Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə55/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   51   52   53   54   55   56   57   58   ...   114
SOS KONSP 2021

hakimiyyət;

  • normalar;

  • sanksiyalar.21

    Zənnimizcə, bu nöqteyi-nəzər mahiyyəti daha dəqiq əks etdirir.
    Əvvəlcə qeyd edək ki, sosial nəzarət və hakimiyyət bir-biri ilə sıx bağlı olan anlayışlardır. Bu anlayışlardan hansının daha geniş, hansının daha məhdud olmasını demək cətindir. Bəzi müəlliflər belə hesab edirlər ki hakimiyyət daha geniş anlayışdır; o, nəzarəti özünün bir funksiyası kimi ehtiva edir. Bu fikir o halda doğrudur ki, söhbət təşkilatdan gedir. Lakin söhbət cəmiyyətdən getdikdə vəziyyət dəyişir: sosial nəzarət anlayışı daha geniş məzmun kəsb edir, hakimiyyət isə nəzarəti həyata keçirmək vasitəsi kimi çıxış edir. Çünki hökumət, parlament, kütləvi informasiya vasitələri, sıravi vətəndaşlar və s. sosial nəzarətin həyata keçirilməsində özünəməxsus yer tuturlar. Hakimiyyət sayəsində normalar yaratmaq (məsələn, hüquqi qanunlar və ya davranış qaydaları), habelə onların yerinə yetirilməsi üzərində nəzarət qoymaq, səmərəli sanksiyalar sistemi tətbiq etmək mümkün olur. Hakimiyyət əslində əhatəedici anlayış kimi təzahür edir, sosial nəzarətin digər iki çox mühüm ünsürünü-normaları və sanksiyaları sıx birləşdirə bilir.
    Diqqət yetirsək, aydın müşahidə etmək olar ki, əslində cəmiyyətin hər bir üzvü öz üzərinə müəyyən hakimiyyət funksiyaları götürür. Məsələn, yaşlı adam zibili küçəyə atan bir cavana irad tutursa, o, bir növ hakimiyyət funksiyası təzahür etdirir. Lakin polis, məhkəmə, parlament, hökumət, ordu daha böyük hakimiyyətə malikdir. Bu halda hakimiyyət funksiyaları başqasını düz yola dəvət edən yaşlı adamın hərəkəti ilə müqayisədə daha təsirli, daha realdır. Çünki onların nəinki əmrlər, göstərişlər vermək (sosial normalar yaratmaq) səlahiyyətləri vardır, həm də həmin əmrlərin, göstərişlərin (sosial normaların) icrası üzərində səmərəli nəzarət imkanları mövcuddur.
    örkəmli sosioloq M. Veber hakimiyyəti öz iradəsini digər adamların arzularına, istəklərinə rəğmən qəbul etdirmək imkanı və ya qabiliyyəti kimi nəzərdən keçirirdi. Bu və ya digər hərəkəti o zaman hakimiyyətin təzahürü adlandırmaq olar ki, həmin hərəkət insanı nə isə etməyə məcbur edir, sövq edir, halbuki həmin insan öz iradəsi ilə başqa cür hərəkət edərdi. P. Morris isə qeyd edir ki, hakimiyyət sadəcə olaraq kiməsə və ya nəyəsə təsir göstərmək qabiliyyəti deyildir, kiminsə və ya nəyinsə dəyişilməsinə yönəlmiş fəaliyyətdir, prosesdir. Araşdırmalar göstərir ki, hakimiyyətin təbiətinə dair müxtəlif konsepsiyalar, mövqelər bir-birindən fərqli olsa da, onlardan birinin digərini inkar etməsi qənaətinə gəlmək olmaz. Çünki belə fərqlilik hakimiyyət fenomeninin ayrı-ayrı aspektlərini əks etdirir. Müasir politoloji və sosioloji ədəbiyyatda hakimiyyətin minimum üç aspekti ayırd edilir:

    • Direktiv aspekt. Bu halda hakimiyyət əmrlərin, direktivlərin, sərəncamların yerinə yetirilməsini təmin edən fenomen kimi başa düşülür. Məlum cəmiyyətin yüksək hakimiyyət instansiyasından bəhs edərkən məhz bu mənanı əsas tuturlar. Hakimiyyətin direktiv aspekti adətən aparıcı hesab olunur.

    • Funksional aspekt. Bu halda hakimiyyət ictimai idarəetmə funksiyasını reallaşdırmaq qabiliyyəti və bacarığı kimi başa düşülür.

    Kommunikativ aspekt. Bu aspekt nəzərdə tutur ki, hakimiyyət hər iki tərəf (idarə edən və idarə olunan) üçün anlaşıqlı olan ünsiyyət və dil vasitəsilə reallaşır.
    Yeri gəlmişkən qeyd edək ki, məhşur Amerika politoloqu və idarəetmə nəzəriyyəçisi, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Q. Saymon qeyd edirdi ki, kommunikasiyasız nə hakimiyyət, nə də təsir mövcud olmazdı. Q. Saymon kommunikasiyanı təkcə nitq qarşılıqlı təsiri kimi yox, bu sözün geniş mənasında başa düşürdü.
    Sosial nəzarətin ikinci struktur ünsürü normalardır. Normalar elə tələblərdir ki, onlar cəmiyyətdə özünü düzgün aparmaq üçün nə etmək lazım olduğunu diktə edir. Bu tələblər fərdə və qrupa istiqamətlənməklə nəyi isə etməyə icazə verir, nəyi isə etməyi qadağan edir. Normalar cəmiyyətdə idarəetmə sistemində yüksək qiymətləndirilir; onlar cəmiyyətin sıx birləşməsində əvəzsiz rol oynayır, ictimai xaosun baş verməsinə mane olur, sabitliyin güclənməsinə kömək edir. Elmi ədəbiyyatda belə bir fikir söylənilir ki, normalar hakimiyyətin birinci silahıdır. Həmin normaların icrası üzərində nəzarət isə onun ikinci silahıdır. Bu qənaətlə bütövlükdə razılaşmaq olar. Çünki məhz normalar dəyərlərimizin qoruyucusu, mühafizədir. Hətta davranışın ən sadə normaları da qrup və bütövlükdə cəmiyyət tərəfindən yüksək qiymətləndirilən cəhətləri özündə əks etdirir. İnsanın həyat fəaliyyətinin müxtəlif sahələrini nəzərdən keçirdikdə aydın olur ki, onların hər birinin ümumi və spesifik normalar sistemi mövcuddur.
    Sosial normalar müvafiq davranış tələbləri, tapşırıqları və gözləmələridir. Sosial normaların meydana gəlməsi və fəaliyyəti, cəmiyyətin sosial-siyasi təşkilində yeri ictimai münasibətlərin nizama salınmasına olan obyektiv tələbatla müəyyən olunur.
    Sosial normaların (bunları çox vaxt «Ümumi qaydalar» adlandırırlar) meydana gəlməsinin əsasında hər şeydən əvvəl maddi istehsalın tələbatları dayanır. İstehsal, bölgü və mübadilə aktlarının təkrar olunması, yəni sosial qarşılıqlı təsirlərin təkrar olunması elə ümumi qaydaların varlığını tələb edir ki, onlar müvafiq ictimai münasibətlərin iştirakçılarına müntəzəm surətdə həmin qarşılıqlı təsirlərə qoşulmaq imkanı versin. Bunun sayəsində sosial normalar özündə sosial qarşılıqlı təsirlərin mücərrəd modelini təcəssüm etdirir. Bu model fərdlərə imkan yaradır ki, onlar ictimai münasibətlərin digər iştirakçılarının fəaliyyətini irəlicədən görə bilsinlər, öz davranışını müvafiq qaydada nizama salsınlar. Bunun sayəsində sosial normalar fərd səviyyəsində onun davranışının ölçüsünə, cəmiyyət səviyyəsində isə həmin davranışın qiymətləndirmə miqyasına çevrilir. Sosial normalar bir sıra spesifik əlamətlərə malikdir:

    • onlar rasional baxımdan dərk olunmuş və məntiqi cəhətdən formula edilmiş qaydalar şəklində ifadə oluna bilər; bu halda vasitələrə məqsədlərə, yaxın məqsədlər uzaq məqsədlərə və s. tabe edilir;

    • sosial normaların əksəriyyəti üçün xarakterik cəhət onların çox zaman ictimai şüurda göstərilən elementlərə (məqsədlər, vasitələr) ayrılmasıdır. Başqa sözlə, onlar bütöv nümunələr, stereotiplər (davranış standartları) kimi mövcud olur, məhz bu cür qavranılır, davranışda təkrar istehsal edilir;

    • sosial normaların məzmunu fərdlərin və sosial qrupların real davranışından hasil edilir;

    • həmin normaların fəaliyyi çox zaman kortəbii təzahür edərək, insanların şüurunda heç də həmişə dolğun əksini tapa bilmir;

    -sosial normalar insanların davranışını nizama salır, ictimai münasibətlərin ən rəngarəng növlərini tənzimləyir. Bunlar müəyyən normalar iearxiyası kimi təşəkkül tapır, sosial əhəmiyyət baxımından fərqlənir və spesifik xüsusiyyətlər kəsb edirlər;

    • sosial normalar fəal qarşılıqlı təsirə malik olan fenomendir. Məsələn, siyasi normalar ideoloji sərvətlər sistemi ilə birbaşa bağlıdır, iqtisadi xarakterli normalara təsir göstərir; iqtisadi xarakterli normalar texniki normalara təsirsiz qalmır və s. Ailə münasibətləri və əxlaq sahəsinə aid olan normalar əslində sosial cəhətdən əhəmiyyətli davranış aktlarının bütün məcmusunu əhatə edir. Hüquqi normalar qeyd edilən normaların ən mühümlərini birləşdirir və əlaqələndirir.

    İnsanların qarşılıqlı ictimai təsirləri prosesi sosial normaların işlənib hazırlanması üçün başlıca zəmindir. Təkrar olunan, sabit qarşılıqlı təsirlər müəyyən nizam, qayda yaradılmasını tələb edir, başqa sözlə, ictimai tələbatlarla şərtlənən sosial qarşılıqlı təsirlər müvafiq standartlar işləyib hazırlamağı zərurətə çevirir.
    Aydın məsələdir ki, sosial qarşılıqlı təsirlər birbirindən təcrid olunmuş fərdlər arasında deyil, sosial qruplarda, təbəqələrdə birləşmiş insanlar arasında həyata keçirilir. Sabit sosial təşəkküllərin yaranmasının özü qarşılıqlı təsirlərin ayrı-ayrı kateqoriyalarının nizama salınması sayəsində, yəni insan birgəyaşayışını istənilən formaları üçün zəruri olan əsas tələbləri əks etdirən sosial normaların meydana gəlməsi sayəsində mümkün olur.
    Sosial normaların institusional xarakteri onlara sosial mənada son dərəcə mühüm xüsusiyyət bəxş edir: onlar nisbi sabitliyə, daimilik xüsusiyyətinə malik olur; əgər onlar hüquqda təsbit edilmişdirsə, ən ümumi xarakter daşıyır. Lakin məhz bu xüsusiyyət onları mobillikdə, yeniləşən sosial-iqtisadi şəraiti nəzərə almaqla özbaşına dəyişilmək imkanından məhrum edir. Dəyişən sosial şəraitlə fərqlilik artdıqca institusional sosial normaların tənzimedici funksiyasının səmərəliliyi azalır. Başqa sözlə, reallıqdan ayrı düşmək müvafiq normaların sosial səmərəliliyini sarsıdır. Bu şəraitdə ictimai münasibətlər sahəsində spontan olaraq, özbaşına yeni, qeyri-institusional sosial normalar meydana gəlir. Onlar bir tərəfdən dəyişilmiş şəraiti adekvat əks etdirə bilər, digər tərəfdən isə institusional nəzarətdən kənarda qalaraq, ümumi məcburilik xarakteri kəsb etmədiyindən legitimləşməyərək, hüquq pozulmalarına və cinayətkarlığa yol aça bilər. Çox zaman müəyyən məhdud, lokal mənada adekvat olan həmin normalar bütövlükdə iqtisadiyyat miqyasında disfunksiyalara gətirib çıxara bilər. İqtisadiyyat isə institusional tənzimləməyə məhz ona görə möhtacdır ki, o, bütün cəmiyyət üçün qarşlıqlı surətdə əlaqəli vahid sistemdir. Normaların belə institutlaşması iqtisadi inkişafın yeni, dəyilmiş obyektiv şəraitinə, hər şeydən əvvəl isə cəmiyyətin məhsuldar qüvvələrinin yeni, qabaqcıl xarakteristikalarına adekvat olmalıdır.
    Sosial nəzarətin strukturunun üçüncü ünsürü sanksiyalardır. Sanksiyalar insanların sosial normalara riayət etməsini stimullaşdıran mükafatlandırma və cəzalandırma vasitəsidir.
    Etiraf etməliyik ki, sanksiya sözünü işlədəndə adətən daha çox onun neqativ aspektinə diqqət yönəlir. Halbuki yuxarıda qeyd etdiyimiz kimi, sanksiyalar təkcə cəzanı (neqativ aspekti) yox, həm də mükafatlandırmanı (pozitiv aspekti) nəzərdə tutur. Sanksiyalar sosial normaların qoruyucularıdır. Diqqət yetirsək, görərik ki, normalar həm dəyərlər, həm də sanksiyalar tərəfindən müdafiə olunur.
    Sosial sanksiyalar bütöv, çoxşaxəli sistemdir. Bu sistem normaların yerinə yetirilməsi üçün, yəni konformizm üçün (onlarla razılaşma) mükafatları, normalardan kənara çıxmaya görə, yəni deviantlığa görə cəzaları nəzərdə tutur.
    Konformizm (latınca conformis - oxşar, uyğun deməkdir) üçün uyğunlaşma, mövcud qaydaları, hökmran rəyləri passivcəsinə qəbul etmək, öz mövqeyinin olmaması, ən güclü təzyiq qüvvəsinə malik istənilən nümunəyə qeyritənqidi yanaşma xarakter cəhətdir. Bu halda şəxsiyyət qrupun real və ya təsəvvür olunan təzyiqinə itaətkarlıq göstərir. Lakin unutmaq olmaz ki, konformizm ümumən qəbul edilmiş qaydalarla zahiri razılıqdır. İnsan daxilən həmin qaydalarla Razılaşmaya bilər, bu barədə heç kəsə məlumat verməyə bilər. Konformizm sosial nəzarətin məqsədi ola bilər, lakin o, sosiallaşmanın məqsədi deyildir. Çünki sosiallaşma ümumən qəbul edilmiş normalarla daxili razılaşmanı, onların «qəbul olunmasını» nəzərdə tutur. Deviantlıq (latınca deviatio - kənara çıxma deməkdir) məlum cəmiyyətdə ümumən qəbul edilmiş normaları və qaydaları pozan davranışı ifadə edir. Göründüyü kimi, hər iki davranış tərzi normalarla bilavasitə bağlıdır.
    Sosial sanksiyalar sosial nəzarət sistemində çox mühüm rol oynayır. Ozü-özlüyündə normalar heç nəyə nəzarət etmir. Normalara əsaslanmaqla adamların bir qismi digərinin davranışına nəzarət edir. Normalara əməl olunması, habelə sanksiyaların yerinə yetirilməsi bizim davranışımızı məqbul məcraya yönəldir. Bizim hər birimiz yaxşı bilirik ki, mühüm elmi kəşf üçün rəsmi mükafat, ağır cinayət əməli üçün həbs gözlənilir. Biz başqa bir adamdan müəyyən hərəkət gözləyəndə ona ümüd edirik ki, o, təkcə mövcud normanı yox, həm də onun yerinə yetirilməsi (yerinə yetirilməməsi) üçün müvafiq sanksiyanı da bilir.
    Deməli, normalar və sanksiyalar vahid bir tam halında birləşmişdir. Hər hansı bir normanı müşayət edən sanksiya yoxdursa, onda norma şüara, dəvətə, çağırışa çevrilir, real davranışı nizamlaya bilmir. Bu halda norma sosial nəzarət ünsürü olmaqdan qalır.
    Sosial sanksiyaların tətbiqində spesifik məqamlar mövcuddur. Elə hallar olur ki, sanksiyaların tətbiqi kənar şəxslərin iştirakını tələb edir. Elə hallar da olur ki, buna ehtiyac qalmır. Sanksiyaların tətbiqi baxımından spesifik şəraiti aydın başa düşmək üçün iki situasiyanı müqayisə etmək kifayətdir:
    1-ci situasiya - işçi başqa bir müəssisədə daha münasib işə getmək istəyir. O, ərizə ilə müdiriyyətə müraciət edir, ilkin sərəncam və ya əmr hazırlanır. Həmin işçinin işdən çıxması müəssisənin (təşkilatın) kadrlar şöbəsi tərəfındən rəsmiləşdirilir.
    2-ci situasiya - müəyyən cinayət əməli üçün həbs. Bu situasiya ilkin istintaqı, məhkəmə dinləmələrini, yuxarı instansiyalara verilmiş şikayətlərə baxılmasını və nəhayət, son qərar qəbul olunmasını nəzərdə tutur. Başqa sözlə, bu situasiya uzunmüddətli mürəkkəb proseduranı şərtləndirir.
    Sanksiyalara və onların tətbiqinə aid olan bəzi məqamları xüsusi qeyd etməyə ehtiyac vardır.
    Əvvəla, insanın özünün özünə sanksiyalar tətbiq etməsi heç zaman baş vermir. İnsan müəyyən hadisə və prosesi daxilən təhlil edərək müəyyən qənaətə gəlir: özünü ya təqsirli bilir, ya da təqsirsiz hesab edir. Həmin qənaət özünə münasibətdə sanksiya tətbiqi ilə nəticələnmir.
    Sanksiyaların tətbiqi insanın özünə doğru istiqamətlənmişsə, daxili təhlil aparılırsa, belə nəzarət formalarını özünənəzarət adlandırmaq daha düzgün olardı.
    İkincisi, qrup vərdişlərini pozanlara tətbiq edilən sanksiyalar az sayda adamların olmasını tələb edir. Bu işə çoxsaylı adamların cəlb olunması nəzarətin təsirliliyini zəiflədə bilər, lüzumsuz səs-küy doğura bilər.
    Beləliklə, sanksiyaların fəal, qüdrətli təsir, nəzarət imkanları vardır. Həmin imkanlardan düzgün, vaxtında və səmərəli istifadə olunmalı, konkret vəziyyət diqqətlə, hərtərəfli araşdırılmalıdır.

    Yüklə 1,1 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   51   52   53   54   55   56   57   58   ...   114




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin