Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan


  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Fövqəladə  hallar  üzrə  Komissiyası haqqında təqdim olunan Əsasnamə təsdiq edilsin.  6



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə90/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   86   87   88   89   90   91   92   93   ...   218
Mülki müdafiə (Mühazirələr)

5.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Fövqəladə  hallar  üzrə 
Komissiyası haqqında təqdim olunan Əsasnamə təsdiq edilsin. 
6.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Fövqəladə  hallar  üzrə 
Komissiyasına qəza-xilasetmə, qəza-bərpa işlərinin və digər təxirəsalınmaz işlərin 
təşkili və yerinə yetirilməsi zamanı rabitə və xəbərvermə şəbəkəsindən ilk növbədə 
üstünlüklə istifadə etmək ixtiyarı verilsin. 
7.  Azərbaycan  Respublikasının  Dövlət  Tikinti  Komitəsinə  tapşırılsın  ki, 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Fövqəladə hallar üzrə Komissiyası, 
Azərbaycan  Respublikası,  Mülki  Müdafiə  qərargahı,  Azərbaycan  Respublikası 
Dövlət  Yanacaq  Komitəsi,  «Azərineft»  Dövlət  Konserni,  Azərbaycan  Dəmir  Yol 
İdarəsi,  «Azərenerji»  istehsalat  birliyi,  «Azərneftkimya»  istehsalat  birliyi, 
«Azərqaznəql»  istehsalat  birliyi,  «Azərnəqliyyatyoltikinti»  birliyi,  «Azərqur» 
səhmdar 
firması, 
«Azərtunelmetrotikinti» 
istehsalat 
birliyi, 
«Azəraqrosənayetikinti»  istehsalat  birliyi,  «Bakı  baş  tikinti»,  «Azərenerjitikinti» 
tresti  ilə  birlikdə  və  Naxçıvan  Muxtar  Respublikası  Nazirlər  Kabinetinin, 
respublika şəhərləri və rayonları icra hakimiyyəti orqanlarının iştirakı ilə fövqəladə 
hallar  rayonlarında  həyat  təminatı  obyektlərində  bərpa  işlərinin  aparılması  üçün 


müvafiq  tikinti,  ixtisaslaşdırılmış  və  quraşdırma  təşkilatlarının  tərkibində  qəza-
bərpa  dəstələrinin  yaradılması  qaydasını  müəyyənləşdirilib  3  ay  ərzində  Nazirlər 
Kabinetinə təqdim etsinlər. 
8.  Azərbaycan  Respublikası  Mülki  Müdafiə  Qərargahı,  Azərbaycan 
Respublikası  Rabitə  Nazirliyi,  Azərbaycan  Respublikası  Dövlət  Televiziya  və 
Radio  Verilişləri  Şirkəti  ilə  birlikdə  Naxçıvan  Muxtar  Respublikası  Nazirlər 
Kabinetinin,  Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  Fövqəladə  hallar  üzrə 
Komissiyasının,  Azərbaycan  Respublikası  Milli  Təhlükəsizlik  Nazirliyinin  və 
digər əlaqədar nazirliklərin və baş idarələrin iştirakı ilə 6 ay müddətində respublika 
rayon  və  şəhər  icra  hakimiyyəti  orqanlarını  təsərrüfat  orqanlarını,  habelə  əhalini 
yaranmış  fövqəladə  hallar  və  onun  nəticələrinin  aradan  qaldırılmasının  gedişi 
barədə  məlumatlandırmaq  üçün  fəaliyyət  göstərən  xəbərdarlıq  və  müntəzəm 
məlumatlandırma  sisteminin  (o  cümlədən  bilavasitə  kütləvi  informasiya  vasitələri 
ilə) səmərəliyini yüksəltmək sahəsində tədbirlər görsünlər. 
9.  Azərbaycan  Respublikası  Mülki  Müdafiə  Qərargahı  Azərbaycan 
Respublikası  Ədliyyə  Nazirliyi,  Azərbaycan  Respublikası  Nazirlər  Kabineti 
yanında  Dövlət  Maddi  Ehtiyatlar  Komitəsi,  Azərbaycan  Respublikası 
Dövləttəchizkomu,  Azərbaycan  Respublikası  Dövləttikintikomu,  Azərbaycan 
Respublikası  Daxili  İşlər  Nazirliyi,  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi, 
Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyi  ilə  birlikdə  Azərbaycan  Respublikası 
Nazirlər  Kabinetinin  Fövqəladə  hallar  üzrə  Komissiyasının,  respublikanın  digər 
əlaqədar  nazirliklərinin,  baş  idarələrinin  iştirakı  ilə  fövqəladə  halların  qarşısının 
alınması,  belə  hallarda  fəaliyyət  üzrə  Azərbaycan  Dövlət  Sisteminin  qəza-
xilasetmə və qəza-bərpa daimi hazırlıq dəstələrinin fəaliyyətinin hüquqi və maliyyə 
əsaslarını müəyyən edən normativ sənədlərin layihəsini 3 ay müddətində hazırlayıb 
Nazirlər Kabinetinə təqdim etsinlər. 
10. 
Azərbaycan 
Respublikası 
Dövlətiqtisadplankomu, 
Azərbaycan 
Respublikası,  Dövləttəchizkomu,  Azərbaycan  Respublikası  Dövləttikintikomu, 
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Maliyyə 
Nazirliyi,  Azərbaycan  Respublikası  Dövlətəməkkomu,  Azərbaycan  Respublikası 
Nazirlər  Kabinetinin  Fövqəladə  hallar  üzrə  Komissiyası  və  Azərbaycan 
Respublikası Mülki Müdafiə Qərargahı respublikanın digər əlaqədar nazirliklərinin 
və  baş  idarələrinin  iştirakı  ilə  fövqəladə  halların  qarşısının alınması, belə  halların 
nəticələrinin  aradan  qaldırılması  üzrə  tədbirlərin  maddi-texniki  təminatı, 
maliyyələşdirilməsi, bu tədbirlərdə iştirak edən vətəndaş və təşkilatların əməyinin 
ödənilməsi,  zərərçəkənlərə  göstərilən  kömək,  vətəndaşların  məşğələlərə  xüsusi 
məşqlərə cəlb edilməsi ilə, habelə lazımi elmi-tədqiqat işlərinin həyata keçirilməsi 
ilə  əlaqədar  xərclərin  aparılması  qaydalarına  dair  Azərbaycan  Respublikası 
Nazirlər Kabinetinə müvafiq təklifləri 2 ay müddətində təqdim etsinlər. 
11.  «Azəravtonəqliyyat»  Konserni,  Azərbaycan  Dəmir  Yolu  İdarəsi, 
Azərbaycan  Hava  Yolları  Dövlət  Konserni  «AZAL» Azərbaycan  Xəzər  Dəniz 
Gəmiçiliyi‖  Qapalı  Səhmdar  Cəmiyyəti,  Azərbaycan  Respublikası  Nazirlər 
Kabineti  Fövqəladə  Hallar  Üzrə  Komissiyasının  tələbi  ilə  öz  vəsaiti  hesabına 
fövqəladə  halların  nəticələrinin  aradan  qaldırılmasına  lazımi  qoşun  hissələrinin, 


xüsusi  dəstələrin,  qrupların  və  yüklərin  fəlakət rayonlarına  və  geriyə  daşınmasını 
ilk növbədə təmin etsinlər.
 [1]
 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Fövqəladə  Komissiyasına 
zəruri  hallarda  bu  məqsədlər  üçün  Azərbaycan  Respublikası  Daxili  İşlər 
Nazirliyinin,  Müdafiə  Nazirliyinin,  habelə  digər  nazirliklərin  və  baş  idarələrin 
nəqliyyat vasitələrini cəlb etmək ixtiyarı verilsin. 
12.  Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  Fövqəladə  hallar  üzrə 
Komissiyasının təqdim olunan heyəti təsdiq edilsin. 
Müəyyən  edilsin  ki,  Naxçıvan  Muxtar  Respublikası  Nazirlər  Kabinetinin 
Fövqəladə  hallar  üzrə  Komissiyasının  sədri,  rayon  və  şəhər  icra  hakimiyyəti 
orqanlarının  fövqəladə  hallar  üzrə  komissiyalarının  sədrləri  müvafiq  məsələlər 
müzakirə  olunarkən  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Fövqəladə 
hallar üzrə Komissiyasının iclaslarında bu Komissiyanın üzvləri hüququ ilə iştirak 
edirlər. 
13. Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 30 dekabr tarixli 530 №-li 
qərarı  və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci  il 24  iyun tarixli 
178 №-li qərarı öz qüvvəsini itirmiş hesab edilsin. 
  
  
Bakı şəhəri, 30 aprel 1992-ci il 
                  № 23 
 
II
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
1992-ci il 30 aprel tarixli 239 nömrəli qərarı ilə 
təsdiq edilmişdir 
  

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin