Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə46/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   42   43   44   45   46   47   48   49   ...   114
SOS KONSP 2021

Ötürücü funksiya. Məlumdur ki, heç bir cəmiyyət əvvəlki nəsildən əxz etdiyi və özünün inkişaf etdirdiyi sosial təcrübəni gələcəyə ötürmədən inkişaf edə bilməz. Hər bir sosial institutun normal fəaliyyət göstərməsi üçün yeni insanların gəlişinə ehtiyacı vardır. Bu problem nəsillərin dəyişil-məsi və institutların sosial sərhədlərinin genişləndirilməsi yolu ilə həyata keçirilir.

  • Kommunikativ (əlaqələndirici) funksiya. Sosial institutda hazırlanmış məlumatlardan və göstəricilərdən həm institutun daxilində normalara nəzarət etmək və onları idarə etmək üçün, həm də institutlar arasında qarşılıqlı əlaqələr yaratmaq üçün istifadə olunur. Bu zaman kommunikativ əlaqələrin xarakteri özünəməxsus xüsusiyyətlərə malik olur. Bir sıra tədqiqatçıların qeyd etdiyi kimi, sosial institutların kommunikativ imkanları eyni dərəcədə deyildir: onlardan bəziləri xüsusi olaraq informasiyanı ötürmək üçün nəzərdə tutulub (kütləvi informasiya vasitələri), digərləri isə bu işi yerinə yetirməkdə məhdud imkanlara malikdir; bundan əlavə, informasiyanı fəal qəbul edənlər (elmi institutlar) və onu passiv qəbul edənlər (nəşriyyatlar) da vardır.

    Əgər bu və ya digər sosial institut öz funksiyalarını aşkar yerinə yetirə bilmirsə, onda onu əsaslı dəyişikliklər və yenidən təşkilolunma gözləyir.

    1. Latent (gizli) funksiyalar. Sosial institutların fəaliyyətlərinin birbaşa nəticələri ilə yanaşı, gözlənilməyən, yəni əvvəlcədən planlaşdırılmış insani məqsədlərdən uzaq olan nəticələr də mövcuddur. Sonuncular cəmiyyət üçün ciddi narahatlıq yaradır. Belə ki, dini ideologiya öz etiqadlarını təbliğ etməklə təsirini möhkəmləndirməyə çalışır. Lakin bu məqsədlərin reallaşması gedişində elə insanlar meydana gəlir ki, onlar din naminə və din pərdəsi altında öz gizli niyyətlərini həyata keçirməyə cəhd göstərirlər. Məsələn, fanatiklər başqa dinə etiqad edənləri təqib edirlər. Belə hal dini zəmində sosial münaqişələrin yaranmasına kömək edir. Bu baxımdan Azərbaycanda da ayrı-ayrı xeyriyyə təşkilatlarının bəzən missionerlik fəaliyyəti ilə məşğul olduğu qeyd edilməlidir.




    Yüklə 1,1 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   42   43   44   45   46   47   48   49   ...   114




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin