Mövzu : Pul vəsaitlərinin uçotu və onun təkmilləşdirilməsi


Bankdakı hesablarda pul vəsaitlərinin uçotu



Yüklə 97,1 Kb.
səhifə12/13
tarix18.05.2022
ölçüsü97,1 Kb.
#58422
1   ...   5   6   7   8   9   10   11   12   13
referat 5683

3.3. Bankdakı hesablarda pul vəsaitlərinin uçotu

3.3.1. Hesablaşma hesabında pul vəsaitlərinin uçotu

Mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər öz pul vəsaitlərini (kassaya qoyulmuş nağd pul istisna olmaqla) bankda açılmış hesablaşma hesabında saxlayırlar. Təşkilat hesablaşma hesabı açmaq üçün bank hesabı, yaxud hesablaşma-kassa xidməti göstərmək üçün kommersiya bankı ilə müqavilə bağlayır. Hər bir kommersiya bankı bu cür müqavilə üçün xüsusi təyin edilmiş formaya malikdir. Hesabı açmaq üçün həyata keçirilən işlər Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 1 noyabr 1997-ci il tarixli 19 saylı protokolu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının kredit təşkilatlarında hesablaşma, cari və digər hesabların açılması qaydaları» ilə tənzimlənir. Hesablaşma hesabı açmaq üçün təşkilat ona xidmət edən banka aşağıdakı sənədləri təqdim etməlidir:



  1. Hesab açmaq üçün təyin olunmuş formada ərizə;

  2. Təsdiq olunmuş formada təşkilatın rəhbəri, rəhbərin müavini və baş mühasibin imzalarının notarial kontoru tərəfindən təsdiq olunmuş nümunəsi və möhürün şəkli olan kart;

  3. Təşkilatın notarial kontoru tərəfindən təsdiq olunmuş nizamnaməsinin və təsis müqaviləsinin surətləri;

  4. Müəssisənin notarial kontoru tərəfindən təsdiq edilmiş qeydiyyat şəhadətnaməsinin surəti;

  5. Təşkilatın vergi ödəyicisi kimi qeydiyyatdan keçməsi haqda vergi orqanının arayışı;

  6. Ödəyici kimi Azərbaycan Respublikası sosial Müdafiə Fondunda qeydə alınması haqda sənədin surəti və i.a.

Rəhbər, yaxud baş mühasibin dəyişməsi baş verəcək hallarda təşkilat sözügedən dəyişikliyi təsdiq edən sənədləri banka təqdim etməlidir.

Hesablaşma hesabına alıcılara satılmış hazır məhsula (işlərə, xidmətlərə), mallara, materiallara, torpaq, tikili və avadanlıq obyektlərinə və digər dəyərlilərə görə ödənilən satış pulu, eləcə də, deponentləşdirilmiş əmək haqqı daxil olur. Hesabdan təşkilatın aldığı dəyərlilərə görə malgöndərənlərə, ssudalar üzrə banklara və digər hüquqi şəxslərə olan borclar köçürülür, büdcə qarşısındakı öhdəliklər ödənilir, əmək haqqını, ezamiyyət, təsərrüfat və nümayəndəlik xərclərinə və digər məqsədlərə pul vermək üçün nağd pul köçürülür.

Azərbaycan Respublikasının Mərkəzi Bankı müştərinin bankdakı hesabından vəsaitin silinməsi üçün aşağıdakı qaydalar təyin etmişdir:


  • pul vəsaitnin kredit təşkilatı tərəfindən silinməsi müştərinin sərəncamına əsasən yerinə yetirilir;

  • hesabda olan pul vəsaitinin müştərinin sərəncamı olmadan silinməsinə ancaq məhkəmənin qərarına, eləcə də təyin olunmuş qanunvericiliyə uyğun hallarda icazə verilir.

Hesaba təqdim olunan bütün tələbləri ödəmək üçün müştərinin hesablaşma və cari hesabından pul vəsaitinin kifayət qədər mövcudluğu şəraitində onların hesabdan silinməsi qanunvericilikdə başqa bir hal nəzərdə tutulmayıbsa silinməyə dair hesab sahibinin sərəncamı və digər sənədlər daxil olduqca yerinə yetirilir.

Pul sənədlərinin ödənməsini yerinə yetirmək üçün təşkilatın hesablaşma hesabında pul vəsaitləri çatışmaya bilər. Hesablaşma hesabında pul olmaya da bilər, ancaq bu zaman vəsaitin silinməsi üçün təşkilata xidmət edən banka müvafiq ödəmə sənədləri: ödəmə tələbnaməsi, inkassa tapşırığı daxil ola bilər. Təşkilatın özü də banka ödəmə tapşırığı vermək hüququna malikdir.

Bu cür vəziyyətdə bank aşağıdakı kimi hərəkət edir: təşkilatın hesablaşma hesabı üçün adi karton qutu kimi təqdim olunan və vəsaitin hesabdan silinməsini təsdiq edən bütün sənədləri özündə toplayan kartoteka açır.

Hesaba təqdim olunan bütün tələbləri təmin etmək üçün ondakı pul vəsaitinin çatışmaması hallarında vəsaitin silinməsi aşağıdakı ardıcıllıqla yerinə yetirilir:



  1. birinci növbədə, həyat şəraitinin və səhhətin pozulmasına görə dəymiş ziyanın, həmçinin, alimentin tutulması ilə əlaqədar məsələnin ödənilməsi haqda tələbatın təmin edilməsi üçün icra sənədi ilə hesabdan köçürülməsi, yaxud verilməsi nəzərdə tutulan silinmələr yerinə yetirilir (I qrup);

  2. ikinci növbədə, əmək müqaviləsi, o cümlədən kontraktla işləyən şəxslərə əməyin ödənilməsi və birdəfəlik müavinətin verilməsi, həmçinin müəlliflik müqaviləsi ilə mükafatın ödənilməsi üzrə hesablaşmaların aparılması üçün pul vəsaitin köçürülməsini, yaxud ödənilməsini nəzərdə tutan icra sənədlərinin silinməsi aparılır (II qrup);

  3. üçüncü növbədə, büdcə və qeyri-büdcə fondlarına ödənişlərin aparılmasını nəzərdə tutan ödəmə sənədləri silinir (III qrup);

  4. dördüncü növbədə, digər pul tələbatlarının ödənilməsini nəzərdə tutan icra sənədlərinin silinməsi həyata keçirilir (IV qrup);

  5. beşinci növbədə, təqvim növbəliliyi qaydasında digər ödəniş sənədləri silinir (V qrup).

İlk tələb olunan kimi vəsaitin silinməsi sənədlərin daxil olması, yaxud ödəniş vaxtının çatması anında yerinə yetirilir.

Vəsaiti köçürülməsi üzrə ödəmə sənədləri (ödəmə tapşırıqları) kredit təşkilatlarına təqdim edilən zaman müştəri onun sağ tərəfinin xüsusi sütununda Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə təyin olunmuş növbəliliyə müvafiq olaraq ödənişin növbəsi haqda qeydiyyat aparır.

Ödəmə sənədləri doldurulan zaman uçota götürülmə anında vergi orqanlarının onlara verdiyi identifikasiya nömrəsi də göstərilməlidir.

Bank hesablaşma hesabı üzrə baş vermiş əməliyyatlar üzrində nəzarət aparır, xüsusilə təşkilatın təsis sənədlərində nəzərdə tutulan xarakterinə uyğun olmayan əməliyyatların aparılıb-aparılmamasını, vəsaitin istifadəsinin təyin olunmuş qaydasının pozulub-pozulmamasını hərtərəfli yoxlayır və müəyyən edilmiş nöqsanların aradan qaldırılmasına dair müvafiq göstərişlər verir.

Hesablaşma hesabı üzrə əməliyyatlar təyin olunmuş formaya müvafiq həyata keçirilir. Məsələn, təşkilat özünə lazım olan nağd pulu pul çeki vasitəsilə alır. Pul çeki onda göstərilən məbləğin hesablaşma hesabından verilməsi üçün banka verilən sərəncam hesab edilir. Nağd pul əmək haqqı, xəstəlik vərəqəsinə görə müavinət, mükafat, ezamiyyət xərcləri və digər məqsədlər üçün alınır. Pul çeki onda göstərilən məbləğin hesablaşma hesabından silinməsi üçün təşkilatın banka olan sərəncamını özündə əks etdirir. Çekin arxa tərəfində alınmış pulun məqsədli təyinatı (əməyin ödənişi, təsərrüfat, ezamiyyə və digər xərclər) göstərilməlidir. Çek mürəkkəb, diyircəkli qələmlə əl ilə yazılır. Çeklə pulun verilməsi ancaq çekin yazıldığı gün yerinə yetirilir. Çek imzaya hüququ olan şəxslər tərəfindən imza edilir və möhürlə təsdiqlənir. Çekdə düzəliş aparılmasına yol verilmir. Bank imza və təşkilatın möhürünü yoxladıqdan, onların təqdim olunmuş nümunə ilə uyğunluğu təyin edildikdən sonra pul buraxılmalıdır.

Bank hesablaşma hesabına hesab sahibinin bildiriş kimi təqdim etdiyi yazılı sərəncamına əsasən nağd pul qəbul edir. Bildiriş verilən pulun xarakteri (satılmış mallara, göstərilmiş xidmətlərə görə satış pulu, deponentləşdirilmiş əmək haqqı və s.) göstərilməklə bir surətdən ibarət doldurulur. Bank qəbul edilmiş məbləğ üçün kassa məxaric orderinin yazılmasına əsas verən qəbz verir.

Mal, hazır məhsul, yerinə yetirilmiş iş və göstərilmiş xidmətləri olan təşkilatlardan pul vəsaitinin daxil olması üçün malsatan təşkilat ödəmə tələbnaməsi, yaxud ödəmə tapşırığı yazaraq özünə xidmət edən bankın inkasso şöbəsinə təqdim edir. Malsatan təşkilata xidmət edən bank daxil olmuş sənədlərin rəsmiləşdirilməsinin düzgünlüyünü yoxlayaraq ödəyici təşkilata xidmət edən banka göndərir. Ödəyici təşkilat sənədin daxil olduğu gün nəzərə alınmamaqla 3 gün ərzində onları akseptləşdirir, yaxud bağlanılmış müqavilə şərtlərinin pozulmasına istinad edərək onların ödənişindən imtina etməlidir. Ödəmə tələbnamələri ödəyicinin sakit razılığı ilə akseptləşdirilir.

Təşkilatın hesablaşma hesabındakı pul vəsaitinin hərəkəti bank tərəfindən sözügedən hesabın çıxarışında qeyd olunur. Burada pul vəsaitinin günün əvvəlinə olan qalığı, ay ərzində daxil olan, istifadə olunan, silinən və günün axırına olan qalığı haqda məlumatlar göstərilir. Hesablama hesabından olan çıxarış təyin edilmiş müddətdə vəsaitlərin daxil olması və istifadə olunması hqda sənədlər də əlavə edilməklə hesab sahibinə verilir. Çıxarış alan mühasib onu və əlavə edilən sənədləri diqqətlə yoxlayır və sonra əməliyyatların məzmunundan asılı olaraq müxabirləşən hesabları onlarda qeyd edir. Çıxarışda müəyyən səhvlər aşkar edilən hallarda bu barədə banka xəbər verilir.

Hesablaşma hesabındakı pul vəsaitlərinin uçotu 223 saylı “Bank hesablaşma hesabları” hesabında aparılır. Onun debetində vəsaitin daxil olması, kreditində isə silinməsi əks etdirilir.

Bank hesablaşma hesabı açdıqdan sonra bu barədə təşkilatın qeydiyyata alındığı yer üzrə vergi orqanına məlumat verir. Bunun əsasında vergi orqanı təşkilatın nağdsız pul dövriyyəsi haqqında hansı kommersiya bankından informasiya alacağını təyin edir. Bank hesabı haqqında müqavilə, adətən, təşkilatın öz nağdsız pulunu nağd və əksinə çevirməyə imkan yaradır.

Bank hesablaşma hesabındakı pul vəsaitinin hərəkəti üzrə hesabların müxabirləşməsi aşağıdakı kimi təqdim edilir:




Yüklə 97,1 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin