Ətraf mühitin bakterial vasitələrlə yoluxması. Belə yoluxmalar su təchizatı və kanalizasiya obyektlərinin istismarının sanitar-gigiyenik qaydalarının kobud pozulması zamanı, yeyinti sənayesinin müəssisələrində texnoloji proseslərin normadan kənara çıxması zamanı mümkündür. Bu zədələyici amilin təsiri insan orqanizminə xəstəlik törədən mikrobların və onların həyat fəaliyyətinin toksik məhsullarının insan orqanizminə daxil olmasına əsaslanmışdır. Onlar ağır infeksion xəstəliklərin yaranmasını şərtləndirə bilər. Onların zədələyici təsiri özünü o saat yox, müəyyən bir vaxtdan sonra (inkubasiya dövrü), ən çox hallarda isə 2-5 sutkadan sonra göstərə bilər.