Formal strukturdan fərqli olaraq, qeyri-formal struktur aşağıdan başlayaraq yuxarıya istiqamətlənməklə qurulur və hər şeydən əvvəl, öz-özünə təşkil proseslərinin nəticələrini təsbit edir (möhkəmləndirir). O, işçilərin şəxsi xüsusiyyətlərini və real insanlar arasındakı (vəzifəlilər arasında yox) münasibətləri əks etdirir. Bu halda bir çox normalar situasiya xarakteri daşıyır ki, bu da qeyri-formal strukturu çevik və mütəhərrik edir.
Qeyri-formal struktur özündə həm formallaşmış xidməti və işçi əlaqələri, həm də insanların ünsiyyəti zamanı yaranan sosial, psixoloji asılılıqları ehtiva edir. Münasibətlərdə qarşılıqlı rəğbət və antipatiyalar, sosialetnik amil, yaş, peşə və s. ilə bağlı amillər əhəmiyyətli rol oynayır.
Real olaraq qeyrı-formal struktur qeyri-formal qrupların şəbəkəsi kimi fəalıyyət göstərir. Bu qruplar formal cəhətdən möhkəmlənmiş bölmələrə çox oxşardırlar. Onların öz liderləri, öz iyerarxiyaları vardır. Geniş açıqlanmayan həvəsləndirmələr və sanksiyalar (cəzalar) sistemi ilə qüvvətləndirilmiş yazılmamış davranış qaydaları və normaları fəaliyyət göstərir. İstənilən təşkilatda şayələr və məxfı məlumatlar şəklində qeyri-formal kommunikasiya (rabitə) mövcuddur və bəzən bu, rəsmi məlumata nisbətən həqiqətə daha çox yaxın olur. İnsanları qeyri-formal qruplara daxil olmağa çox vaxt aşağıdakı səbəblər sövq edir:
Mənsubiyyət hissinin təmin olunması; belə ki, təşkilat formalarının çoxu insanları bilərəkdən sosial təmaslarından məhrum edir.
İş yoldaşları tərəfindən yardımın zəruriliyi. İdeal halda tabelikdə olanlar heç nədən çəkinib - utanmadan özlərinin birbaşa (bilavasitə) rəhbərlərinə müraciət etmək imkanına malik olmalıdırlar. Əgər bu baş vermirsə, rəis öz tabeliyində olanlarla qarşılıqlı münasibətini diqqətlə araşdırıb qaydaya salmalıdır.
İnsanın mühafızə olunmağa can atması. İnsanlar həmişə yəqin etmişlər ki, güc birlikdədir. Onlar özlərini xarici mühitin yad təsirlərindən qorumaq üçün müəyyən icmalarda birləşirdilər. İndi isə öz hüquqlarını müdafıə etmək üçün həmkarlar ittifaqlarında və s.-də birləşirlər.
İnsanların bir-biri ilə ünsiyyətdə olma tələbatı. İnsanlar onların ətrafında nələrin baş verdiyini, xüsusilə də əgər bunlar onların mənafelərinə toxunursa, bilmək istəyirlər. Lakin formal təşkilatlarda daxili təmaslar olduqca zəifdir. Qeyri-formal təşkilat məlumat əldə etmək üçün qeyri-formal kanallara yol açır.
İnsanların rəğbət bəslədikləri şəxslərə yaxın olmaq arzusu.