Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə85/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   81   82   83   84   85   86   87   88   ...   114
SOS KONSP 2021

3. Dinin sosiologiyası


Dinin sosiologiyası sosial institut olan dini, onun genezisini, cəmiyyətdə yerini və rolunu öyrənir, onun meydana gəlməsinin, fəaliyyətinin, tarixi təkamülünün sosial qanunauyğunluqlarını, digər sosial institutlarla qarşılıqlı əlaqə və təsirini üzə çıxarır.
Dinin sosial mahiyyəti və təbiəti barəsində təlim dinin sosioloji nəzəriyyəsinin əsasını təşkil edir. Din xüsusi təsəvvürlərin, etiqadların sistemidir. Bu təsəvvürlər, etiqadlar həmişə emosional yaşantılarla, hisslərlə və xüsusi dini - kult fəaliyyəti ilə, habelə dini təşkilatla (məbədlər, kultu icra edənlər - ruhanilər, dindarlar) müşayiət olunur. Bundan əlavə, adətən dində mənəvi-etik normaların və tapşırıqların müəyyən toplusu da öz əksini tapır. Göründüyü kimi, din müxtəlif ünsürlərin mürəkkəb kompleksi kimi çıxış edir. Bu kompleksdə etiqadlar və emosional yaşantılar mərkəzi yer tutur.
Qərbdə dinin sosiologiyasının baniləri E. Dürkheym və M. Veber hesab olunur. Dinin «kollektiv təsəvvür» kimi funksional baxımdan öyrənilməsi ənənəsi Dürkheymlə bağlıdır. Dürkheymə görə, din cəmiyyətin sıx birləşməsinin, fərdlə sosial bütöv arasında əlaqələrin qərarlaşmasının əsas vasitəsidir. M. Veberlə bağlı olan ənənə isə dini hər şeydən əvvəl sosial fəaliyyətin motivi kimi şərh edir, bu və ya digər ictimai dəyişiklik prosesində onun rolunu aşkara çıxarır.
Qərbin din sosiologiyasında dini fenomenlərin öyrənilməsində iki səviyyəni ayırd etmək olar:

  1. nəzəri səviyyə - dini bütöv altsistem kimi nəzərdən keçirir və onun digər sosial strukturlarla qarşılıqlı təsirini üzə çıxarır;

  2. empirik səviyyə - sosial-demoqrafık qrupların, ayrıca şəxsiyyətlərin dindarlığını öyrənməyi təklif edir.

Nəzəri səviyyədə bir neçə cərəyan mövcuddur. Bunların içərisində XX əsrin 70-ci illərinə qədər funksional məktəb üstün olmuşdur. Bu cərəyanın nümayəndələri (T. Dia, L. Şnayder, M. Zinqer və s.) funksionalizmin ümumi nəzəri prinsiplərinə istinad edərək, onları dinin öyrənilməsinə tətbiq etməyə səy göstərmişlər. Onların fikrincə, din etiqadlar, normalar və dəyərlər sistemi yaradır ki, bunlar da cəmiyyət üzvlərini sıx birləşdirir, onun bütövlüyünü, birliyini təmin edir. Dürkheymin ardınca funksionistlər dini cəmiyyəti inteqrasiya edən çox mühüm amil hesab edirlər. Onlar dinin funksiyalarına xüsusi yer ayırırdılar.
60-cı illərin sonu - 70-ci illərin əvvəlində Qərbin din sosiologiyasında fenomenoloji istiqamətin nümayəndələri (xüsusən Amerika sosioloqu P. Berger və Almaniya sosioloqu T. Lukman) daha əhəmiyyətli mövqelər qazandılar. Onlar E. Husserlin bəzi fəlsəfi müddəalarına istinad edərək, cəmiyyəti və sosial institutları insanların intersubyektiv şüurunun məhsulu kimi nəzərdən keçirirlər. Onlar «sosial reallıqların» plyuralizmini ön plana çəkir, «gündəlik həyat reallığını» başlıca reallıq elan edirlər; bu reallığın üzərində elm, incəsənət, din və fəlsəfədən ibarət olan «simvolik universumlar» sistemi yüksəlir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin