Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə6/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   2   3   4   5   6   7   8   9   ...   114
SOS KONSP 2021

Metodoloji funksiya. Müxtəlif ümumilik səviyyəsinə malik olan sosioloji nəzəriyyələr, konsepsiyalar daha konkret elmlər sahəsinə aid olan tədqiqatlar üçün metodoloji əsas ola bilər. Sosial sistemlərin fəaliyyəti və inkişafının ümumi qanunauyğunluqlarını aşkara çıxaran nəzəriyyələr daha geniş tətbiq imkanlarına malikdir. Onların yaşamaq və fəaliyyət göstərmək hüququ uğrunda sərbəst bəhsləşməsi və mübarizəsi tamamilə qanunauyğun haldır. Müxtəlif sosioloji nəzəriyyələrin, cərəyanların, istiqamətlərin (məs., antropoloji istiqamət, naturalizm, neopozitivizm, strukturalizm, psixoloji istiqamət və s.) özünəməxsus məziyyətləri və nöqsanları, məhdudluqları vardır. Bu nəzəriyyələrin, cərəyanların başlıca müddəaları, prinsipləri konkret bilik sahələrində aparılan tədqiqatlar üçün həlledici məna kəsb edə bilər. Lakin konkret bilik sahəsində əldə edilmiş faktlar həmin müddəalarla, prinsiplərlə ziddiyyət təşkil edə bilər və yeni bünövrə, əsas axtarışı üçün stimul yarada bilər. Deməli, sosiologiyanın metodoloji funksiyasını birtərəfli başa düşmək doğru olmazdı: ümumi və xüsusi sosioloji nəzəriyyələr konkret sahələrdə tədqiqatı istiqamətləndirir, konkret sahələrin tədqiqatları sosioloji nəzəriyyələrin zənginləşməsini, dolğunlaşmasını şərtləndirir.

  • Proqnozlaşdırma funksiyası. Sosiologiya sosial həyatın, onun ayrı-ayrı sahələrinin fəaliyyəti və inkişafı proseslərini elmi sürətdə idarə etmək üçün müəyyən proqnozlar işləyib hazırlamağa kömək edir. Proqnozlaşdırma inkişafın qanunauyğunluqlarını, meyllərini dərindən başa düşməyə əsaslanır, cəmiyyəti daha səmərəli metodlarla idarə etməyin müqəddəm şərti kimi çıxış edir. Bu, qərarların yerinə yetirilməsi prosesində vaxtında zəruri təshihlər aparmağa imkan verir.

    Müxtəlif ümumilik səviyyəsində olan sosioloji nəzəriyyələr sosial hadisələrin nisbətən geniş dairəsində böyük miqdar informasiyanı cəmləşdirdiyindən, onların inkişaf qanunauyğunluqlarını aşkara çıxardığından ayrı-ayrı sosial hadisələrin, proseslərin tədqiqinə münasibətdə nəzəri əsas rolunu yerinə yetirə bilər. Lakin bu nəzəriyyələri ehkama çevirmək yox, konkret bilik sahələrinin imkanları hesabına yaradıcılıqla daha da inkişaf etdirmək lazımdır.

    Yüklə 1,1 Mb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   114




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin