Cədvəl 2.3
Tərtər rayonunun Bölgə Təcrübə Stansiyasında
əmtəəlik məhsulun quruluşu
Sahələr
|
2010-cü il
|
2012-ci il
|
Manat
|
Yekuna görə %-lə
|
Manat
|
Yekuna görə %-lə
|
Bitkiçilik
O cümlədən:
Taxıl
Qarğıdalı
Şəkər çuğunduru
Meyvə
Bitkiçiliyin sair məhsulu
Heyvandarlıq
O cümlədən:
Süd
Mal əti
Sənaye məhsulu (toxum)
|
21965
19425
-
-
-
2540
2140
500
1640
127385
|
14,5
12,8
-
-
-
1,7
1,4
0,3
1,1
84,1
|
59956
23698
16290
17898
850
1220
6069
1975
4094275216
|
17,6
6,9
4,8
5,2
0,3
0,4
1,8
0,6
1,2
80,6
|
Cəmi
|
151490
|
100,0
|
341241
|
100
|
2.3 saylı cədvəldən görünür ki, Tərtər rayonunun Bölgə Təcrübə Stansiyasında əmtəəlik məhsulun quruluşunda 2010-cu ildə bitkiçilik 14,5 %, o cümlədən taxılçılıq 12,8 %, 2012-ci ildə bitkiçilik 17,6 %, o cümlədən taxılçılıq 6,9 % təşkil etmişdir. Təsərrüfatda 2010-cu ilə nisbətən 2012-ci ildə taxılçılıqla yanaşı qarğıdalı, şəkər çuğunduru, meyvəçilik də inkişaf etdirməyə başlanmışdır. Belə ki, əmtəəlik məhsulun quruluşunda 2012-ci ildə qarğıdalı 4,8%, şəkər çuğunduru 5,2 %, meyvə 0,3 % təşkil etmişdir.
Əmtəəlik məhsulun quruluşunda sənaye məhsulu, yəni taxıl toxumunun satışı 2010-cu ildə 84,1%, 2012-ci ildə isə 80,6 % təşkil etmişdir. Bu da onu göstərir ki, təsərrüfat taxıl toxumçuluq sahəsi üzrə ixtisaslaşmışdır.
Təsərrüfatda bitkiçilikdə yanaşı heyvandarlıq da inkişaf etdirilir. Belə ki, əmtəəlik məhsulun quruluşunda heyvandarlıq 2010-cu ildə 1,4 %, 2012 –ci ildə isə 1,8 % təşkil etmişdir. Heyvandarlıq sahəsinin tərkibində isə əsas yeri maldarlıq təşkil edir. Əmtəəlik məhsulun quruluşunda 2010-cu ildə süd 0,3 %, mal əti 1,1 % təşkil etdiyi halda, 2012-ci ildə süd 0,6 %, mal əti 1,2 % təşkil etmişdir.
2010-cu ilə nisbətən 2012-ci ildə əmtəəlik məhsulun dəyəri artmışdır. Əmtəəlik məhsulun dəyərinin artması əsas etibarı ilə taxıl toxumçuluq məhsulunun artması hesabına olmuşdur. Bundan başqa təsərrüfatda 2010-cu ilə nisbətən 2012-ci ildə qarğıdalı, şəkər çuğunduru, meyvəçilik də inkişaf etdirilməyə başlanmışdır.
Təsərrüfatda heyvandarlıq məhsulu da 2010-cu ilə nisbətən 2012 ildə artmışdır.
Təsərrüfatın iqtisadi şəraitinin xarakteristikası göstərir ki, təsərrüfatda bitkiçilik və heyvandarlığın inkişafı üçün hər cür şərait mövcuddur.
Dostları ilə paylaş: |