslarında yerinə yetirilir.
3.2. Obyektlərdə rəhbər, komandir-rəis heyətləri və işçilərdən, habelə tələbələrdən
ibarət hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin şəxsi-heyətinin hazırlığı
qüvvədə olan proqramlara müvafiq həyata keçirilir. Rəhbər, komandir-rəis
heyətlərinin ixtisasartırma institutlarında və mülki müdafiə kurslarında
hazırlanmasına isə müvafiq proqramlar həcmində vaxt ayrılır.
3.3. Onlar həmçinin tədris ili ərzində ən çoxu 5 — 7 gün istehsalatdan ayrılmaqla
keçirilən məşğələlərdə, məşqlərdə, toplanışlarda hazırlanır, yeni vəzifəyə təyin
olunandan sonra isə hər 5 ildən bir mülki müdafiə kurslarında hazırlıq keçirlər.
3.4. Mülki müdafiənin rəhbər heyəti və mütəxəssisləri mərkəzi mülki müdafiə və
Naxçıvan Muxtar Respublikasının mülki müdafiə kurslarında, ali təhsil müəssisələrinin mülki müdafiə müəllimləri pedaqoji kadrların ixtisasının
artırılması və yenidən hazırlanması institutunda ixtisasartırma kursunda keçirlər,
hərbi mülki müdafiə mütəxəssisləri isə Azərbaycan Respublikası mərkəzi mülki
müdafiə kursunda, hərbi təhsil müəssisələrində, habelə müvafiq sazişlərə əsasən
xarici ölkələrin ixtisaslaşdırılmış müəssisələrində hazırlanırlar.
3.5. Mülki müdafiə mütəxssisləri və müəllimləri ali təhsil müəssisələrində yaradılmış müvafiq fakültələrdə də (kafedralarda) xüsusi proqram üzrə hazırlana
bilər.