Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə46/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   42   43   44   45   46   47   48   49   ...   64

- inzibati xətalara görə inzibati tənbeh  XM-nə uyğun olaraq tətbiq edilir (m.6.1. 

XM) 

-  inzibati  xətalar  haqqında  işlər  üzrə  icraatın  təmin  edilməsi  tədbirləri  (m.396 

XM) tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və 

vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmə

hüququ ilə təmin edilir (m.6.2  XM); 

- Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə 

tətbiqinə yol verilmir (m.6.3  XM). 

Qanunçuluğun prinsipləri öz əkslərini qanunçuluğun tələblərində tapırlar. 

darəetmənin effektivliyi təkcə qanunçuluğun tələblərinə riayət etmədən deyil, o 

həm də idarəetmə subyektlərinin intizamından asılıdır. 

darəetmədə intizam – təkcə idarəetmənin müxtəlif sahələrində və bölmələrində 

bilavasitə  fəaliyyət  göstərən  icra  hakimiyyəti  orqanlarının  qulluqçuları  tərəfində

qanunların  və  yuxarı  təbəqəli  idarəetmə  subyektlərinin  digər  normativ  aktlarının 

icrasını nəzərdə tutmur.  

ntizam  da  qanunçuluq  kimi  idarəetmə  subyektlərinin  hərəkətlərinin  yüksə

səviyyədə təşkil edilməsində və razılaşdırılmasında əsas rol oynayır. 

 

328 


 

ntizam  və  qanunçuluq  bir-birilə  qarşılıqlı  surətdə  bağlıdırlar.  Qanunlara  və 

digər normativ aktlara riayət edilməsi – həm qanunçuluğun, həm də dövlət intizamının 

tələbidir.  Qanunçuluq  intizamın  əsasını  təşkil  edir  və  yaxud  da  intizamın  əsas 

tələblərindən  biri  qanunlara  və  digər  normativ-hüquqi  aktlara  riayət  etmədir. 

ntizama riayət etmədən qanunçuluğun təmin edilməsi mümkün deyil. Qanunçuluğun 

möhkəmləndirilməsi  və  təmin  edilməsi  vasitələri  intizamın  möhkəmləndirilməsi 

vasitələridir. 

Qanunçuluq  və  intizamın  bir-biri  ilə  qarşılıqlı  surətdə  bağlı  olmalarına 

baxmayaraq,  onlar  məzmunca  eyni  deyildirlər.  ntizam  –  insanların  davranış 

qaydalarını  təkcə  ictimai  münasibətlərin  hüquqi  nizamasalınması  sahəsində  nəzərdə 

tutulmur. Çünki intizamın məzmunu qanunçuluğun məzmunundan daha genişdir. O, 

özündə  təkcə  hüquqi  tələblərə  əsaslanan  vəzifələrin  icrasını  və  hüquqların  realizəsini 

deyil,  həm  də  digər  sosial  normaların  tələblərinə  əsaslanan  vəzifələrin  icrasını  və 

hüquqlarının göstərişlərinə riayət olunmasını və onların icra edilməsini tələb edir. 

Qanunçuluğun  və  intizamın  tələblərini  yerinə  yetirərkən  idarəetmənin  hər  bir 

subyekti,  hüquqi  və  fiziki  şəxslər  idarəetmədə  qanunçuluğa  və  intizama  riayə

olunmasına fikir verməyə borcludurlar. 

Yuxarıda qeyd etdiklərimizdən belə nətiyəcə gəlmə olar ki, dövlət idarəetməsində 

qanunçuluğun 

və 

intizamın 

təmin 

edilməsində 





dövlə



intizamının″″″″ 

möhkəmləndirilməsi mühüm rol oynayır. 

           Dövlət  intizamı  –  dövlətin  vəzifə  və  funksiyalarının  təcrübi  cəhətdən  həyata 

keçirilməsində  dövlət  təşkilatları,  işçiləri  və  qulluqçuları,  ictimai  təşlkilatlar  və 

vətəndaşlar tərəfindən dövlət tərəfindən müəyyən edilmiş qayda və konkret göstərişlərə 

riayət edilməsindən, onların dəqiq və dönmədən icra edilməsindən ibarətdir. 

Dövlət  intizamının  xarakterik  əlaməti  ondan  ibarətdir  ki,  dövlət  idarəetmə 

sahəsində yaranan ictimai münasibətlərin iştirakçılarından heç olmazsa biri orqan və 

ya  vəzifəli  şəxs  qismində  təqdim  olunan  dövlət  olmalıdır.  Məhz,  bu  əlamət  də  dövlə

intizamının digər intizam növlərindən ayrılmasına imkan verir. 

Dövlət intizamı öz növbəsində müəyyən növlərə bölünür. 

Dövlət intizamının növlərə  bölünməsi  təsnifatının  əsasını, məzmun  və  miqyasını 

nəzərə alaraq müxtəlif və o cümlədən çoxsaylı meyarlar təşkil edə bilər. 

Dövlət  idarəçiliyi  təcrübəsi  üçün  aşağıdakı  meyarlar  daha  çox  əhəmiyyət  kəsb 

edirlər: 

- təşkilati; 

- funksional;  

-funksional-təşkilati,  bu  meyar  özündə  əvvəlki  iki  meyarların  əlamətlərini 

birləşdirir. 

Təşkilati  meyar  –  dövlət  intizamının  növlərə  bölünməsinin  əsasını  təşkil  edir. 

Dövlət  intizamının  növlərə  bölünməsi  iqtisadiyyatın  və  dövlət  idarəçiliyinin  başqa 

sahələrinin  strukturunun  müxtəlifliyi  ilə  şətləndirilir.  Çünki  iqtisadiyyatın  və  dövlə

idarəçiliyinin  başqa  sahələrinin  strukturundakı  sahələr,  birliklər,  idarə,  müəssisə  və 

təşkilatlar  təşkilati  cəhətdən  fərdiləşdirilmiş  formada  fəaliyyət  göstərirlər.  Buna  da 

müvafiq  olaraq  dövlət  intizamının  sahəvi  (sənaye,  nəqliyyat,  tikinti,  hərbi  və  s.)  və 

idarə, müəssisə və təşkilat miqyasında olan intizam növləri mövcuddur. 

 

329 


 

Funksional  meyar  -  müxtəlif  idarəetmə  funksiyalarının  mövcudluğunu  nəzərə 

almaqla  və  onlara  əsaslanaraq,  dövlət  intizamını  müxtəlif  növlərə  bölmək  olar. 

Məlumdur  ki,  istənilən  idarəetmə  fəaliyyətinin  də  məzmunu  müxtəlif  idarəetmə 

funksiyalarının  məcmusundan  ibarətdir.  darəetmənin  ümumi  funksiyalarına  əsasən, 

proqnozlaşdırma,  planlaşdırma,  maliyyələşdirmə,  kardrlarla  təmin  etmə,  uçot  və 

yoxlama, kadr işləri və digər funksiyalar aiddirlər.  darəetmənin hər bir funksiyasının 

realizəsi üzrə çoxsaylı qaydalar müəyyən edilmiş və fəaliyyət göstərirlər. Bu qaydalara 

riayət etmə də funksional intizamın məzmununu təşkil edir. Buna da müvafiq olaraq, 

dövlət  idarəetməsində  plan,  maliyyə,  kadr  xidməti,  icraçılıq,  hesabat-statistika  və  s. 

kimi intizam növləri mövcuddur. 

Funksional-təşkilati  meyar  –  təşkilati  miqyaslarda  funksional  intizam 

qaydalarının  fəaliyyət  göstərmələri  nəticəsində  və  təşkilati  miqyaslarda,  yəni  sahə

birlik  və  s.  miqyaslarda  onların  fərqlərinin  qeyd  edilməsi  üçün  tətbiq  edilir.  Belə 

hallarda  ümumdövlət  miqyasında  fəaliyyət  göstərən  funksional  inti-zam  qaydaları, 

sadəcə olaraq funksional intizam qaydası kimi qalacaqdır. Sa-həvi miqyasda fəaliyyə

göstərən  funksional  intizam  qaydalarının  isə  funk-sional-sahəvi  intizam  qaydası  kimi 

adlandırılması  qəbul  edilmişdir.  Məsələn,  maliyyə-sənaye  intizamı,  sənayedə 

standartlar  intizamı,  tikintidə  standatlar  intizamı  və  s.  darə,  müəssisə  və  təşkilat 

miqyasında  fəaliyyət  göstərən  funksional  intizam  qaydaları  funksional-istehsalat 

intizamının  məzmununu  təşkil  edir.  Məsələn:  istehsalat-maliyyə,  istehsalat-texnoloci 

(standartlara  riayət  etmə),  istehsalat-icraçılıq  və  s.  funksional-istehsalatçılıq  intizam 

qaydaları. 

Dövlət intizamının sahəvi növlərindən biri də hərbi intizamdır. Hərbi intizamın 

məzmununu  hərbi  xidmət  qaydalarının  icra  edilməsi  təşkil  edir.  Hərbi  intizam  hərbi 

nizamnamələr, əsasnamələr və digər normativ aktlarla nizama salınır. 

Məsələn,  hərbi  intizam  əsasında    polisdə  və  D N-in  sisteminin  digə

strukturlarında intizam təşkil edilir. Polisdə xidmət keçmənin əsasları ″″″″Polis haqqında″″″″ 

Azərbaycan Respublikasının 28.10.1999-cu il tarixli Qanunu ilə tənzimlənir. 

 

nzibati mülahizə 



 

           nzibati  mülahizə  –  işin  həll  edilməsi  üçün  səmərəli  (optimal)  qərarın  qəbul 

edilməsi  məqsədi  ilə  (hüquqi  cəhətdən  həll  edilməsində)  idarəetmə  orqanın  (vəzifəli 

şə

xsin) hüquq normaları çərçivəsində müəyyən edilmiş müstəqillik dərəcəsidir. 



nzibati mülahizə – qanunçuluqla çıx qarşılıqlı əlaqədədir. 

nzibati  mülahizənin  mövcudluğu  müxtəlif  sahələrdə  yaranan  vəziyyətlərin 

mürəkkəbliyi,  idarəçilik  fəaliyyətinin  yaradıcılıq  xarakterliyi  və  onun  müxtəlifliyi  ilə 

şə

rtləndirilir.  darəçilik fəaliyyətinin bütün sahələrinin hüquq normaları ilə dəqiqliklə 



nizamasalınmasının zəruriliyi və mümkünlüyünə ehtiyac yoxdur. 

nzibati hüquqda inzibati mülahizənin bir neçə müxtəlif növləri mövcuddur. 

1.  nzibati mülahizə – səlahiyyətli orqana (vəzifəli şəxsə) hüquqi faktın onların öz 

fikrinə  (baxışlarına),  öz  daxili  inamı  ilə  hüquqi  faktın  qiymətləndirilməsinə  görə 

qiymətləndirilməsi  hüququnun  verilməsi  ilə  ifadə  oluna  bilər.  Məsələn,  Azərbaycan 

Respublikası  XM-nin  27-ci  maddəsinə  əsasən  törədilmiş  inzibati  xəta  az  əhəmiyyətli 

olduqda,  inzibati  tənbeh  tətbiq  etmə  hüququ  olan  hakim,  səlahiyyətli  orqan  (vəzifəli 

 

330 


 

şə

xs)  inzibati  xəta  törətmiş  şəxslər  barəsində  tətbiq  edilməsi  nəzərdə  tutulan  inzibati 



tənbehi daha yüngül tənbeh növü ilə əvəz edə və ya həmin şəxsi inzibati məsuliyyətdə

azad  edə  bilər.  Törədilmiş  ″″″″inzibati  xətanın  az  əhəmiyyətli″″″″  kimi  qiymətləndirilməsi 

səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həyata keçirilir, yəni, həmin orqan (vəzifəli 

şə

xs)  törədilmiş  inzibati  xətanı  az  əhəmiyyətli  kimi  qiymətləndirə  də  bilər, 



qiymətləndirməyə də bilər. 

2.  nzibati  mülahizənin  növlərindən  biri  kimi  həm  də,  azad  seçim  əsasında 

qanunçuluq nöqteyi-nəzərdən inzibati-hüquq norması əsasında işin həll edilməsi üçün 

müxtəlif variantlarından birinin qəbul edilməsi üzrə hüququnun verilməsini də hesab 

etmək  olar.  Məsələn,  Azərbaycan  Respublikasının  XM-nin  298-ci  maddəsinə  əsasən, 

hüquqpozan  şəxsə  qarşı  tətbiq  edilən  istənilən  tənbeh  tədbiri  qanunçuluq  tələblərinə 

eyni dərəcədə cavab verəcəkdir. Çünki bu maddədə alternativliyin daha yaxşı variantı 

əyyən  edilməmişdir.  Bu  hüquq  (səlahiyyət)  hüquqtətbiqedən  vəzifəli  şəxsə 

verilmişdir. Belə hallarda vəzifəli şəxs faktiki vəziyyəti və işin xarakterini nəzərə alaraq 

bir  neçə  mümkün  varinatlardan  birini  seçir.  Hüquqtətbiqedicinin  mülahizəsi  hüquqi 

faktı (hüquqpozmasına) qiymət verilən zaman, yəni, hüquqpozanın şəxsiyyəti, inzibati 

xətanın  xarakteri  və  ictimai  təhlükəlilik  dərəcəsi  qiymətləndirilən  zaman  və  inzibati 

tənbehin  daha  effektivli,  məqsədəuyğun  və  ədalətli  növünün  (xəbərdarlıq,  cərimə

inzibati həbs) seçilməsi zamanı yaranır. 

3.  nzibati  mülahizənin  üçüncü  növü  -  fəaliyyəti  nizamasalan  normada  olan 

göstərişlər  əsasında  həmin  orqan  və  ya  vəzifəli  şəxs  tərəfindən  iş  üzrə  qərarın  qəbul 

edilməsindən  ibarətdir  (məsələn,  ″″″″əyyən  edir″″″″,  ″″″″həll  edir″″″″,  ″″″″təyin  edir″″″″,  ″″″″hüququ 

vardır″″″″  və  s.).  Belə  hallarda  idarəetmə  orqanının  və  ya  vəzifəli  şəxsin  fəaliyyətini 

nizamasalan  normalarada  həmin  orqan  və  ya  vəzifəli  şəxslərin  nə  vaxt  fəaliyyə

göstərmələri,  hərəkət  etmələri  şəraitinin  qəti  (tam)  və  ya  dəqiq  siyahısı 

göstərilməmişdir. Adətən belə  ″″″″ifadə edilmələr″″″″ subyektlərə onların üzərinə qoyulmuş 

funksiyaların yerinə yetirilməsi üçün zəruri olan norma səlahiyyətlərini tətbiq etməyə 

səlahiyyət  verən  normativ  aktlarda  öz  əkslərini  tapırlar.  Məsələn,  Azərbaycan 

Respublikası Daxili  şlər Nazirliyi haqqında Əsanamənin 5.3.2-ci bəndinə əsasən daxili 

işlər  naziri  öz  müavinləri  arasında  vəzifə  bölgüsünü  aparır.  Daxili  şlər  Nazirliyi 

haqqında  Əsasnamənin  bu  müddəası  D N-in  04  mart  1998-ci  il  tarixli  əmrində  də





Xidmət və hissələrə kuratorluğun bölüşdürlüməsi barədə″″″″ öz əksini tapmışdır. 



nzibati  hüququn  səlahiyyətverici  normalarının  təhlili  göstərir  ki,  dövlə

idarəetmə  orqanları  tərəfindən  təşkilati  məsələlərin  həll  edilməsində  onlara  inzibati 

mülahizə  üçün  geniş  imkanlar  verilir.  darəetmə  orqanları  haqqında  əsasnamələrin 

çoxunda müxtəlif təşkilati məsələlərin həllinin forma və üsulları müəyyən edilir. Lakin 

bu  və  ya  digər  təşkilati  məsələlərin  operativ  həll  edilməsinin  forma  və  ya  üsullarının 

seçimi  orqan  tərəfindən  hüquqi  əsasnamə  çərçivəsində  müstəqil  inzibati  mülahizə 

ə

sasında həyata keçirilir. 



4.  nzibati mülahizənin dördüncü növünə – idarəetmə orqanı və ya vəzifəli şəxs 

tərəfindən dəqiq məzmunlu anlayış və ifadəyə malik olmayan norma əsasında qərarın 

qəbul  edilməsini  aid  etmək  olar  (məsələn,  ″″″″tələbatdan  asılı  olaraq″″″″,  ″″″″lazım  olan 

hallarda″″″″,  ″″″″vəziyyətlərdən  asılı  olaraq″″″″,  ″″″″zəruri  vəziyyətlərdə″″″″  və  s.).  Belə  hallarda 

hüquqtətbiqedici  ümumi  anlayışın  məna  təyinatını  özü  öyrənir.  Beləliklə,  inzibati 

mülahizənin  tətbiq  edilməsinin  zəruriyyəti  norma  qaydasının  öz  məzmunu  ilə 

 

331 


 

şə

rtləndirilir.  Məsələn,  ″″″″Polis  haqqında″″″″  Azərbaycan  Respublikası  Qanununun  17-ci 



maddəsinə müvafiq olaraq polis əməkdaşları:  

-  ″″″″cinayət  və  ya  inzibati  hüquqpozma  törətməkdə  şübhə  edilənlərin  şəxsiyyətini 

əyyənləşdirmək üçün sənədlərini yoxlamaq″″″″,  

-  ″″″″Polis  haqqında″″″″  Qanunla  müəyyənləşdirilmiş  hallarda  cinayət  və  ya  digə

hüquqpozma törətmiş, yaxud törədilməsində şübhələnəşəxsi ″″″″tutmaq″″″″,  

Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin