Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə56/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   52   53   54   55   56   57   58   59   ...   114
SOS KONSP 2021

3. Sosial nəzarət metodları


Cəmiyyətin, sosial qrupların, müxtəlif sosial təşkilatların sabitliyi belə sosial təşəkküllərin üzvlərinin optimal qarşılıqh təsirlərini təmin edən xüsusi mexanizmin - sosial nəzarət mexanizminin xarakterindən və səmərəliliyindən asılıdır. İnsanların bu cür təşəkküllərdə birləşməsi iki prinsipial məqamın təsiri altında baş verir.
Birincisi, obyektiv amildir. Bəşəri mövcüdluğun fundamental tələbatları sosial praktikanın müxtəlif növlərinin həyata keçirilməsi prosesində səylərin, hərəkətlərin birləşdirilməsini, əlaqələndirilməsini zəruri edir. Bu amilin reallaşması labüddür; onun dərk olunub-olunmaması labüdlüyü aradan qaldırmır.
İkincisi, subyektiv amildir. Bu, müxtəlif sosial praktika növlərinə, sosial təşkilat formalarına cəlb olunmuş, qoşulmuş insanlar sayəsində kəsb edilən mənadır, xarakterdir.
Qeyd edilən hər iki amilə müvafiq surətdə istənilən sosial təşkilata xas olan nəzarət mexanizmindən bəhs etmək mümkündür. Bu mexanizm fərdləri ictimai, ümumqrup məqsədlərinə tabe edir, cəmiyyət hüdudlarında onların birliyini qoruyub saxlayır; sosial dəyərlərdən və normalardan ibarət olan spesefık sistem tətbiq edir, onu müdafiə edir, həmin normaların qrup, cəmiyyət üzvləri tərəfindən mənimsənilməsini təmin edir, onlara riayət olunmasını mükafatlandırır, onların tələblərindən kənara çıxma hallarının qarşısını alır. Sosial nəzarət mexanizminin mənası və əsas funksiyası da bundadır. Sosial təşəkküllərin, strukturların obyektiv-subyektiv xarakteri məhz burada təzahür edir. Sosial nəzarət obyektiv cəhət kimi çıxış edir: o, istənilən sosial təşəkkülün labüd surətdə meydana çıxan elementidir. Sosial nəzarət həm də şüurlu surətdə formalaşdırılmış, tətbiq olunmuş, qərarlaşmış formadır. Söhbət birinci halda qeyri-formal, ikinci halda isə formal sosial nəzarət haqqında gedir.
Formal sosial nəzarət dövlət tərəfindən qanunvericilik qaydasında icazə verilən fəaliyyətlərin stimullaşdırılması, qadağan olunan fəaliyyətlərin müəyyənləşdirilməsi və onların müqabilində sanksiyalar tətbiqi yolu ilə həyata keçirilir. Formal nəzarət həm də elə sosial strukturlarda həyata keçirilir ki, qəbul olunmuş normalara əməl edilməsi normativ aktlarla (nizamnamə, təlimatlar, əsasnamə və s.) və müvafiq sanksiyalarla təmin edilir. Formal sosial nəzarət, onun yaradılması və həyata keçirilməsi sosial qarşılıqlı təsirlərin rasional təşkili prosesinin nəticəsidir. Formal sosial nəzarətin agentləri dövlət hakimiyyəti orqanlarına səlahiyyəti olanlardır, bütün hakimiyyət strukturlarıdır. Onların fəaliyyəti müvafiq qaydalarla müəyyən edilmişdir. Sanksiyalar cinayət məsuliyyəti, inzibati tədbirlər və intizam tənbehləri formasında olur.
Formal sosial nəzarətin səmərəliliyi məlum dövlət hakimiyyətinin və səlahiyyətli müvafiq strukturların legitimlik dərəcəsinə birbaşa mütənasibdir. Bu səmərəliliyin tabe, ikinci dərəcəli şərtləri sırasına müvafiq sanksiyaların sərtliyi, cəzanın ağırlığı və onun real tətbiqinin dönməzliyi dərəcəsi aid edilə bilər.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin