Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


Tanınmış sosioloq Q. Lenski institutlaşma proseslərini doğuran bir neçə əsas sosial tələbatı müəyyən etmişdir: kommunikasiya



Yüklə 1,1 Mb.
səhifə44/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   40   41   42   43   44   45   46   47   ...   114
SOS KONSP 2021

Tanınmış sosioloq Q. Lenski institutlaşma proseslərini doğuran bir neçə əsas sosial tələbatı müəyyən etmişdir: kommunikasiyaya olan tələbat (dil, təhsil, rabitə, nəqliyyat); məhsullar və xidmətlər istehsalına olan tələbat; mövcud nemətlərin bölgüsünə olan tələbat; vətəndaşların təhlükəsizliyinə, onların həyatının və uğurlarının müdafiəsinə olan tələbat; cəmiyyətdə qeyri-bərabərlik sisteminin (ictimai qrupların mövqelərinin və statuslarının müxtəlif meyarlar üzrə yerləşdirilməsi) qorunub saxlanılmasına olan tələbat; cəmiyyət üzvlərinin davranışı üzərində sosial nəzarətin həyata keçirilməsinə (din, əxlaq, hüquq, cəzaçəkmə müəssisələri) olan tələbat.
Müasir cəmiyyət institutlar sisteminin çoxalması və mürəkkəbləşməsi ilə səciyyələnir. Bir tərəfdən, eyni bir təməl xarakterli tələbat bir çox xüsusi institutların mövcudluğunu zəruri edə bilər, digər tərəfdən isə hər bir institusional kompleks (məsələn, hüquq) aşağıdakı bir sıra təməl tələbatlar çoxluğunu yerinə yetirir: kommunikasiyaya, xidmətlərin, nemətlərin bölgüsünə, fərdi və kollektiv müdafiəyə olan tələbatları, qanunqaydanın və nəzarətin qorunması tələbatını.
Tarixi inkişafın gedişində sosial institutlarda baş verən dəyişikliklər həm onların öz daxilində olan səbəblərlə (əsasən həmin institutun hakim sosial qrupların mənafeləri baxımından səmərəliliyinin aşağı düşməsi üzündən), həm də xarici amillərlə (məsələn, cəmiyyətin yeni biliklər, yeni təsəvvürlər və dünyagörüşü əldə etməsi ilə əlaqədar olaraq) bağlıdır.
Aydındır ki, sosial institutun fəaliyyətinə qoşulmuş insanlar onlar üçün ayrılmış müvafiq rolları qəbul etməlidirlər. Şübhəsiz, institut daxilindəki bütün rollar institut rolları ola bilməzlər. Məsələn, «ananın balaca köməkçiləri» - bunlar ailədaxili rollardır. Lakin onlar institutlaşmamışlar. Eyni zamanda oğul və ya qız institutlaşmış rollardır. Bəs fərq nədədir? İnstitutlaşmış rol kənaraçıxmaları daha ciddi cəzalandırmağı nəzərdə tutan, daha sabit davranışlar toplusudur. Belə rollardan kənaraçıxmalar təhlükəlidir və ictimai cəhətdən mühakimə olunur. Hətta prezidentlər, nazirlər çox ciddi qüvvəyə malik olmalarına baxmayaraq, institut rollarının çərçivəsini qəbul etməyə məcburdurlar. Ailədə oğulun və qızın rolları onların valideynlərə, bir-birinə qarşı münasibətdə vəzifələri ilə birlikdə sözsüz yerinə yetirilməlidir, bundan kənaraçıxmalar ciddi cəzalandırılır.
İnstitut rolları təəccüblü dərəcədə sabitdir. Məsələn, rəis arvadı ilə müqayisədə xidməti işdə katibəsinin onun tələbatlarını necə çevik və bacarıqla yerinə yetirdiyini müşahidə edir. Narazı ər arvadından ayrılır və katibəsi ilə evlənir. Lakin tezliklə məlum olur ki, katibə arvad rolunda onun əvvəlki arvadından heç nə ilə fərqlənmir. Başqa bir misalı da nəzərdən keçirmək olar. Tədricən rəhbər vəzifəyə nail olmuş qulluqçular tabeliklərinə keçmiş əvvəlki həmkarları ilə köhnə münasibətləri saxlamağa çalışırlar. Lakin bu yol nadir hallarda müvəffəqiyyətə gətirib çıxarır. Belə ki, rəhbər rolu üçün başqa, tamamilə yeni münasibətlər zəruridir.
İnstitutun rollarının sabitliyi fərdlərin həmin rolları fərdi ifaetmə bacarıqlarının eyniləşməsi ilə şərtlənir. Tikintidə çalışan fəhlələrdən biri pis, digəri yaxşı əhval-ruhiyyədə, başqa birisi isə nisbətən bacarıqsız ola bilər. Ancaq fərdi fərqlər rolların tələbata istinad etməsi ilə məhduddur. İnstitut daxilində əmələ gələn mübahisələr, əlbəttə, şəxsiyyətlərin bir-birinə olan münasibətlərinin dəyişilməsi ilə nəticələnir, çox hallarda sosial rolların toqquşmasına gətirib çıxarır. İstehsalçı ilə sifarişçi ona görə toqquşurlar ki, istehsalçı məhsulu tam keyfiyyətli hazırlamalı olduğu halda, sifarişçi həmin məhsulun istifadəyə yararlı olmasını yoxlayır. Bütün bu toqquşmalar institut rollarıdır. Arvad həmişə arvad, kişi həmişə kişi, direktor isə direktordur. Fərq, ancaq institut rollarının fərdi cizgilərindədir. Bəzi hallarda rol şəxsi keyfiyyətləri tənzimləyir, məsələn, rəhbər vəzifəyə təyin olunduqda. Rolların dayanıqlı olması ayn-ayrı institut rollarının yerinə yetirilməsində uyğunluq tələb edir. Başqa sözlə, rolun özü fərdlər arasında seçim aparır.
Sosial sistemin inkişafı institutların təkamülünə gətirib çıxarır. Bu proses sosial institutların ənənəvi modellərindən müasir modellərinə keçilməsinə doğru yönəlir. Əgər ənənəvi cəmiyyətdə bütün institutlar sərt şəkildə birmənalı xarakter daşıması ilə, statuslarda və davranış normalarında fərdi azadlığa son dərəcə aşağı səviyyədə yer verilməsi ilə səciyyələnirdisə, müasir cəmiyyətdə institutlar tərəfındən sosial reqlamentləşmənin həyata keçirilməsi sərt deyil, daha yumşaq formalara malikdir və yüksək səviyyədə plüralizmə imkan verir.
Bütövlükdə institutlaşma prosesi öz sıralarında birləşdirdiyi insanların status və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi ilə başa çatır. Qeyd olunmalıdır ki, ictimai institutsuz heç bir müasir cəmiyyət normal fəaliyyət göstərə bilməz; institutlar cəmiyyətdə qayda-qanunun və mütəşəkkilliyin simvoludurlar.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin