Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə44/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   40   41   42   43   44   45   46   47   ...   64

Nəqliyyat vasitəsinin idarəetmə hüququnun məhdudlaşdırılması haqqında qərar 

qəbul  edildikdə  sürücülük  vəsiqəsi  qaytarılmır.  Nəqliyyat  vasitəsini  idarəetmə 

hüququnun  məhdudlaşdırılması  haqqında  qərardan  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilmiş qaydada şikayətin verilməsi üçün nəzərdə tutulmuş 

müddət qurtaranadək, yaxud şikayət üzrə qərar qəbul edilənədək, nəqliyyat vasitəsini 

müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti uzadılır. 

          Azərbaycan  Respublikasının  nzibati  Xətalar  Məcəlləsinin  404.3-cü  maddəsinə 

ə

sasən,  şeylərin  və  sənədlərin  götürülməsi  haqqında  protokol  tərtib  olunur,  yaxud 



inzibati xəta  haqqında  protokolda  şeylərin və  sənədlərin  götürülməsi  barədə  müvafiq 

qeydlər edilir və protokolda aşağıdakı məlumatlar göstərilir: 

- protokolun tərtib edildiyi tarix və yer; 

- protokolu tərtib edəşəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 

şeyləri və sənədləri götürüləşəxs barəsində məlumat; 

şeylərin və sənədlərin götürülməsi üçün əsaslar; 

- götürülən sənədlərin növü və rekvizitləri; 

- götürüləşeylərin növü, miqdarı, əlamətləri, o cümlədən silahın markası və ya 

modeli,  çapı,  seriyası  və  nömrəsi,  döyüş  sursatının  miqdarı  və  növü  nəqliyyat 

vasitəsinin  tipi,  markası,  modeli,  dövlət  qeydyyat  nişanı  və  digər  eyniləşdirmə 

ə

lamətləri barədə məlumatlar. 

Ş

eylərin və sənədlərin götürülməsi haqqında protokolda fotoşəkillərin çəkilməsi, 

videoyazı  barədə  və  digər  müəyyən  edilmiş  üsullarla  sənədlərin  əldə  edilməsi  barədə 

qeyd aparılır. Fotoşəkillərin, videoyazının və digər müəyyən edilmiş vasitələrin tətbiq 


 

320 


 

edilməsi nəticəsində şeylərin və sənədlərin götürülməsi ilə bağlı əldə edilmiş materiallar 

müvafiq protokola əlavə olunur. 

          Şeylərin  və  sənədlərin  götürülməsi  haqqında  protokol  onu  tərtib  etmiş  vəzifəli 

şə

xs,  şeyləri  və  ya  sənədləri  götürülən  şəxs,  habelə  hal  şahidləri  tərəfindən  imzalanır. 



Ş

eyləri  və  ya  sənədləri  götürülən  şəxs  protokolu  imzalamaqdan  imtina  etdikdə,  bu 

barədə  protokolda  müvafiq  qeyd  aparılır.  Protokolun  surəti  barəsində  inzibati  xəta 

haqqında  iş  üzrə  icraat  aparılan  şəxsə,  yaxud  onun  qanuni  nümayəndəsinə  təqdim 

edilir.  Zəruri  hallarda  götürülən  şeylər  və  sənədlər  yerindəcə  qablaşdırılır  və 

möhürlənir. 

Götürülmüş şeylər və ya sənədlər inzibati xəta haqqında işə baxılanadək, şeyləri 

və sənədləri götürmək hüququ olan səlahiyyətli orqanların (vəzifəli şəxslərin) müəyyə

etdikləri  yerlərdə  saxlanılır.  Götürülmüş  odlu  silah  və  onun  patronları,  digər  silah, 

eləcə  də  döyüş  sursatı  Azərbaycan  Respublikasının  Daxili  şlər  Nazirliyinin  müəyyə

etdiyi qaydada saxlanılır. 

Götürülmüş  tez  xarab  olan  mallar  satılması  üçün  müvafiq  təşkilatlara  verilir, 

satılması mümkün olmadıqda isə məhv edilir. 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  standartlarta, 

sanitariya  normalarına  və  qaydalarına,  gigiyena  normativlərinə  cavab  verməyən, 

götürülmüş narkotik vasitələr və psixotrop maddələr, etil spirti, alkoqollu və tərkibində 

spirt  olan  məhsullar  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  müəyyən  etdiyi 

qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. 

nzibati  xəta  haqqında  iş  üzrə  qəbul  edilmiş  qərar  qanuni  qüvvəyə  mindiyi 

günədək məhv edilməli oan narkotik vasitələrin və psixotrop maddələrin, etil spirtinin, 

alkoqollu və tərkibində spirt olan məhsulların nümunələri saxlanılır. 

Bəzi  hallarda  icraat  zamanı  götürülmüş  şeylərin  qiymətləndirilməsi  problemi 

yaranır. Bu məsələ  XM-nin 405-ci maddəsinə uyğun olaraq həll edilir. 

Götürülmüş şeylər aşağıdakı hallarda qiymətləndirilir: 

-  inzibati  xətanın  bilavasitə  obyekti  olmuş  predmetin  dəyəri  ilə  ölçülən  inzibati 

cərimə meyarı tətbiq edildikdə

-  götürülmüş  mallar  tez  xarab  olan  mallar  olduqda  və  həmin  mallar  məhv 

edilməyə göndərildikdə

-  etil  spirti,  alkoqollu  və  tərkibində  spirt  olan  məhsullar  yenidən  istehsala 

göndərildikdə və ya məhv edildikdə

Götürülmüş  şeylərin  qiymətləri  dövlət  tərəfindən  tənzimlənirsə,  dövlə

tənzimləmə qiymətləri tətbiq edilir. Digər hallarda götürülmüş şeylərin qiyməti bazar 

qiymətinə  əsasən  qiymətləndirilir.  Göstərilən  qaydada  qiymətləndirmə  mümkün 

olmadıqda götürülmüş şeylərin qiyməti ekspertin rəyi əsasında müəyyən edilir.  

 

Nəqliyyat vasitəsini idarə olunmasından kənarlaşdırma  



(Azərbaycan Respublikasının  XM-nin 406-cı maddəsi) 

 

 

XM-nin  406.1  maddəsinə  əsasən  fiziki  şəxslər  aşağıdakı  hallarda  nəqliyyat 



vasitəsinin idarə olunmasından kənarlaşdırılırlar: 

-  dayandırılmış  nəqliyyat  vasitəsini  idarə  edən  şəxsdə  və  onunla  birlikdə  gedə

sərnişinlərdən  hər  hansı  birində  sürücülük  vəsiqəsi  və  ya  nəqliyyat  vasitəsinin 

 

321 


 

qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verə

digəəsas olmadıqda; 

-  nəqliyyat  vasitəsinin  dövlət  qeydiyyat  nişanları  və  ya  onlardan  biri  yerində 

olmadıqda, yaxud saxta və ya qeyri standart olduqda və ya nəqliyyat vəsitəsini başqa 

nəqliyyat vasitələrinə venilmiş dövlət qeydiyyat nişanları ilə idarə etdikdə

-  dayandırılmış  nəqliyyat  vasitəsinin  mühərriki,  ban  və  şasi  nömrəsi  nəqliyyat 

vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərlə uyğun gəlmədikdə

-  dayandırılmış  nəqliyyat  vasitəsi  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

qeydiyyatdan keçirilmədikdə

-  dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan,  narkotik  vasitələrdən  və  ya güclü 

təsir  göstərən  digər  maddələrdən  istifadə  edilməsi  nəticəsində  sərxoş  vəziyyətdə 

olmasına  güman  etməyə  kifayət  qədər  əsas  olan  şəxs  tərəfindən  idarə  olunduqda  və 

onunla birlikdə gedən sərnişinlərdən birində sürücülük vəsiqəsi olmadıqda. 

 

Sərxoşluq vəziyyətini müayinəsi



 

(Azərbaycan Respublikasının  XM-nin 406-cü maddəsi) 

 

XM-nin 406.2-406.4-cü maddələrinə müvafiq olaraq nəqliyyat vasitələrini idarə 

edəşəxslərin sərxoş vəziyyətdə olduqlarını güman etməyə kifayət qədəəsas olduqda, 

onların  sərxoşluq  vəziyyətinin  müəyyən  edilməsi  üçün  xüsusi  texniki  vasitələrdə

istifadə edilir və ya onlar tibbi müayinəyə göndərilir. 

Nəqliyyat  vasitəsini  idarə  etməkdən  kənarlaşdırma  və  sərxoşluq  vəziyyətini 

əyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə 

göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir 

tətbiq ediləşəxsə verilir. 

           Nəqliyyat  vasitəsini  idarə  etməkdən  kənarlaşdırma  və  sərxoşluq  vəziyyətini 

əyən  etmək  üçün  xüsusi  texniki  vasitələrdən  istifadə  etmək  və  ya  tibbi  müayinəyə 

göndərmək haqqında protokolda aşağıdakılar göstərilir: 

- protokolun tərtib edildiyi yer, tarix və vaxt; 

- protokolu tərtib edəşəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 

-  nəqliyyat  vasitəsini  idarə  etmədən  kənarlaşdırmanın  və  sərxoşluq  vəziyyətini 

əyyən etmənin əsasları; 

- nəqliyyat vasitəsini idarə edəşəxs barəsində məlumatlar; 

-  nəqliyyat  vasitəsinin  tipi,  markası,  modeli,  dövlət  qeydiyyat  nişanı  və  digə

eyniləşdirmə əlamətləri barədə məlumatlar. 

Nəqliyyat  vasitəsini  idarə  etməkdən  kənarlaşdırma  və  sərxoşluq  vəziyyətini 

əyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə 

göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini 

idarə  etməkdən  kənarlaşdırılan  və  sərxoşluq  vəziyyətini  müəyyən  etmək  barəsində

xüsusi  texniki  vasitələrdən  istifadə  edilən  və  ya  tibbi  müayinəyə  göndərilən  sürücü 

(gəmi sürücüsü) tərəfindən imzalanır. Sürücü (gəmi sürücüsü) protokolu imzalamaqan 

imtina etdikdə bu barədə protokolda müvafiq qeyd aparılır. 

Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi və onun nəticəsinin tərtib 

olunması  Azərbaycan  Respublikasının  Səhiyyə  Nazirliyi  müəyyən  etdiyi  qaydada 

həyata keçirilir. 

 

322 


 

Sərxoşluq  vəziyyətini  müəyyən  etmənin  tibbi  müayinəsi  barədə  akt  müvafiq 

protokola əlavə olunur. 

 

Nəqliyyat vasitələrinin saxlanılması  



(Azərbaycan Respublikasının 407-ci maddəsi) 

Nəqliyyat  vasitələrinin  saxlanılması  təmin  etmək  tədbiri  icraatın  düzgün  və 

qanunvericiliklə müəyyən edilmiş qaydada yerinə yetirilməsinə xidmət edir. 

XM-nin  407-ci  maddəsinə  müvafiq  olaraq,  nəqliyyat  vasitəsinin  idarə 

olunmasından  kənarlaşdırma  və  sərxoşluq  vəziyyətinin  müayinəsi  hallarının,  yaxud 

nəqliyyat  vasitəsinin  qanunvericiliklə  müəyyən  edilmiş  dayanma  və  durma 

qaydalarının  pozulduğu  hallarda  nəqliyyat  vasitələri  müvəqqəti  oalraq  Azərbaycan 

Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  mühafizə  olunan  duracağında 

saxlanılır. 

Üç  saat  ərzində  nəqliyyat  vasitəsinin  saxlanılması  səbəbini  yerində  aradan 

qaldırmaq  mümkün  olduqda,  nəqliyyat  vasitəsi  onu  yol  hərəkətində  iştirakdan 

kənarlaşdırmış  Azərbaycan  Respublikasının  D N-nin  DYP-nin  əməkdaşının  yanında 

saxlanılır. Belə səbəb aradan qaldırılıdığı barədə lazımi sənədlər təqdim edildikdən və 

ya  mübahisəli  hallar  araşdırıldıqdan  və  ya  xətaya  görə  inzibati  tənbeh  verildikdə

dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi onun sahibinə qaytarılır. 

Üç  saat  ərzində  nəqliyyat  vasitəsinin  saxlanılması  səbəbini  yerində  aradan 

qaldırmaq  mümkün  olmamışdırsa,  nəqliyyat  vasitəsi  Azərbaycan  Respublikasının 

müvafiq  icra  hakimiyyəti  orqanının  mühafizə  olunan  duracağına  gətirilir.  Nəqliyyat 

vasitəsinin  saxlanılması  səbəbi  aradan  qaldırıldığı  barədə  lazımi  sənədlər  təqdim 

edildikdən  və  ya  xətaya  görə  inzibati  tənbeh  verildikdən,  nəqliyyatı  vasitəsinin 

duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, 

saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. 

Nəqliyyat  vasitəsinin  saxlanılması  iki  nüsxədə  olan  aktla  rəsmiləşdirilir,  onun 

birinci  nüsxəsi  inzibati  xəta  haqqında  protokola  əlavə  edilir,  surəti  isə  nəqliyyat 

vasitəsini idarə edəşəxsə verilir, 

 

Nəqliyyat vasitələrin istismarının qadağan edilməsi  



(Azərbaycan Respulbikasının  XM-nin 408-ci maddəsi) 

 

           Tormoz  sistemi  və  ya  sükan  idarə  mexanizmi  nasaz  olan  və  ya  xarici  işıq 

cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuanları və ya təkərləri və şinləri, 

yaxud  konstruksiyasının  digər  ünsürləri  nasaz  olan  və  belə  nasazlığın  aradan 

qaldırılması  mümkün  olmayan  nəqliyyat  vasitəsinin  istismarı  Azərbaycan 

Respublikasının Daxili  şlər Nazirliyi tərəfindən qadağan edilir. 

 

N Ə T   C Ə 



 

Mühazirənin  yekunlaşdıraraq  qeyd  etmək  istərdim  ki,  plana  daxil  edilmiş 

sualların açıqlanması ilə mənimsənilməsi zəruri olan hüquqi biliklər həm nəzəri, hə

də  təcrübi  cəhətdən  böyük  əhəmiyyət  kəsb  edir.  Çünki  bu  biliklər  hüquq  mühafizə 

orqanların  qarşısında  duran  əsas  vəzifələrin-  ictimai  qaydanın  qorunması,  ictimai 

təhlükəsizliyin  təmin  edilməsi    və  yol  hərəkəti  təhlükəsizliyinin  təmin  edilməsi 

 

323 


 

sahələrində      qanunvericiliyə  müvafiq  olaraq  yerinə  yetirilməsinin  hüquqi  bazasını 

təşkil edir. 

 

Mühazirənin  gedişatı  prosesində  cinayətkarlığa  və  digər  hüquqpozmalara  qarşı 

mübarizədə hüquq mühafizə orqanlarının inzibati fəaliyyətinin əsas istiqamətlərində

biri  olan  inzibati  yurisdiksiya  fəaliyyətinin  rolunun  böyük  olduğu  xüsusilə  qeyd 

edilmişdir.  Digər  tərəfdən  isə  inzibati  yurisdiksiya  fəaliyyətinin  qanunvericiliyə 

müvafiq  olaraq  həyata  keçirilməsini  təmin  etmək  məqsədilə  mühazirənin  vasitəsi  ilə 

mənimsənilməsi zəruri olan hüquqi biliklərin sizin hər biriniz tərəfindən daha dərində

və ətraflı öyrənilməsi gələcək fəaliyyətinizin əsas şərtlərindən biridir. 

 

Belə  ki,  olunanları  mənimsəməklə  sizlər  gündəlik  xidməti  vəzifələrinizi  hə

inzibati  xətalar  qanunvericiliyinə  müvafiq  olaraq,  həm  də  qanunçuluq  çərçivəsində 

həyata keçirəcəksiniz. 

 

Nəhayət  bu  biliklərin  vasitəsilə  sizlər  gələcək  hüquqşünas  kimi  Azərbaycan 

Konstitusiyasının  12  maddəsindən  və  ″″″″ nsan  və  vətəndaş  hüquqlarının  və 

azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında″″″″ 22 fevral 1998-ci il tarixli 

Fərmanından irəli gələn tələblərin yerinə yetirilməsinə nail olmuş olacaqsınız. 

Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin