Müasir dünyada baş verən ekoloji problemlər Müxtəlif ekoloji amillər nəticəsində təbiətin strukturunun və funksiyasının dəyişməsi nəticəsində yaranan problemlərdir.
Bəşər (texnika) inkişaf etdikcə oksigen ehtiyyatı azalmağa və karbon qazı çoxalmağa doğru getmişdir. Bu proses 20-ci əsrdə çox-çox sürətlənmişdir. Milyonlarla avtomobillərdən çıxan tüstülər, qazanxanalar, zavodlarin tüstüsü, kondisionerlər və s. Texnika dünyamizi addım-addım məhvə doğru aparır. Düzdür oksigen ehtiyyatini, okeanlarda buxarlanan su tarazlasada, yaşilliqlarda fotosintez prosesi getsə də, bu tarazliq keçən əsrlərdə qalmişdir.
Dizel daxili yanma mühərrikini ixtira edərkən, gələcək ekoloji pozğunluğun bünövrəsini qoymuşdur. Məhəmməd peyğəmbərin hədislərinin birində deyilir. "alimin ölümü dünyanin məhfidir” yəni alim lazimdi mexaniki enerjini elektrikdən, günəşdən, küləkdən, sudan və s. alsin. Amma iri sənaye maqnatlari çətin ki, bu ixtiralarin həyata keçməsinə və ya istehsalina imkan versin.
Ekoloji halin dözülməz hala gəlməsi ozon qatının məhvi və oksigen qazinin çox-çox azalmasi zəncirvari olaraq digər fəsadlar törədəcək. Günəşin zərərli şüalari, hava çatişmazliği, kəskin iqlim dəyişkənliyi, təbii fəlakətlərin artması və bunlardan doğan mənfurluqlar. İnsan ömrünün qisalmasi, səhhətlərin pozulmasi, doğuşlarin qeyri-normalliği , yaşama və işləmənin çətinləşməsi. Yaxin 150-200-ilə gözlənilən bu hadisələr, həmçinin qiyamət əlamətlərini də xatirladir. İnsanlarin sayi artmaqla texnika və texniki tələbatlar artmağa doğru gedir.
İri şəhərlərdə sənaye və məişət tullantılarının uzun illər yığılıb istifadəsiz qalması öz növbəsində gərgin ekoloji vəziyyətin yaranmasına səbəb olmuşdur. Iri yaşayış məntəqələrində, xüsusən sənaye mərkəzlərində məişət tullantılarının daşınması və yerləşdirilməsi də xüsusi narahatlıq doğurur. Bakı, Sumqayıt, Gəncə kimi şəhərlərin kənarlarında saysız miqdarda qanunsuz tullantı poliqonları yaranmışdır ki, bu da ətraf mühiti çirkləndirməklə bərabər, həm də insanların sağlamlığı üçün təhlükə yarada bilən xəstəlik mənbələrinə çevrilmişlər. Ekoloji baxımdan davamlı inkişaf prinsiplərinə müvafiq olaraq tullantıların idarə olunması üçün aşağıdakı strateji tədbirlərin həyata keçirilməsi zəruridir:
Təhlükəli sənaye tullantılarının yerləşdirilməsi üçün yeni poliqonların yaradılması;
Məişət tullantılarının çeşidlənməsi, utilizə edilməsi və təkrar emalının təşkili məqsədilə mütərəqqi təcrübədən istifadə olunması;
Tullantılardan bioqazın alınması üçün müvafiq üsulların tətbiq edilməsi;
Enerji alınması, eləcə də kompost alınması məqsədilə tullatılardan səmərəli istifadə və s.[1]
Ekoloji pozğunluğun aradan qaldirilmasi yolu
Sənaye istehsalinda oksigenə tələbati təkmilləşdirmək, və digər zərərsiz tələbati həyata keçirmək.
Nəqliyyat sisteminin elektrikləşdirirlməsi, mexaniki və qeyri mexaniki. Mexaniki dedikdə əsas və işlək yollara iki tərəfli elektrik xətlərinin çəkilməsi, avtomobillərin bu sistemə görə təkmilləşdirilməsi, yeni yol hərəkəti qaydalarinin yaradilmasi və s.
Torpaqlarin münbitləşdirilməsi və yeganə oksigen istehsal edən yaşilliqlarin salinmasi, suvarma sisteminin təşkili və bütün bunlarin, ümumi və dövlət tərəfindən qorunmasi.