Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə47/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   43   44   45   46   47   48   49   50   ...   114
SOS KONSP 2021

MÖVZU № 12. SOSİAL TƏŞKİLATLAR
PLAN:

1. Sosial təşkilatların mahiyyəti

2. Sosial təşkilatların əsas elementləri

3. Sosial təşkilatların formal və qeyri-formal növləri




Sosial təşkilatların mahiyyəti


Sosial təşkilatlar məqsədyönlü sosial sistemlərdir. Sosioloji elmdə və gündəlik praktikada bu anlayışdan bir neçə aspektdə istifadə edilir.
Birincisi, təşkilat dedikdə müəyyən insanlar qrupunun yeni normalar və qaydalar işləyib hazırlamağa, dayanıqlı əlaqələr yaratmağa yönəlmiş qarşılıqlı əlaqələrini ifadə edən fəaliyyət forması başa düşülür. Məsələn, rəhbər işçilər istehsalat prosesini elə təşkil etməlidir ki, əməliyyatların yerinə yetirilməsinin fasiləsizliyi və tezliyi təmin edilsin. Bu fəaliyyət istehsalat prosesinin təşkili deməkdir. İkincisi, təşkilat hər hansı bir obyektin atributu kimi, onun nizamlanma strukturuna malik olmaq cəhdi kimi başa düşülür. Bu mənada həmin anlayış təşkilatlanmış və ya təşkilatlanmamış strukturları fərqləndirmək üçün istifadə edilir. Üçüncüsü, sözügedən anlayış bəzən müəyyən ictimai funksiyanı yerinə yetirən institut xarakterli sosial qrupu ifadə edir.
Qeyd olunan hər üç məna birbiri ilə sıx bağlıdır. Bu, təşkilatın mahiyyətini başa düşməkdə və onun elmi təyinatını hərtərəfli açmaqda mühüm rol oynayır.
Sosial təşkilatların tədqiqatçılarından olan S. S. Frolov onları məqsədlərin əldə edilməsinə yönələn rasional sistemlər kimi xarakterizə edir. Onun fıkrincə, təşkilatların müəyyənləşdirilməsində aşağıdakı istiqamətlər mövcuddur.18
Birinci istiqamət K. Bernardın nəzəriyyəsi ilə bağlıdır. Həmin nəzəriyyəyə görə, təşkilat insanların kooperasiyasının elə növüdür ki, o, digər sosial qruplardan şüurluluğu və məqsədyönlü olması baxımından fərqlənir. Göründüyü kimi, burada insanların birgə fəaliyyətinə, onların kooperasiyasına, habelə məqsədə nail olmağın zəruriliyinə daha çox diqqət yetirilir.
İkinci istiqaməti D. .Març və Q. Saymonun nəzər-nöqtələri daha yaxşı səciyyələndirir. Onların fikrincə, təşkilat qarşılıqlı fəaliyyətdə olan insanların birliyidir. Elə birlik ki, o, cəmiyyətdə daha geniş yayılmışdır və mərkəzləşdirilmiş koordinasiya sisteminə malikdir.
P. Blau və Y. Skott təşkilatların müəyyənləşdirilməsinin üçüncü istiqamətini təqdim edirlər. Onların fikrincə, təşkilatlar əsas məqsədlərin əldə olunması naminə formalaşdırılır.
A. Etsioninin mövqeyi dördüncü istiqaməti ifadə edir. O göstərir ki, təşkilat spesifik məqsədləri həyata keçirmək naminə təşkil olunan sosial birliklərdir. Burada başlıca diqqət təşkilatın, onun üzvlərinin şüurlu fəaliyyətinə yönəldilir.
Təşkilatın müəyyənləşdirilməsini açıqlayan bu istiqamətlərin təhlili onu digər sosial qruplardan fərqləndirən iki səciyyəvi cəhəti qeyd etməyə əsas verir. Birincisi, təşkilatlar bir-biri ilə qarşılıqlı əlaqədə olan, spesifik məqsədlərin əldə edilməsinə yönəlmiş sosial qruplardır. Təşkilat üzvlərinin hərəkətləri fəaliyyətin konkret sahələrində nəzərdə tutulan nəticələr əldə etmək üçün əlaqələndirilir. Məsələn, siyasi partiya öz proqramını reallaşdırmaq naminə fəaliyyət göstərir. İkincisi, təşkilat özünün yüksək dərəcədə formalaşmış olması ilə səciyyələnir. Təşkilatın daxili strukturunu yaradan reqlamentlər, qaydalar və davranış normaları onun üzvlərinin bütün fəaliyyət sahələrini əhatə edir. Onlar aydın və dəqiq şəkildə təsbit olunur, bütün rolları və rol əlaqələrini ehtiva edir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin