M Ü N D Ə R İ C A T
Giriş 3
1. Nəzəri metodoloji əsaslar 5
2. Təsərrüfatın iqtisadi xarakteristikası 9
3. Pul vəsaitlərinin uçotu 14
3.1. Pul vəsaitləri uçotunun düzgün təşkilinin əhəmiyyəti 14
3.2. Kassa əməliyyatlarının uçotu 18
3.3. Bankdakı hesablarda pul vəsaitlərinin uçotu 21
3.3.1. Hesablaşma hesabında pul vəsaitlərinin uçotu 21
3.3.2. Valyuta hesabında pul vəsaitlərinin uçotu 32
3.3.3. Banklarda olan xüsusi hesablarda pul vəsaitlərinin uçotu 34
3.3.4. Sair pul vəsaiti hesablarının uçotu 36
4. Pul vəsaitləri uçotunun təkmilləşdirilməsi 40
Nəticə 42
Ədəbiyyat 45
G İ R İ Ş
Makroiqtisadiyyatın bazar iqtisadiyyatına keçməsi və bununla əlaqədar olaraq mühasibat uçotunun nəzəri prinsiplərinə və metodologiyasına müvafiq olan baxışlara kökündən olaraq yenidən baxılmalıdır, inzibati-amirlik sistemi ilə makroiqtisadiyyatın idarə edilməsi zamanı mövcud olan uçot metodları və üsullarının yeni şəraitdə qəbul edilməzliyi aydın görünür. Hazırda iqtisadi informasiyaları işləyən mühasiblərdən, mühəndislərdən, müfəttişlərdən və auditorlardan iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə qəbul edilmiş və yayılmış təsərrüfat həyatı faktorlarının müşahidə edilməsi və yazılması alətlərini mənimsəmək tələb olunur.
Təsərrüfatçılığın ilk həlqəsi olan kommersiya təşkilatlarının fəaliyyətini səmərəli etmək üçün düzgün idarəetmə qərarlarının qəbul edilməsi vacib şərtdir. Bunu isə yalnız mükəmməl informasiya təminatı olduqda həyata keçirmək olar. Bu baxımdan iqtisadi idarəetmənin ən mühüm amillərindən biri kimi mühasibat uçotunun rolu əvəzedilməzdir.
Mühasibat uçotu kommersiya təşkilatlarının əmlakı, öhdəlikləri və onların hərəkəti haqqında informasiyanın toplanması, qeydiyyatı və ümumiləşdirilməsi məqsədilə fasiləsiz müşahidə və nəzarət sistemini özündə əks etdirir. Mühasibat uçotunun başlıca məqsədi daxili və xarici istifadəçilər üçün tam və dəqiq informasiya formalaşdırmaq, həmçinin təşkilatın inkişaf meyllərini müəyyən etmək üçün təhlil aparmaq və müxtəlif alternativ variantların seçilməsi və idarəetmə qərarlarının qəbul edilməsi üçün həmin informasiyalardan istifadə etməkdir.
Son illərdə Azərbaycanda mühasibat uçotu və hesabatın təkmilləşdirilməsi və beynəlxalq praktikada qəbul edilmiş qaydalara uyğunlaşdırılması istiqamətində bir sıra normativ-hüquqi sənədlər hazırlanmışdır. Həmin sənədlərə əsasən qərara alınmışdır ki, BMT və Avropa İqtisadi Birliyi tərəfindən qəbul edilmiş Beynəlxalq Uçot Standartlarına keçidlə əlaqədar işlərin koordinasiyası və bu mühüm tədbirin həyata keçirilməsinə birbaşa məsuliyyət aparıcı dövlət orqanı olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilmişdir.
Mühasibat uçotunun yeni hesablar planının tətbiqi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının təşkilatlarında mühasibat uçotunun metodologiyasında və təşkilində köklü dəyişikliklər baş vermişdir. Bir tərəfdən qeyri-maddi aktivlərin və maliyyə qoyuluşların yeni növləri, digər tərəfdən isə xüsusi kapitalın yeni tərkibini təşkil edən yeni təsərrüfat əməliyyatları (lizinq, verksel və s.) meydana çıxmışdır.
Mühasibat uçotu maliyyə və idarəetmə sahəsində təsərrüfat subyektlərinin imkanları genişlənmişdir. Onlara təsərrüfatın qüvvədə olan qaydalarından və xüsusiyyətlərindən asılı olaraq mühasibat uçotunun konkret metodikalarını, formalarını, aparılması texnikasını və təşkilini müstəqil müəyyən edərək, özünün uçot siyasətini işləyib hazırlamaq hüququ verilmişdir. Onlar istehsal ehtiyatlarını istehsalat xərclərinə aid edən zaman onların qiymətləndirilməsi metodlarını, məhsulların (işlərin, xidmətlərin) maya dəyərinin hesablanması metodlarını və üsullarını özləri seçirlər.
Maliyyə hesabatlarında da dəyişikliklər edilmişdir. Pul vəsaitlərinin hərəkətinə, debitor və kreditor borclarının vəziyyətinə diqqət güclənmişdir. Təşkilatlar xalis aktivlərin, fondların yaradılmasının ölçülərini müəyyən etməyə başlamışlar.
Bazar iqtisadiyyatı şəraitində vəsait və əmək əşyalarının alınması, məhsul (iş, xidmət) satışı və i.a. ilə əlaqədar olan bütün işlərə görə təşkilatlar arasında daima qarşılıqlı münasibətlər əmələ gəlir ki, buda onlar arasında bağlanmış razılaşmalara əsasən həyata keçirilir.
Diplom işində pul vəsaitləri və onların təkmilləşdirilməsi məsələsi araşdırılmışdır. Dilom işi dörd fəsildən ibarədir. Birinci hissədə mövzunun nəzəri metodoloji əsasları verilmişdir. İkinci hissədə təsərrüfatın iqtisadi xarakteristikası yazılmışdır. Üçüncü hissə pul vəsaitlərinin uçotuna həsr edilmişdir. Bu hissədə pul vəsaitləri anlayışı, onların vəzifələri və uçotu verilmişdir. Dördüncü hissədə pul vəsaitləri uçotunun təkmilləşdirilməsi yazılmışdır. Diplom işinin sonunda nəticə və istifadə edilmiş ədəbiyyat siyahısı verilmişdir.
Dostları ilə paylaş: |