Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


Sosial təşkilatların əsas elementləri



Yüklə 1,1 Mb.
səhifə48/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   44   45   46   47   48   49   50   51   ...   114
SOS KONSP 2021

2. Sosial təşkilatların əsas elementləri


Sosial təşkilatlar dəyişkən və mürəkkəb daxili struktura malikdir. Bu strukturun təhlilinə aşağıdakı modeldən başlamaq olar:

Göründüyü kimi, sosial struktur istənilən təşkilatın mərkəzi elementidir. O, təşkilatın iştirakçıları arasındakı qarşılıqlı münasibətlərin tənzimləyicisi kimi çıxış edir. Bu məsələ ilə bağlı ədəbiyyatda müxtəlif baxışlar mövcuddur. Onlardan K. Devisin mövqeyi daha orijinaldır. O, hesab edir ki, insan cəmiyyətində ikiqat reallıq adlana bilən bir sistem mövcuddur: bir tərəfdən sual yaradan normativ sistem, digər tərəfdən isə sual yaradan faktiki qaydalar. Hər bir fərd çoxsaylı qaydalar, qadağalar və icazələrlə əhatə olunmuşdur. Onlar ictimai həyatı nizamlamaq üçün zəruridir. Lakin həmişə qaydalar üzrə yaşamaq sadəcə olaraq mümkün deyildir. Bizim həyatımız müəyyən qədər qaydalardan kənara çıxmağa istiqamətlənir.
Təşkilatın strukturunda mühüm ünsürlərdən biri də məqsədlərdir. Belə ki, təşkilatlar müəyyən məqsədləri həyata keçirmək üçün yaradılır; onların fəaliyyəti də hər şeydən əvvəl, öz məqsədlərinə nail olub-olmamasına görə qiymətləndirilir. Bununla yanaşı, məqsədlər təşkilatın əsl məramının anlaşılmasında mühüm amillərdən biridir. Bəzi tədqiqatçılar belə hesab edirlər ki, məqsədlər təşkilati davranışın təhlilində xüsusilə zəruridir, başqaları isə əksinə, onların əhəmiyyətini kiçiltməyə çalışrrlar.
Ümumilikdə götürdükdə təşkilatın məqsədlərini yüksək qiymətləndirən mövqe daha geniş yayılmışdır. Məqsəd təşkilatın əldə etməyə çalışdığı əsas nəticə hesab olunur. Fərdlərin birgə fəaliyyəti onlarda müxtəlif səviyyəli və məzmunlu məqsədlər yaradır. Təşkilati məqsədlərin qarşılıqlı surətdə əlaqəli olan üç növü vardır: məqsəd-vəzifə, məqsəd-istiqamət və məqsəd-sistem. Birinci daha yüksək səviyyəli təşkilat tərəfindən verilən və təşkilatın təyinatını əks etdirən proqramlar, planlar və tapşırıqlardır. Bu məqsədlər prioritet əhəmiyyət kəsb edir. Onların əldə olunması səviyyəsi təşkilatın fəaliyyətinin uğurluluğunun əsas meyarı kimi qiymətləndirilir. Məsələn, məktəbdə dərs demək, xəstələrin xəstəxanaya qəbulu və müalicəsi müvafiq təşkilatlar mövcudluğunun mənasını müəyyən edən məqsəd-vəzifələrdir. Məqsəd-istiqamətlər iştirakçıların ehtiyac və maraqlarının ödənilməsi ilə bağlı olan, eləcə də təşkilat tərəfindən reallaşdırılan xüsusi məqsədlərdir. Buraya kollektivin ümumi məqsədi ilə yanaşı, həm də təşkilatın hər bir üzvünün konkret məqsədi daxil olur. Nəhayət, məqsəd-sistemlər təşkilatın bütövlüyünün, sabit fəaliyyətinin, inteqrativ keyfıyyətlərinin təmin edilməsi zərurətindən irəli gələn məqsədlərdir. Sistem kimi götürülən təşkilatın məqsədləri məqsəd-vəzifə və məqsəd -istiqamətlərlə üzvi şəkildə qarşılıqlı əlaqədədir.
Sosial təşkilatın üzvləri və ya iştirakçılar hər bir təşkilatın mühüm tərkib hissələridir. Onlar təşkilatın sosial strukturunda müəyyən mövqe tutur və müvafıq sosial rol yerinə yetirirlər. Bunun üçün zəruri keyfiyyət və vərdişlər toplusuna malik olurlar. Bu fərdlərin potensialının birləşdirilməsi nəticəsində yüksək nailiyyətlər əldə etmək mümkündür.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin