Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə39/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   35   36   37   38   39   40   41   42   ...   114
SOS KONSP 2021

Daxili diaspora (öz respublikalarından kənarda yaşayanlar).

  • Yaxın diaspora (tarixi vətəni keçmiş sovet respublikaları olan sosial-etnik qruplar).

  • Uzaq diaspora (tarixi vətəni uzaq xarici dövlətlər olanlar).

  • Milli - ərazi qurumları olmayan diasporalar (kürdlər, qaraçılar və s.).

    Bu və ya digər sosial-etnik birliyin tərkibində olan etnoqrafık qruplar özünəməxsusluğu ilə seçilir. Onlar əhalinin əsas hissəsindən mədəniyyətlərinin, dillərinin (ləhcə, danışıq tərzi) xüsusiyyətləri ilə fərqlənirlər.
    Milli azlıqlar bir qayda olaraq miqrasiya (könüllü və ya məcburi), həm də bütöv xalqın deportasiyası nəticəsində əmələ gəlir. Bu, Rusiyada yunanların, inquşların, Dağıstanda yaşayanların və başqa xalqların başına gəlmişdir. Qeyd etməliyik ki, məhz buradan da, milli azlıqlar problemi, onların yaşadıqları mövcud dövlət quruluşunda hüquq və azadlıqlarının reallaşması ilə bağlı problemlər yaranır. Onları elmi əsaslarla demokratik prinsiplərə və sivil qaydalara arxalanmaqla həll etmək lazımdır.


    2. Müasir dövrdə sosial-etnik münaqişələrın kəskinləşməsinin səbəbləri


    Sosial-etnik münaqişələr müəyyən səviyyədə cəmiyyətin inkişafının bütün mərhələlərində mövcud olmuşdur. Bunun əsas səbəblərini inkişafın qeyri-bərabərliyi, ərazi, dil, mənəvi həyat və adət-ənənələrin müxtəlifliyi, milli mədəniyyətlərin özünəməxsusluğunun qorunması, sosial nemətlərə nail olmaqdakı fərqlər, öz problemlərini digər xalqların hesabına həll etmək cəhdləri təşkil edir.
    Bəzi müəlliflər müxtəlif konsepsiya, nəzəriyyə və təlimlərin köməyi ilə sosial-etnik münaqişələrə haqq qazandırmağa çalışırlar. Bu zaman zorakılığın müxtəlif formaları, fərdlərin, qrupların və təbəqələrin inkişafındakı qeyri-bərabərliyi təsdiq edən faktlar əsas götürülür. Bunların sırasına birinci növbədə müxtəlif sosial-irqi nəzəriyyələri, o cümlədən faşizmi və s. aid etmək olar.
    Keçmiş SSRİ-də milli siyasət və milli suverenliklə bağlı buraxılmış səhvlər bu gün mövcud olan konfliktlərin əsas səbəblərini şərtləndirir. Xüsusilə həmin dövrdə millətlərin milli suveren hüquqları - hər bir millətin öz sosial-siyasi quruluşunu seçmək azadlığı, ərazi bütövlüyü, iqtisadi sərbəstliyi və s. hüquqları kobud surətdə pozulmuşdur.
    Məhz buna görə də keçmiş sovet məkanında etnik və millətlərarası münaqişələrin kəskinləşməsi səbəbləri üzərində daha ətraflı dayanmaq məqsədəuyğundur. Aydındır ki, Sovet İttifaqının dağılmasının əsas səbəblərindən biri onun ərazisində yaşayan müxtəlif xalqlar, millətlər arasındakı qarşılıqlı münasibətlərin kəskinləşməsi olmuşdur. Həm mərkəzdə, həm də müttəfiq respublikalarda müəyyən qüvvələr öz dar milli maraqlarını təmin etmək üçün köhnə haqq-hesabları və borcları ilə bağlı problemləri qabartmağa çalışırdılar. Bu isə qarşılıqlı narazılıqları gücləndirirdi. Digər səbəb sovet cəmiyyətinin iqtisadi, sosial və mənəvi tərəqqisində milli mədəniyyətlərin, milli dillərin və s. İnkişafında buraxılmış nöqsanlar və səhvlər idi.
    Şübhəsiz, millətlərarası münaqişələrin yaranmasına şəxsiyyətə pərəstiş illərində milli problemlərin həllində yol verilmiş ciddi səhvlər və əyintilər də öz mənfı təsirini göstərmişdi. Xüsusilə, artıq 30-cu illərin əvvəllərindən başlayaraq guya SSRİ-də milli məsələnin həll olunması ilə əlaqədar olaraq ayrı-ayrı müttəfiq respublikalarda fəaliyyət göstərən milli şöbələr ləğv edilmiş, millətlərin qovuşması prosesi süni surətdə gücləndirilmişdir. Əgər 1926-cı ildə siyahıya alınma zamanı SSRİ-də 200-ə yaxın millət, xalq, etnik qrup qeydə alınmışdırsa, 1939-cu ildə bunların sayı 99-a endirilmişdir. Deməli, 13 il ərzində bu göstərici 2 dəfə azalmışdır. Xalqların etnik xüsusiyyətlərinin nəzərə alınmaması, süni surətdə assimilyasiya ayrı-ayrı sosial-etnik qrupların bir-birindən uzaqlaşmasını, yadlaşmasını və son nəticədə ciddi sosial narazılıqları şərtləndirirdi. Burada həmçinin kütləvi repressiyalar, bütöv xalqların öz ənənəvi yaşayış yerlərindən köçürülməsi, bir çox partiya və dövlət xadiminin, milli ziyalıların təqib olunması kimi neqativ proseslər də nəzərə alınmalıdır.
    Millətlərarası münasibətlərin kəskinləşməsi həm də dövlətin, mərkəzin yeritdiyi siyasətdə regionların maraqlarının lazımi dərəcədə nəzərə alınmaması, nazirliklər və idarələr tərəfındən müttəfiq respublikaların, eləcə də digər ərazi-dövlət qurumlarının mənafelərinin pozulması ilə əlaqədar idi.
    Millətlərarası münasibətlərin kəskinləşməsinin səbəblərindən biri də 80-ci illərin sonu - 90-cı illərin əvvəlində Sovet İttifaqına rəhbərlik etmiş şəxslərin korrupsiyaya qurşanmasının, vəziyyəti real qiymətləndirə bilməməsinin, ayrı-ayrı mafioz qruplarla əlaqələrinin, millətçilik təzahürlərinə qarşı ardıcıl mübarizə aparılmamasının nəticəsi idi. Həmin dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərdən biri Y. K. Liqaçov 1989-cu ilin sentyabrında etiraf etmişdi ki, «ötən ilin yazında mən Zaqafqaziyanın iki respublikasının sərhədlərinin dəyişdirilməsinin əleyhinə olduğumu birmənalı şəkildə deyən kimi bu, millətçiləri hövsələdən çıxartdı və onların bəd əməllərini çox gözləmək lazım gəlmədi».
    Millətlərarası qarşılıqlı münasibətlərin kəskinləşməsinin mühüm səbəblərindən biri sovet cəmiyyətinin uzunmüddətli böhran vəziyyəti olmuşdur. Sosial problemlərin həllindəki çətinliklər, inflyasiya, cinayətkarlığın geniş vüsət alması və s. nəinki xalqlar arasında münasibətləri pisləşdirdi, həm də böyük bir ölkənin bir sıra regionlarında genişmiqyaslı məlum konfliktlərin yaranmasına gətirib çıxardı.
    Milli-etnik münasibətlərdəki münaqişələrin səbəblərindən danışarkən müstəqil dövlətlərin bir çox liderlərinin və parlament üzvlərinin yerli millətə başqalarına nisbətən üstün yer verməsi kimi yanlış siyasəti də qeyd etmək lazımdır (Pribaltika, Rusiya, Ermənistan, Gürcüstan və s.). Bu, məsələn, bir sıra MDB dövlətlərinin qanunvericiliyində ayrı - seçkilik hallarına yol verilməsində, milli mənsubiyyətə görə adamların işdən çıxarılmasında, qeyri-yerli əhalinin hüquqlarının pozulmasında, milli şovinizmdə və s. özünü göstərir.



    Yüklə 1,1 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   35   36   37   38   39   40   41   42   ...   114




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin