Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


Şəxsiyyətin sosiallaşması və onun mərhələləri



Yüklə 1,1 Mb.
səhifə16/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   12   13   14   15   16   17   18   19   ...   114
SOS KONSP 2021

2. Şəxsiyyətin sosiallaşması və onun mərhələləri
Şəxsiyyətin sosiallaşması barədə söylənilən mülahizələrdə az-çox fərqli məqamlara rast gəlsək də, əslində mahiyyətli fərqlər nəzərə çarpmır.
Şəxsiyyətin sosiallaşması fərdin cəmiyyətə, müxtəlif tipli sosial birliklərə inteqrasiyası prosesidir. Bu proses fərdin mədəniyyət ünsürlərini, sosial norma və sərvətləri mənimsəməsi sayəsində mümkün olur. Həmin ünsürlərin, norma və sərvətlərin əsasında şəxsiyyətin sosial cəhətdən əhəmiyyətli xüsusiyyətləri formalaşır.
Yeri gəlmişkən qeyd edək ki, tədqiqatçıların xeyli hissəsi uşaq yaşlarında sosiallaşmaya daha çox diqqət yetirir. Bu halda diqqət ən əvvəl ailəyə yönəlir, çünki ailə insanın həyatında ilk sosiallaşdırıcı özəkdir. Bundan başqa, ailə emosional əlaqələrin çox böyük intensivliyi ilə xarakterizə olunur. İlkin sosiallaşma fərdin həyatında həlledici məqam olub, onun şəxsiyyətini, sosial həyatda sonrakı inkişafını bir çox cəhətdən müəyyən edir.
Bir sıra müəlliflər belə hesab edirlər ki, sosiallaşma uşaqlıqla başa çatmır, əməli surətdə bütün həyat ərzində davam edir. Başqa sözlə, fərd müxtəlif sosial rolların yerinə yetirilməsi zərurəti ilə qarşılaşır. Bundan əlavə, sürətli sosial və texniki-texnoloji dəyişikliklər şəraitində müəyyən yaş yetkinliyi olan adamlar da əvvəllər qəbul edilmiş davranış nümunələrini yeni bacarıq və vərdişlərlə əvəz etmək məcburiyyətində qalırlar.
Fərd cəmiyyətə, sosial qrupun, təsisatın, təşkilatın ünsürünə necə qoşulur - sosiallaşma prosesində bunlar çox mühüm cəhətlərdir. Sosial qrupun, təsisatın, təşkilatın şəxsiyyətə təsir göstərmək qabiliyyəti, habelə şəxsiyyətin başqa adamların təsirinə məruz qalmaq qabiliyyəti məhz bu cəhətlərdən asılıdır. Lakin unudulmamalıdır ki, insan həm öz xüsusi vəziyyətinin, həm də bütövlükdə ictimai həyatın yeniləşməsinə spesifik təsir göstərir. Onun fəaliyyəti üzvi surətdə müxtəlif sosial sistemlərin fəaliyyət mexanizmlərinə qoşulur. Deməli, şəxsiyyət qarşılıqlı sosial təsirin, fəaliyyətin həm obyekti, həm də subyektidir. Cəmiyyətdə sosial sistemlə şəxsiyyətin qarşılıqlı fəaliyyəti müəyyən təsir mexanizmlərinin köməyi ilə həyata keçirilir. Bu, həm sosial sistemlərin fərdin sosial keyfiyyətlərinə olan təsiridir, həm də əksinə olan təsirdir. Birinci halda fərdin sosiallaşması mexanizmindən, ikinci halda isə sosial sistemin dəyişilməsi mexanizmindən söhbət gedir.
Şəxsiyyətin sosiallaşmasında iki mərhələni ayırd etmək olar: 1) sosial adaptasiya; 2) interiorizasiya.
Sosial adaptasiya fərdin sosial-iqtisadi şəraitə, rol funksiyalarına, cəmiyyətin həyat fəaliyyətinin müxtəlif səviyyələrində təşəkkül tapan sosial normalara, sosial qruplara və sosial təşkilatlara, sosial təsisatlara uyğunlaşması kimi izah edilə bilər.
Qeyd etmək lazımdır ki, üzvi təbiətdə müxtəlif adaptasiyalar geniş yayılmışdır. Mövcudluq uğrunda mübarizənin və təbii seçmənin nəticəsi kimi adaptasiyanın rasional şərhi Darvinin təkamül təlimində öz əksini tapmışdır. Kibernetikanın meydana gəlməsi adaptasiya anlayışında spesifık çalarlar formalaşdırmışdır. Sosial sistemlərə adaptasiya probleminin tədqiqi müxtəlif bilik sahələrini təmsil edən mütəxəssislərin əlbir səylərinə möhtacdır. İnsana, cəmiyyətə münasibətdə adaptasiya başlıca olaraq, ətraf mühitə uyğunlaşmaqla bağlı olan reaksiya xarakterli davranışı əks etdirir.
İnteriorizasiya sosial normaların və sərvətlərin insanın daxili aləminə qoşulması prosesidir. Xarici mühitin sosial normalarının, sərvətlərinin və digər komponentlərinin daxili «Mən»ə keçməsinin xarakteri hər bir konkret şəxsiyyətin strukturu ilə şərtlənmişdir. Bu struktur isə bütün əvvəlki təcrübə sayəsində formalaşır. Şəxsiyyət sosial mühitdə, necə deyərlər, əriyib yoxa çıxmır, həmin mühitlə az - çox müstəqil vahid kimi müəyyən münasibətdə olur.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin