inzibati-təşkilatimetodlar; bu metodlar dövlətin iradəsinə və nüfuzuna istinad edir və idarəetmə obyektinə bilavasitə təsir göstərir. İdarəetmənin inzibati-təşkilati metodlarının xarakter xüsusiyyətləri sırasına bunlar aid edilə bilər: operativlik; idarə olunan obyektə birbaşa təsir; göstərişlərin, sərəncamların, əmrlərin və digər inzibati qərarların yerinə yetirilməsinin məcburi xarakteri; yerinə yetirilməyən əmr və sərəncamlar üçün ciddi surətdə müəyyən edilmiş məsuliyyət; səhv qərarların qəbulu üçün fərdi məsuliyyət. Bu metodların üstün cəhətlərinə baxmayaraq, onların tətbiqində müəyyən qüsurlar da özünü göstərir: qərarların qəbulun-a özbaşınalıq, volyuntarizm və bürokratizm təzahürləri.
iqtisadi metodlar; bu metodlar idarəetmədə və təsərrüfat fəaliyyətində iqtisadi qanunlardan və münasibətlərdən səmərəli istifadəni təmin edən tədbirlərin məcmusudur. İqtisadi metodların reallaşdırılmasının əsasını nəticə etibarilə adamların maddi maraqlarının aşkara çıxarılması və on-ardan istifadə olunması təşkil edir; bu maraqlar işçiləri iqtisadi qanunların tələblərini yerinə yetirməyə sövq edir.
sosial-psixoloji metodlar; bu metodlar ayrı-ayrı işçilərin və kollektivlərin fərdi xarakteristikalarını nəzərə almaqla tətbiq edilən metodlardır. Sosial-psixoloji metodlardan səmərəli istifadə olunması şəxsiyyətin və kollektivin mövcud potensialının azad, sərbəst inkişafına, onların fəaliyyətinin aktiv yaradıcı əsasda qurulmasına kömək edir. Ona görə də hər bir rəhbər işçi idarəetmənin sosial - psixoloji əsaslarına yiyələnməyə ciddi səy göstərməlidir. İşçinin davranışı, onun digər şəxslərlə qarşılıqlı təsiri, ünsiyyəti və s. hərtərəfli öyrənilməlidir. Bu halda şəxsiyyət ünsiyyətin mühüm ünsürü, kollektiv fəaliyyətin iştirakçısı, çoxsaylı qrupların üzvü kimi nəzərdən keçirilməlidir. Lakin kiçik kollektivlərin, böyük sosial birliklərin, kütləvi proseslərin xüsusiyyətlərinə də diqqət yetirilməlidir