İonlaşdırıcı şüalanma. Məlumdur ki, müxtəlif maddələrdən keçməklə ionlaşdırıcı şüalanma onların atom və molekulları ilə qarşılıqlı təsirə girir. Belə zədələyici amil atom elektrik stansiyalarındakı qəzalar, radioaktiv maddələrdən istifadə olunan istehsalatda texnoloji proseslərin pozulması və ionlaşdırıcı şüalanma mənbələri ilə iş zamanı və bir sıra digər hallarda mümkündür. Bu zaman insanların şüalanması həm birbaşa fövqəladə halların yaranması anında, həm də onların atmosferə atılması zamanı ətraf mühitin sonrakı radioaktiv çirklənməsi zamanı baş verə bilər.
Psixoemosional təsir. Ekstremal şəraitlər insanlara psixi xəsarət yetirən təsir göstərir. Bu isə özünü iş qabiliyyətinin aşağı düşməsində, psixi fəaliyyətin pozulmasında, ayrı-ayrı hallarda isə daha güclü pozulmalarda büruzə verir. Qeyd etmək lazımdır ki, belə psixoloji təsir həyat üçün birbaşa təhdidlə bərabər, dolayı ifadə olunmuş təhdidlə, yəni bu təhdidin reallaşmasının gözlənməsi ilə şərtləndirilir. Həyat üçün təhlükəli şəraitlərdə müxtəlif əlverişsiz amillərin insanın psixikasına təsirini qiymətləndirərkən belə insan reaksiyaları fərqləndirilir: -insanların ekstremal vəziyyətə qeyri-patoloji psixoemosional reaksiyası (müəyyən dərəcədə normal fizioloji cavab reaksiyasından ibarətdir); -insanların ekstremal vəziyyətə patoloji psixoemosional reaksiyası (reaktiv vəziyyətlər).