Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə88/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   84   85   86   87   88   89   90   91   ...   114
SOS KONSP 2021

4. Mədəniyyətin sosiologiyası


Mədəniyyət anlayışı elmi ədəbiyyatda birmənalı şərh edilmir. Onun gündəlik - adi şüur səviyyəsində başa düşülməsində bu, xüsusilə aydın hiss olunur.
Elmi şərhdə mədəniyyət insan fəallığının genişmiqyaslı və çoxşaxəli sistemi kimi nəzərdən keçirilir. Mədəniyyətin yığcam tərifini adətən insanların fəaliyyətinin müxtəlif nəticələrinə, öz sosial varlığını mühafizə edib saxlamaq və yeniləşdirmək sahəsində fəallığın rəngarəng formalarına müncər edirlər. Sosial varlıq isə maddi obyektləri, insanların fəaliyyət və qarşılıqlı təsir normalarını, təsəvvürlərini, qiymətlərini əhatə edir. Bir sıra hallarda mədəniyyətə elmi yanaşma onu qiymətləndirmə rakursunda nəzərdən keçirilməsini nəzərdə tutur. Başqa sözlə, mədəniyyət sosial subyektə, fəaliyyət normalarına və standartlarına, sosial praktikanın bu və ya digər sahəsində təsbit olunmuş mənəvi fəallığın növlərinə yiyələnməyin yüksək səviyyəsi kimi izah edilir. Bu halda nitq, ünsiyyət, asudə vaxt, peşə mədəniyyətindən və s. bəhs edirlər. Deməli, mədəniyyət hər hansı etnosun, yaxud ölkə vətəndaşlarının həyat fəaliyyətinin bütöv, davamlı üsuludur; elə üsulu ki, o, tarixən təşəkkül tapır, tədricən yeniləşir, lakin eyni zamanda yüz illər, bəzən min illər ərzində öz-özünə identikliyini qoruyub saxlayır. Əslində təşəkkül tapan və yeniləşən mədəniyyətin hüdudlarında xüsusi dünya formalaşır; bu dünya təbii aləmi tamamlayır, bir çox insan nəsillərinin əməyini, fəaliyyətini təcəssüm etdirir.
İstənilən mədəniyyət bioloji-təbii əsasa söykənir; insanın özü də sosial-mədəni, habelə bioloji-cismani əsasların vəhdətidir. Mədəni landşaft, yaşayış məskənləri, mürəkkəb mexanizmlər, rəngarəng əşyalar və s. - bütün bunlar təbii materiallara möhtacdır.
Mədəniyyət ictimai həyatın fundamental ünsürüdür. O, cəmiyyətə, sosial qruplara, fərdə davranışın təşkilini, düşüncələrini, emosiyalarını, qiymətlərini formalaşdırmağın normalaşmış üsullarını bəxş edir. Mədəniyyətin uzunmüddətli fəaliyyət göstərən mexanizmləri sosial praktikanı dinamikləşdirməyə, ənənələri, davranış və fəaliyyət normalarını yeniləşdirməyə, vaxtı keçmiş normalardan, ənənələrdən imtina etməyə imkan verir. İnsanın doğulduğu, yaşadığı, həyatının cərəyan etdiyi mədəni kontekst onun üçün doğmadır, əzizdir.
Elmi ədəbiyyatda qeyd olunur ki, mədəniyyətin elmi təhlilinin başlanğıcı XIX əsrə təsadüf edir. Filosoflar, etnoqraflar və antropoloqlar mədəniyyəti təhlil etməyin analitik prinsiplərini işləyib hazırlayırlar. Filosoflar mədəniyyəti öyrənmək üçün nəzəri zəmin yaradır, etnoqraflar, antropoloqlar isə arxaik birliklərin, xalqların mədəni praktikasını təhlil edirlər. Beləliklə, sosial (mədəni) antropologiyanın bünövrəsi qoyulur; o, inkişaf edərək, XX əsrin ortalarında mədəniyyətşünaslıq (kulturologiya) kimi formalaşır.
Sosiologiya ilə antropologiya arasında sıx əlaqələr yaranır və inkişaf edir. Onların spesifikası qalmaqla mədəniyyətə dair ciddi tədqiqatlar aparılır. Lakin uzun müddət mədəniyyətin elə nəzəri anlamı formalaşmır ki, elmi birliyi qane etsin. Antropoloji və sosioloji fıkrin qarşılıqlı əlaqəsi və təsiri tələb edirdi ki, bu fənlərdən hər birinin təhlil predmeti daha dəqiq müəyyənləşdirilsin. Bu, mədəniyyət haqqında təsəvvürlərin dəqiqləşdirilməsinə kömək edirdi. Tədricən mədəniyyətin başa düşülməsində özünü göstərən əvvəlki ixtilaflar arxada qalır. İndi ümumən etiraf olunur ki, mədəniyyət öz quruluşuna görə son dərəcə mürəkkəb fenomendir, inkişaf amilləri baxımından çoxplanlı tarixi hadisədir; o, xalqların, qrupların, konkret insanların həyat fəaliyyətini nizamlamaqda misilsiz rol oynayır.
Sosioloji və kulturoloji biliyin qovuşağında elmi təhlilin fənlərarası sahəsi - mədəniyyətin sosiologiyası meydana gəlmişdir. Mədəniyyətin sosiologiyası sosiomədəni dəyişikliklərin qanunauyğunluqlarını, sosial münasibətlər, strukturlar, institutlar prizmasında mədəniyyətin fəaliyyət xüsusiyyətlərini öyrənir.
Mədəniyyət sosiologiyasını nəzərdən keçirərkən bu sahəyə öz töhfələrini vermiş G. Zimmelin, P. Sorokinin, M. Veberin adlarını xüsusi qeyd etməliyik. Onların ənənələrini davam etdirən tədqiqatçılar maraqlı konseptual ümumiləşdirmələr aparmış, mədəniyyətin məna konstruksiyaları ilə müxtəlif sosial qrupların fəaliyyət sistemlərinin, müxtəlif xalqların ictimai həyat şəraitinin qarşılıqlı nisbəti, uyğunluğu məsələlərini hərtərəfli təhlil etmişlər.
Bəs mədəni fəaliyyətin struktur ünsürləri hansılardır?


  1. Yüklə 1,1 Mb.

    Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin