Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


Sosial nəzarətin məzmunu və funksiyaları



Yüklə 1,1 Mb.
səhifə51/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   47   48   49   50   51   52   53   54   ...   114
SOS KONSP 2021

MÖVZU № 13. SOSİAL NƏZARƏT

PLAN:

1. Sosial nəzarətin məzmunu və funksiyaları


2. Sosial nəzarətin strukturu

3. Sosial nəzarət metodları


Sosial nəzarətin məzmunu və funksiyaları


Sosial nəzarət mürəkkəb, birmənalı izah edilməyən ictimai hadisədir. Təsadüfi deyildir ki, fəlsəfi-sosioloji fikir tarixində bu problemə müxtəlif cür yanaşılmışdır. Bütün görkəmli sosioloqlar bu problemin araşdırılmasına öz töhfəsini verməyə səy göstərmiş, maraqlı mülahizələr söyləmişlər. Sosial nəzarət cəmiyyətin fəaliyyətində, inkişafında mühüm əhəmiyyət kəsb edir, insanın, sosial qrupların davranışı, həyat tərzi ilə əlaqədar ən müxtəlif prosesləri əhatə edir.
Sosial nəzarət termini elmi dövriyyəyə fransız sosioloqu və kriminoloqu Qabriel Tard (1843-1904) tərəfindən daxil edilmişdir. O, əvvəlcə sosial nəzarəti cinayətkarın ictimai fəaliyyətə qayıtması vasitəsi kimi nəzərdən keçirmişdir. Sonralar o, həmin anlayışın məzmununu genişləndirərək, onu şəxsiyyətin sosiallaşmasının mühüm amillərindən biri kimi izah etmişdir.
Q.Tardın təsiri altında sosial nəzarət nəzəriyyəsinin işlənib hazırlanmasında iki Amerika sosioloqunun xüsusi xidmətləri qeyd olunmalıdır:
Birincisi, Amerika sosiologiyasının və sosial psixologiyasının banilərindən biri sayılan Edvard Rossdur (1866-1951). E. Ross belə hesab edirdi ki, sosial nəzarət «sağlam» sosial qayda yaratmaq məqsədilə fərdin davranışına cəmiyyətin məqsədyönlü təsiridir. Onun fikrincə, belə sağlam qayda məlum cəmiyyətdə fərdlərin hansı tipinin ən geniş yayılmasından asılıdır. Məsələn, E. Ross Qərbi Avropa, Amerika, Slavyan, indus və s. tipləri ayırd edir və üstünlüyü əvvəlkilərə verir. O, qeyd edir ki, sosial nəzarət uzunmüddətli tarixi inkişafın məhsuludur, yalnız xüsusi mülkiyyət zəminində mümkün ola bilir.
İkincisi, Çikaqo məktəbinin bünövrəsini qoyanlardan biri Robert Parkdır (1864-1944). Məlum olduğu kimi, Çikaqo məktəbi sosial elmlərdə ilk məktəblərdən biridir. O, 1915-1935-ci illərdə Amerika sosiologiyasında üstün mövqeyə malik olmuş, ümumiyyətlə sosiologiyanın inkişafına əhəmiyyətli təsir göstərə bilmişdir. Bu məktəb dünyada ilk sosiologiya fakültəsinin bazasında formalaşmış, ən müxtəlif sosial problemlərin, o cümlədən sosial nəzarət probleminin işlənməsində dərin iz buraxmışdır. Həmin məktəbin liderlərindən olan R. Park belə hesab edirdi ki, sosial nəzarət sosial qüvvələrlə insan təbiəti arasında müəyyən nisbəti təmin edən vasitədir. O, sosial nəzarətin üç formasını ayırd edir: 1. elementar (əsasən məcburi) sanksiyalar; 2. ictimai rəy; 3. sosial institutlar.

  1. Laper sosial nəzarət nəzəriyyəsini maraqlı tədqiqatları ilə zənginləşdirmişdir. Laperin fıkrincə, sosial nəzarət elə bir vasitədir ki, onun köməyi ilə fərd mədəniyyəti mənimsəyərək, nəsildən-nəslə ötürür. Fərdi səviyyədə sosial nəzarət fərdlə konkret situasiya arasında vasitəçi rolunu yerinə yetirir. R. Laper belə bir nəticəyə gəlir ki, sosial nəzarətin müxtəlif tipli cəmiyyətlərdə fəaliyyət göstərən üç universal mexanizmi vardır: 1. Fiziki sanksiyalar (qrup normalarını pozmağa görə fərdin cəzalandırılması); 2. İqtisadi sanksiyalar (cərimə, qorxutma və s.); 3. İnzibati sanksiyalar.

Cəmiyyətdəki institutların möhkəmləndirilməsində sosial nəzarət mexanizmi mühüm rol oynayır. Eyni ünsürlər -insanların davranış qaydaları və normaları həm sosial institutlara, həm də sosial nəzarət sisteminə daxil olur. Bu qaydalar və normalar fərdlərin davranışını təsbit edir və standartlaşdırır. Görkəmli Amerika sosioloqu T. Parsons (1902-1979) qeyd edirdi ki, «sosial nəzarət ayn-ayrı şəxslərin, sosial qrupların davranışında və fəaliyyətində ola biləcək... kənarlaşma meyllərinin qarşısını alır». Sosial nəzarət sayəsində cəmiyyətdəki mövcud mədəniyyətin ayrı-ayn fərdlər, sosial qruplar və təbəqələr tərəfindən mənimsənilməsi prosesi intensivləşir; insanların qarşılıqlı əlaqələri uzlaşdırılır, ictimai sistemin sahmanlı, nizamlı fəaliyyəti təmin olunur. Nəticə etibarilə insanların mütləq əksəriyyəti etdiyi hərəkətlərin müqabilində onu nə gözlədiyini irəlicədən bilir, fəaliyyətinin mümkün nəticələrini dərk edir.
Faktlar göstərir ki, cəmiyyətdə hər bir şəxs, hər bir sosial qrup, onların fəaliyyəti sosial nəzarətin bu və ya digər formaları, növləri, nümunələri ilə əhatə olunmuşdur. Şəxsin, qrupun özünün daxilindən, yaxın əhatəsindən başlayaraq onları müxtəlif nəzarət sistemləri əhatə edir. Siyasi-hüquqi sistem, ictimai əxlaq, adət və ənənələr, peşəvəzifə sistemi, ailə və s. bu qəbildəndir. Bu sistemlər qarşılıqlı surətdə bir-biri ilə bağlıdır: cəmiyyətin inkişafının müxtəlif pillələrində və məqamlarında həmin sistemlərin rolu dəyişilə bilər. Lakin bütün hallarda (istər az-çox sabit dövrlər, istərsə də kəskin təzadların, sarsıntıların gücləndiyi dövrlər olsun) sosial nəzarət sistemi mövcud olmalı, insanların davranışına və fəaliyyətinə öz təsirini göstərməlidir.
Sosial nəzarət sistemin özünütənzimləməsinin elə üsuludur ki, həmin sistemi təşkil edən ünsürlərin sahmanlı qarşılıqlı təsirini normativ (o cümlədən hüquqi) baxımdan nizamlamaq vasitəsilə təmin edir. Sosial nəzarətin istiqaməti və məzmunu məlum sosial sistemin tarixən şərtlənmiş sosial-iqtisadi, siyasi, mənəvi-ideoloji, əxlaqi və digər sosial-mədəni xarakteristikalarından asılıdır.
Sosial nəzarət fərdlərin davranışına cəmiyyət tərəfindən nizamlayıcı təsirlərin daha ümumi sisteminin bir ünsürüdür. Bu təsir formasının fərqləndirici xüsusiyyəti nizamlılıq, formallaşdırılma, fərdə verilən tələbələrin qətiliyi, normativliyi, sanksiyalarla təminatıdır. Sosial nəzarət sistemi sosial normalardan istifadə edir; həmin normalar ideologiyada, fəlsəfi-etik baxışlarda, bədii yaradıcılıqda və s. öz əksini tapır.
Sosial nəzarət sistemi bir sıra Qərb sosioloqlarının əsərlərində aqressiv davranış üzərində nəzarət vəzifəsi ilə əlaqədar nəzərdən keçirilir. Bu cür nəzarət fərdin sosiallaşması kimi ümumi prosesin bir hissəsi olaraq araşdırılır. Aqressiv davranış problemi isə öz növbəsində daha geniş problemə - kənaraçıxan (deviant) davranış probleminə daxil edilir. Belə yanaşma sosial nəzarətin yaranmasının sosial-mədəni dinamikasını aşkara çıxarmaq cəhdləri ilə bağlıdır. Əslində sosial nəzarət problemi daha çox yığnaq psixologiyasına dair əsərlərdə, kortəbii qrup davranışı üzərində nəzarət metodlarının işlənib hazırlanması ilə əlaqədar olaraq öyrənilir. Bu halda ustanovkaların tədqiqinə, qeyri-formal qrupların nəzarətedici roluna və s. xüsusi diqqət yetirilir. Bu qəbildən olan tədqiqatlarda fərdə sosial nəzarətin obyekti, sosial struktur təşəkküllərinə isə nəzarətedici və məcburedici qüvvə rolu ayrılır. Sosial nəzarət mexanizmi barəsində belə təsəvvür birtərəflidir. Əslində sosial nəzarət prosesində fərdlə cəmiyyət öz arasında toqquşur. Lakin onların qarşılıqlı təsiri olduqca mürəkkəb xarakter daşıyır; fərdi keyfiyyətlərin sosial standartlara sadəcə «bənd edilməsi» məsələyə dərindən nüfuz edilməməsini sübut edir.
Ölkədə hər bir şeyin öz axarı ilə getməsi üçün insanlar müəyyən qaydalara əməl etməlidirlər. Sosial nizam ən azı adamların əksəriyyəti tərəfindən ümumi normalara əməl olunmasını tələb edir. Sosial nizam olmasa, insanların qarşılıqlı fəaliyyəti əsil problemə çevrilər, onların gözləmələri isə mənasızlaşardı. Cəmiyyət öz üzvlərinin fəaliyyətinin uyğunluğuna əsaslı sosial normalarla sosial nəzarətin köməyi ilə təminat verməyə çalışır. Bəs sosial nəzarət necə başa düşülməlidir? Sosial nəzarət «cəmiyyət hüdudlarında insanların davranışını müəyyən edən metodlar və strategiyalardır.19

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin