Mövzu № sosiologiya cəMİYYƏt haqqqinda elmdir plan: Sosiologiya elmin meydana gəlməsi və inkişafı



Yüklə 1,1 Mb.
səhifə91/114
tarix07.11.2022
ölçüsü1,1 Mb.
#67817
1   ...   87   88   89   90   91   92   93   94   ...   114
SOS KONSP 2021

4. İnformasion ünsür. Bu ünsür ətraf aləm haqqında məlumatları ifadə edir. Həmin məlumatlar gerçəkliyin başa düşülməsində qeyri-müəyyənliyi azaldır. Mədəni normalar, işarələr və simvollarla yanaşı biliklər, təsəvvürlər və s. mühüm informasiya imkanların malikdir. Hər bir xalqın miflərdə, incəsənətdə, gündəlik təsəvvürlərdə və s.-də formalaşdırdığı, təsbit etdiyi dünya mənzərəsi informasion ünsürün ayrılmaz tərkib hissəsidir. O, müxtəlif amillərdən (xalqın tarixi praktikası, təbii landşaft, beynəlxalq əlaqələr və s.) ibarətdir. Elmi fikir bu mənzərənin formalaşmasına öz töhfəsini verir.
Mədəniyyəti müxtəlif əsaslara görə tərkib hissələrə ayırırlar. Lakin araşdırmalar göstərir ki, təklif edilən variantlar çox zaman bütün mədəniyyətin tərkibini deyil, yalnız onun ayrı-ayrı məkanlarını və ya altsistemlərini əks etdirir.
Mədəniyyətin quruluşunun ən sadə modeli onun maddi və mənəvi mədəniyyətə ayrılmasıdır. Belə təsnifatdan həm gündəlik praktikada, həm də elmdə geniş istifadə olunur. Maddi mədəniyyət dedikdə, mədəniyyətin bütün predmetləri və maddi obyektləri, əlaqə kanalları (yollar, informasiya şəbəkələri), habelə mədəni praktikaya qoşulmuş təbii - landşaft hadisələri başa düşülür. Mənəvi mədəniyyət dedikdə isə mənəvi sərvətlərin (obrazlar, biliklər, təsəvvürlər, dəyərlər, simvollar və s.) geniş məkanı başa düşülür.
Mədəniyyətdə müxtəlif məzmun - tarixi qatları və tərkib hissələri ayırd etmək baxımından onun bölgüsü də təklif edilmişdir. Bu halda qeyd edilir ki, qədim dünyanın mədəniyyətlərindən başlayaraq, sosial diferensiasiyanın dərinləşməsi zəminində xalq mədəniyyəti fenomeni formalaşmışdır, Müasir şəraitdə bu mədəniyyətin dəqiq cızılmış hüdudları yoxdur. Bu anlayış daha çox bəzi etnik və ya ümummilli invarianta, ənənələrdə təsbit olunan və inkişaf etdirilən dəyər-normativ və məna məzmunlarının məcmusuna müncər edilir. Xalq mədəniyyətinin yaradıcıları həm aşağı təbəqələr, həm də müxtəlif təbəqələrin nümayəndələridir. İnsanın öz mədəniyyətinə mənsubluq şüuru, öz xalqına mənəvi yaxınlığı, müasir sosial kontekstdə xalq ənənələrinə adaptasiyası indiki şəraitdə xalq mədəniyyətinin mühüm xarakteristikalarıdır.
Kütləvi mədəniyyət yeni dövrün fenomenidir. Bu fenomen obyektiv surətdə industrializasiya prosesləri ilə təşəkkül tapır və hazırda postindustrial, informasion mədəniyyətə keçidin təsiri altında inkişaf edir. Kütləvi mədəniyyət son əsrlərdə Qərbi Avropa xalqlarının obyektiv inkişaf qanunauyğunluğunu əks etdirir. Bu prosesdə adi ənənəvi mədəniyyət geniş miqyaslı birliklərin, habelə konkret subyektlərin tələbatlarını ödəyə bilmədi. Ona görə də müxtəlif fəaliyyət sahələrində kütləvi mədəniyyətin rəngarəng təzahürləri meydana gəlirdi. Kütləvi ümumtəhsil məktəblərinin formalaşması, kütləvi kommunikasiya vasitələrinin inkişafı, siyasi həyatda kütləvi hərəkatların və partiyaların meydana gəlməsi, kütləvi istehlakçı tələbatlarının, standartlarının qərarlaşması və s. - bütün bunlar kütləvi mədəniyyətə ehtiyacı şərtləndirirdi. Kütləvi mədəniyyət məhsulları peşəkarlar - kütləvi tələbat, təhsil, siyasət, kütləvi incəsənət, reklam sahəsində çalışan mütəxəssislər tərəfındən yaradılır. Bu məhsullar bütün dünyaya yayılır; onların bir çoxunda etnik-milli əlamət axtarmaq mənasızdır. Həmin məhsulların hazırlanması daha çox kommersiya məqsədlərinə tabe edilmişdir.
Əksmədəniyyət özündə elə ustanovkalar cəmləşdirir ki, onlar hakim mədəniyyətə qarşı durur, inkişafın alternativ prinsiplərini, yəni mənəvi yönümləri irəli sürür.
Mədəni dəyişikliklərin əsasını təşkil edən başlıca amillər aşağıdakılardır:

  1. təbii-ehtiyat amilləri. Bu amillər mədəniyyətin bir çox sahələrinə (təsərrüfat məşğələləri, əmək alətlərinin təkmilləşməsi, əhalinin həyat tərzi) ciddi təsir göstərir.

  2. mədəniyyət formalarının məkan yerləşməsi. Onların tam yerləşməsi ərazinin mədəni baxımdan

mənimsənilməsini sürətləndirir.

  1. müxtəlif mədəniyyətlərin qarşılıqlı təsiri. Bu, bir mədəni birliyin digərinə nüfuz etməsinə və qarşılıqlı

zənginləşməyə imkan verir.
ç) sosial institutlar və münasibətlər. Amillərin bu qrupu bəzi mədəni dəyişiklikləri dinamikləşdirir.

  1. mənəvi-ideya amilləri. Bu, mədəni fəaliyyətin ideyalarını, dəyərlərini, bütöv proqramlarını əhatə edir.

  2. rasional tədqiqatlar və idarəetmə. Müasir şəraitdə real vəziyyəti aşkara çıxarmaq və mədəni yeniləşməyə

kömək etmək üçün rasional tədqiqatlar aparmağın, idarəetməni optimallaşdırmağın əhəmiyyəti getdikcə artır.
Azərbaycan mədəniyyəti çoxəsrlik ənənələri olan, keyfiyyət spesifikliyini qoruyub saxlayan, dinamik inkişaf edən mədəniyyətdir.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin