1. Nəzəri metodoloji əsaslar
Pul vəsaitlərinin uçotu mühasibat uçotunda ən məsuliyyətli sahələrdən biridir. Odur ki, uçotun bu sahəsinin təkmilləşdirilməsi mühasibat uçotunda ən aktual məsələ kimi qarşıda durur. Bütün bunları nəzərə alaraq, həm xarici iqtisadçı alimlər və mütəxəssislər, həm də respublikamızın alim və mütəxəssisləri bu barədə geniş müzakirə aparırlar. Bunların içərisində pul vəsaitlərinin uçotunun komputerləşdirilməsi, yəni beynəlxalq standartlara uyğun uçotun quruması haqqında müxtəlif elmi əsərlər və məqalələr dərc edilmişdir. Bu sahə üzrə alimlərimiz, mütəxəssislərimizin, mühasibat uçotu və pul vəsaitləri haqqına fikirləri, məqalələri olduqca böyük əhəmiyyətə malikdir. Onların əsərlərində də bu istiqamətdə informasiyalara olduqca geniş yer verilmişdir.
Respublikamızda bu sahə üzrə alim və mütəxəssislərin fikirlərini öyrənmək vacibdir. Odur ki, iqtisadçı alim Q.Rzayevin fikrincə, müasir şəraitdə müəssisələrdə iqtisadi sahədə risk xeyli artmıdır. Bu isə sözsüz ki, öz növbəsində iqtisadçı mütəxəssislərin və ilk nöbədə mühasibat uçotu sahəsində ixtisaslaşan kadrların hazırlanmasına diqqətin əsaslı şəkildə yüksəlməsini tələb edir. Respublikamızda son illərdə aparılan sosial-iqtisadi dəyişikliklərlə əlaqədar olaraq mühasibat uçotunun metodoloji prinsiplərində fundamental dəyişikliklərin aparılması çox vacibdir.11
İqtisadçı alim Q.Rzayevin xarici valyuta əməliyyatları haqda fikirləri olduqca əhəmiyyət kəsb edir. Sərbəst bazar iqtisadiyyatı şəraitində bir sıra müəssisələr təsərrüfat-maliyyə əməliyyatlarının həyata kеçirilməsində bankdakı valyuta hеsablarından istifadə еdirlər. Bununla əlaqədar оlaraq bankda valyuta hеsabı açılır.11
Onun fikrincə, Bankda valyuta hеsabının açılması üçün hеsablaşma hеsabının açılması ilə əlaqədar оlan sənədlər təqdim оlunmalıdır. Əgər müəssisə valyuta hеsabını özünün hеsablaşma hеsabı оlan bankda açmaq istəyirsə bеlə halda müəssisə ancaq müəyyən оlunmuş qaydada hеsabın açılmasına dair ərizə, müəssisə rəhbəri, оnun müavini və baş mühasibin imza nümunələrini və müəssisənin möhürünün əksini göstərən kartоçka və vеrgi ödəyicisinin idеntifikasiya nömrəsinə dair bildiriş təqdim еtməlidir.11
Bank valyuta hеsabı açılan müəssisədən хarici valyuta ilə aparılan əməliyyatlara görə kоmisiоn хərcləri tutur. Kоmisiоn хərclərinin tutulma faizi hər bir bankın özü tərəfindən müəyyən оlunur. Bundan başqa müəssisələr bankın хidmət еtdiyi bütün valyuta əməliyyatlarının aparılması ilə əlaqədar müəyyən хərc də ödəməlidirlər.
İqtisadi inkişafın müasir dövründə onun idarəedilməsinin mühüm elementlərindən biri olmaqla, informasiya təminatı diqqət mərkəzindədir. İnformasiyaların işlənməsi, saxlanması, ötürülməsi və idarəedilməsinin bütün dünyada qəbul olunmuş qaydalarının tətbiqi iqtisadiyyatın qlobal inkişafı problemlərindən biri hesab olunur. Bu problemin həllində mühasibat uçotunun komputerləşdirilməsi mühüm yer tutur, çünki ölkə iqtisadiyyatının əsas subyektləri olan müəssisə və təşkilatlarda informasiyanın böyük əksəriyyəti mühasibat uçotu vasitəsilə toplanır, formalaşdırılır, işlənir, ötürülür və saxlanılır. Ona görə də müəssisə və təşkilatlarda mühasibat uçotunun komputerləşdirilməsi məsələləri mütəxəssis, alim və iqtisadçıları maraqlandırır.
Ə.S.Salahov “Mühasibat uçotunun komputerləşdirilməsi” adlı əsərində göstərmişdir ki, Azərbaycanda mühasibat uçotunun komputerləşdirilməsi özünəməxsus xüsusiyyətlərə malikdir. Bunlardan biri, müasir dövrdə müəssisə və təşkilatlarda mühasibat uçotunun azərbaycan dilində və Azərbaycan Respublikasının müasir qanunverici bazası tələblərinə uyğun aparılmasını təmin edən, ölkəmizdə istehsal olunmuş milli mühasibat uçotu komputer proqramlarının çatışmamasıdır. Vaxtilə respublikamızda azərbaycan dilində tərtib edilmiş və mühasibat uçotunun azərbaycan dilində aparılması, uçotun registrləri və ilk sənədlərin azərbaycan dilində tərtib edilməsini təmin edə bilən mühasibat uçotu proqramlarının yaradılmasına böyük ehtiyac olduğunu göstərmişdik.19
Kitabda mühasibat uçotunun komputerləşdirilməsinin əsas məsələləri “Azmühasib” proqramlar paketinin bu və ya digər konkret situasiyası əsasında, proqramda konkret vəziyyətlərdə alınmış dialoq və cədvəllərin əks olunduğu şəkillərdən istifadə etməklə sadə dildə şərh edilmişdir. Kitab Azərbaycan Kooperasiya Universiteti “Mühasibat uçotu və audit” kafedrasının apardığı elmi-tədqiqat işinin tərkib hissəsi olub, “Azmühasib” mühasibat uçotu proqramları paketinin yaradıcısı olan “Araz-Computer” firması ilə əməkdaşlıq nəticəsində nəşr edilmişdir. Kitabda müəllif tərəfindən şərti yaradılmış “Asiman” ASC-nin şərti məlumatlarından istifadə edilmişdir.
Ş.Ə.Cəfərova “Mühasibat uçotu” dərsliyində müəssisə və təşkilatın baş mühasibinin vəzifələrini müəyyən etmişdir. Onun fikrincə müəssisənin baş mühasibi bütün daxil olan pul vəsaitlərinin tam uçotunu, eləcə də xidmətlərin (hüquq, maliyyə və i.a.) rəhbərləri ilə birlikdə debitor borclarının alınmasını və kreditor borclarının ödənilməsini, ödəmə intizamına riayət olunmasını, ödəmələr üzrə müəyyən olunmuş müddətlərdə pul vəsaitlərinin, hesablaşmaların, inventarlaşmanın aparılmasını, qüvvədə olan qanuna müvafiq olaraq ödənilməsi mümkün olmayan borcların mühasibat balansından silinməsini təmin etməlidir.13
Onun fikrincə, təşkilatın “Mühasibat balansı” və “Mənfəət və zərərlər haqqında” hesabatları birlikdə maliyyə hesabatlarının istifadəçilərini təşkilatın hesabat dövrünün sonuna olan maliyyə vəziyyəti barədə tam informasiya ilə təmin etmir. Mənfəət və zərərlər haqqında hesabatda maliyyə ili ərzində təşkilat tərəfindən əldə olunmuş gəlir, mühasibat balansında isə hesabat dövrünün sonuna təşkilatın maliyyə vəziyyəti açıqlanır.
Ş.Abdulov və Y.Əhmədov “Kənd təsərrüfatında mühasibat (maliyyə) uçotu” əsərlərində göstərirlər ki, hər bir kənd təsərrüfatı müəssisələrinin istehsal fəaliyyəti üçün lazımi həcmdə dövriyyə vəsaiti olmalıdır, yəni həmin vəsaitlər dövretmə prosesinə xidmət edir və hər bir dövrədən sonrakı pul gəlirindən bərpa edilir. Dövriyyə vəsaitlərinin tərkibində pul vəsaitlə mühüm yer tutur. Müxtəlif istehsal ehtiyatlarının satın alınması üçün əmək haqqı və müxtəlif təsərrüfat xərclərinin ödənilməsi maliyyə orqanlarına, banka və digər idarələrə olan ödənişlər üçün pul vəsaitləri lazımdır.14
Qeyd edək ki, pul vəsaitlərinin uçotu mühasibat uçotunun ən məsuliyyətli sahəsidir. Çünki onun uçot obyekti pul vəsaitləridir. Odur ki, uçotun bu sahəsi baş mühasibin diqqət mərkəzində olmalıdır və vaxaşırı baş mühasib tərəfindən yoxlanılmalıdır. Bu fikrə mən də şərikəm. Çünki pul vəsailtlərinin uçotu üçün lazımi şəraiti müəssisə rəhbəri ilə yanaşı baş mühasib də məsliyyət daşıyır. Bunun üçün müəssisələrdə ayrıca kassa otağı yaradılmalıdır. Onu təlimata uyğun təşkil etmək vacibdir. Daha sonra müəlliflər qeyd edirlər ki, pul vəsaitlərinin nağdsız köçürmələri zamanı müxtəlif yollarla fakturasız mallara görə mənimsəmələrə yol verilir. Bunun qarşısını almaq üçün belə əməliyyatlara müəssisələrdə yol vermək olmaz. Odur ki, müəlliflərin bu fikirləri təqdirəlayiqdir.
Dostları ilə paylaş: |