Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan


II. Mülki müdafiənin əməli məşğələləri, təlimləri və məşqləri



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə87/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   83   84   85   86   87   88   89   90   ...   218
Mülki müdafiə (Mühazirələr)

II. Mülki müdafiənin əməli məşğələləri, təlimləri və məşqləri  
2.  Obyektlərdə  keçirilən  əməli  məşğələlərin,  mülki  müdafiə  təlimləri  və 
məşqlərinin əsas növləri bunlardır: 
2.1.  Mülki  müdafiə  normativlərinin  yerinə  yetirilməsi  —  normativlər  adətən  ayda 
bir dəfə mülki müdafiə məşğələsi zamanı öyrədilir; 
2.2.  Rəhbər  heyətin  mülki  müdafiə  məşqləri  —  ildə  bir  dəfə  keçirilir  və  belə 
məşqlər  zamanı  rəhbər  heyət  obyektin  mülki  müdafiə  planına  əsasən  özünün 
xidməti  vəzifələrini  dəqiq  öyrənir;  məşqə  obyektin  MM  qərargahı,  MM 
xidmətlərinin  rəhbər  heyətləri  və  hərbiləşdirilməmiş  dəstələrin  komandir-rəis 
heyəti cəlb edilir; 
2.3.  Kompleks  mülki  müdafiə  təlimləri  hər  üç  ildən  bir,  2—  3  gün  ərzində 
aşağıdakı obyektlərdə keçirilir: işçilərinin sayından asılı olmayaraq, mülki müdafiə 
üzrə dərəcəli obyektlərdə və kimyəvi, partlayış-yanğın təhlükəli digər obyektlərdə; 
işçilərinin  sayı  300  nəfərdən  artıq  olan  dərəcəsiz  obyektlərdə;  çarpayılarının  sayı 
200-dən  artıq  olan  müalicə-profilaktika  müəssisələrində.  Təlimə  obyektin  rəhbər, 
komandir-rəis heyətləri, hərbiləşdirilməmiş MM dəstələrinin şəxsi heyati, dəstələrə 
cəlb  olunmayan  işçilər  cəlb  edilir,  habelə  obyektin  ətrafında  yaşayan  əhali  də 
təlimlərə cəlb edilə bilər; 
2.4. Qalan obyektlərdə, o cümlədən təhsil müəssisələrində (ümumi təhsil, ilk peşə-
ixtisas  təhsili,  orta  ixtisas  təhsili  və  digər  təhsil  müəssisələrindən  başqa)  üç  ildən 
bir  8  —  10  saat  davam  edən  obyekt  mülki  müdafiə  məşqləri  keçirilir.  Məşqlərə 
obyektin rəhbər, komandir-rəis heyətləri, hərbiləşdirilməmiş MM dəstələrinin şəxsi 
heyəti, dəstələrə cəlb olunmayan işçilər və təhsil alan gənclər cəlb edilir; 
2.5.  Hərbiləşdirilməmiş  mülki  müdafiə  dəstələri  ilə  əməli  məşğələlər  —  yüksək 
hazırlıqlı dəstələrlə ildə bir dəfə, qalan dəstələrlə üç ildən bir — kompleks təlim və 
ya obyekt məşqi 8 saat həcmində keçirilir; 
2.6.  Ümumi  təhsil,  ilk  peşə-ixtisas  təhsili,  orta  ixtisas  təhsili  və  digər  təhsil 
müəssisələrində isə hər il «Mülki müdafiə» günü keçirilir və bu tədbir həmin təhsil 
müəssisələrinin illik tədris planlarında da nəzərdə tutulur; 
2.7. Hər bir hərbiləşdirilməmiş mülki müdafiə dəstəsi ilə xəbərdarlıq toplanış üzrə 
məşq ildə iki dəfə keçirilir. 
 
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin