Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı


Adətən ictimai rəyin subyektini və obyektini fərqləndirirlər



Yüklə 1,1 Mb.
səhifə68/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   64   65   66   67   68   69   70   71   ...   114
SOS KONSP 2021

Adətən ictimai rəyin subyektini və obyektini fərqləndirirlər. Bu ona görə zəruridir ki, ictimai rəyin əsasını təşkil edən sosial qiymətləndirmə əslində subyektin obyektə müəyyən münasibətinin ifadəsi deməkdir. İctimai rəyin subyekti dedikdə qiymət verən tərəf nəzərdə tutulur. İctimai rəyin subyekti bir növ onun daşıyıcısı deməkdir. Aydın məsələdir ki, istənilən sosial birlik forması bu rolu yerinə yetirə bilər. Bütövlükdə cəmiyyət, onun hər hansı hissəsi (sosial qrup, təbəqə), habelə müəyyən mənada ayrı-ayrı görkəmli şəxsiyyətlər də ictimai rəyin subyekti ola bilər. İctimai rəyin obyekti rəngarəngdir, müxtəlif hadisələr, proseslər və problemlərdir. İstənilən məsələ ictimai rəyin obyekti ola bilər. İctimai rəyin subyekti ilə obyekti arasında qarşılıqlı təsir mürəkkəb prosesdi. İctimai rəy öz daxili məzmununa görə, əhatə dairəsinə görə əhalinin müxtəlif səviyyələrini təmsil də bilər. Bu mənada bütövlükdə xalqın ictimai rəyini, bu və ya digər sosial qrupun rəyini, müəyyən iş sahələrində çalışan kollektivlərin rəyini ayırmaq mümkündür. Belə fərqləndirmə ictimai rəyi əsasən kəmiyyət etibarilə səciyyələndirir. Aydın məsələdir ki, ictimai rəyin keyfıyyət aspekti də mövcuddur. Bu, onun ictimai inkişafın tələbatlarına nə dərəcədə uyğun gəlməsi ilə müəyyən olunur.
İctimai rəyə verilən sosial qiymət öz obyektivliyi, mötəbərliyi baxımından birmənalı olmur. Bu halda ictimai rəyin əsasında dayanan mənafelərin tipi və xarakteri həlledici əhəmiyyət kəsb edir. Bu o deməkdir ki, hər bir sosial subyekt hadisələri, prosesləri və problemləri ən əvvəl öz spesifik mənafeləri baxımından qiymətləndirir. Mənafelər müxtəlif olduğuna görə eyni bir hadisə, proses, problem müxtəlif cür qiymətləndirilə bilir.
Beləliklə, «ictimai rəyin sosial mahiyyəti bundadır ki, o, insanların fıkir və hisslərini, praktik fəaliyyətini daxili vəziyyətin və beynəlxalq həyatın ən mühüm tərəflərinə yönəldir, insanları onlara qiymət verməyə sövq edir, onları bu tərəfləri ya qoruyub saxlamaq və ya möhkəmləndirmək işinə, ya da dəyişdirməyə səfərbər edir».25
İctimai rəy nəzəriyyələrinə diqqət yetirdikdə aydın olur ki, ictimai rəyə sosialoji və sosial-psixoloji, habelə politoloji yanaşmalar mövcud olmuşdur. Belə yanaşmaların fəal şəkildə işlənib hazırlanması XIX əsrin II yarısından başlanır. Bu işdə görkəmli fransız sosioloqu, sosial psixologiyanın banilərindən biri, sosiologiyada psixoloji istiqamətin başlıca nümayəndələrindən biri Qabriel Tardın (1843-1904) «İctimai rəy və yığnağ» əsəri26 mühüm rol oynamışdır. Həmin əsərdə qeyd edilir ki, ictimai rəyi «publika» formalaşdırır. Publikanın yaranması üçün əsas xalis mənəvi proseslərdir, ünsiyyətdir. Eyni zamanda ictimai rəyin tədqiqində politoloji istiqamət də meydana çıxır. Bu, başlıca olaraq hüquqşünasların səyləri sayəsində mümkün olur. Bu istiqamət həm Qərbi Avropada, həm də Şimali Amerikada inkişaf edir. A. O. Louellin «İctimai rəy və xalq hökuməti» əsəri ictimai rəyin təbiəti və onun öyrənilməsi metodları barəsində nəzəri təsəvvürlərin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
Louell öz nəzəri tədqiqatlarının əsasına aşağıdakı məsələləri daxil edir:
− qərarların qəbul edilməsi zamanı ictimai rəyin səriştəliliyinin hüdudları məsələsi; − əksəriyyətin və azlığın rəylərinin nisbəti məsələsi; − ictimai rəyin ifadə olunması formaları haqqında məsələ. Louell belə bir nəticəyə gəlmişdir ki, ictimai rəy dövlətin idarə olunması prosesində məhdud təsir sferasına malikdir; reallıqda elə problemlər mövcuddur ki, onları bilavasitə səsvermə ilə, yaxud ictimai rəyə istinad etməklə həll etmək olmaz. Bu ideyanı Lipman daha da inkişaf etdirmişdir; o, «hər şeydə aparıcı və hər şeyə qadir vətəndaş» mifini kəskin tənqid etmişdir. Lipman ictimai rəyin məhdudluğunu nədə görürdü? «Orta adam»ın öz mənafelərini dərk etməyə qadir olmamasında, onun mətbuatın materiallarından geniş istifadə etməsində - mətbuatın informasiyası isə tam deyildir, yaxud təhrif olunmuşdur. Lipman bu baxımdan stereotip anlayışından istifadə edir. O, bu anlayışı bəsit təsəffürləri, ictimai rəyin təzahür formalarını ifadə etmək üçün işlədilir.
Onun fıkrincə, bu, siyasi xadimlərin, partiyaların, reklam personajların, müxtəlif sosial, peşə və etnik qrupların davranışında müşahidə edilir. Lipmana görə, stereotiplər bəşəri ünsiyyətə daxilən xasdır və buna görə də onlar «gəzən rəyin» ayrılmaz hissəsidir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin