Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə24/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   20   21   22   23   24   25   26   27   ...   114
SOS KONSP 2021

MÖVZU: № 7. SOSİAL STRUKTURUN
SOSİOLOGİYASI
PLAN.


1. Sosial struktur anlayışı


2. Sosial strukturun əsas tərkib hissələri
3. Sosial stratifikasiya
4. Müasir şəraitdə Az. Resp-da sosial strukturun başlıca inkişaf meylləri

1. Sosial struktur anlayışı


Müasir şəraitdə sosial strukturun sosioloji baxımdan öyrənilməsi xüsusi aktuallıq kəsb edir. Sosial struktur hər şeydən əvvəl, ictimai münasibətlərin inkişafının, onun yetkinlik dərəcəsinin ən mühüm göstəricisidir. O, bir tərəfdən cəmiyyətin iqtisadi, siyasi və mənəvi inkişafının yekunu kimi çıxış edir, digər tərəfdən isə həmin proseslərin inkişafına fəal təsir göstərir. Buna görə də yerli və dünya təcrübəsinin qəbul etdiyi kimi, cəmiyyətin sosial strukturunda baş verən dəyişiklikləri öyrənmədən, ictimai fəaliyyət sahəsində uğur qazanmaq və sosial proseslərə şüurlu tənzimedici təsir göstərmək qeyri-mümkündür.
Struktur (latınca structura - quruluş, yerləşmə, qayda) tamı təşkil edən hissələrin həmin tamın daxilində yerləşməsi, əlaqələri və daxili quruluşu deməkdir.
Sosial struktur cəmiyyətdə müvafıq sosial mövqe (status) tutan və mövcud sosial sistemdə qəbul olunmuş normalar və dəyərlər məcmusuna uyğun olaraq sosial funksiyalar yerinə yetirən elementlərin əlaqəsi və qarşılıqlı təsirinin müəyyən üsuludur9. Sosial struktur cəmiyyətin obyektiv surətdə birliklərə, siniflərə və s. ayrılmasını ifadə edir və bununla insanların bir-birinə münasibətində bir çox meyarlara görə müxtəlif vəziyyətdə olduqlarını göstərir.
«Sosial struktur» anlayışı məhdud və geniş mənada işlənilir. Birinci halda sosial struktur dedikdə konkret sistem, onun struktur elementləri (siniflər, sosial qruplar və təbəqələr, digər birlik formaları) arasındakı münasibətlər başa düşülür. Geniş mənada götürülən sosial struktur isə sosial-sinfı, sosial-demoqrafik, sosial-ərazi, sosial-etnik, sosial-peşə strukturlarının məcmusunu əhatə edir.
Sosial strukturun əsas xassələrini aşağıdakı göstəricilərdən çıxış etməklə nəzərdən keçirmək olar: 1) strukturluluq yaradan əsas elementlərin təbiəti və mahiyyəti;

  1. onların ümumi, qarşılıqlı münasibətləri və asılılığı;

  2. strukturun ünsürlərinin nizamlılığı, daxili rəngarəngliyi və dayanıqlığı;

  3. ünsürlərin fundamentallıq səviyyəsi, mühümlülük dərəcəsi;

  4. sözügedən ünsürlərin empirik müşahidə olunan hadisələrə münasibətdə göstərdiyi şərtləndirici, məhdudlaşdırıcı və nəzarətedici təsiri.

Yuxarıda qeyd olunan və digər meyarlar əsasında sosial struktur bu növlərə ayrılır:

  • inamı, əqidəni, idealları və təxəyyülü bütöv bir tam kimi əlaqələndirən ideal (arzuolunan) struktur;

  • özündə dəyərləri, normaları, tələb olunan sosial rolları əhatə edən normativ struktur;

  • mövqelərin (statusların) qarşılıqlı əlaqəsi üsulunu müəyyən edən təşkilati struktur;

  • bu və ya digər konkret anda mövcud olan və müəyyən amillər (şəxsiyyətin cari marağı, gözləmədən yaranan resurslar və s.) üzündən sosial struktura qoşulan ünsürləri birləşdirən təsadüfi xarakterli struktur.

Yuxarıdakılardan üçüncüsü, yəni təşkilati sosial struktur sosioloji tədqiqatların məqsəd və vəzifələri baxımından həlledici əhəmiyyət kəsb etdiyi üçün biz əsas diqqəti məhz həmin növə yönəldəcəyik. Sosial strukturun digər növlərinə gəlincə qeyd etməliyik ki, onlardan adətən təşkilati sosial strukturun mahiyyətinin və dinamikasının açılması üçün və bu vəzifənin tələb etdiyi səviyyədə istifadə olunur.
Sosial strukturun öyrənilməsində ən azı aşağıdakı iki paradiqma geniş yayılmışdır:


  1. Yüklə 1,1 Mb.

    Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin