Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar



Yüklə 5,3 Mb.
Pdf görüntüsü
səhifə32/64
tarix21.04.2017
ölçüsü5,3 Mb.
#15195
1   ...   28   29   30   31   32   33   34   35   ...   64

P L A N : 

 

G R Ş 


1.

  ntizam məcburetməsinin anlayışı və onun xüsusiyyətləri. 



 

264 


 

2.

  nzibati hüquqda intizam məsuliyyəti və intizam xətası. 



3.

  nzibati hüquqda maddi məsuliyyət. 

 NƏT CƏ 

                    



 

Ə

 D Ə B   Y Y A T: 

 

1.

  Azərbaycan Respublikasının Konstitusiyası. 



2.

  ″Hərbi  qulluqçuların  dövlətə  vurduqları  ziyana  görə  maddi  məsuliyyəti  haqqında 

Ə

sasnamənin  təsdiq  edilməsi  barədə″  Azərbaycan  Respublikasının  Qanunu.  10  yanvar 



1995-ci il (sonrakı əlavə və dəyişikliklərlə). 

3.

  ″ nsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin  edilməsi  sahəsində  tədbirlər 



haqqında″ Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 22 fevral 1998-ci il. 

4.

  ″Cinayətkarlığa  qarşı  mübarizənin  gücləndirilməsi,  qanunçuluğun  və  hüquq  qaydasının 



möhkəmləndirilməsi  tədbirləri  haqqında″  Azərbaycan  Respublikası  Prezidentinin 

Fərmanı. 09 avqust 1994-cü il. 

5.

  A.Abdullayev, F.Nağıyev. “ nzibati hüquq”. Dərslik. Bakı, 2008. 



6.

  E.Abdullayev.    ″ nzibati hüquq″. Dərslik. Bakı, 2007. 

7.

  V. Abışov, A.  smayılov, R. Nəcəfquliyev. ″ nzibati hüquq″ II hissə. Dərs vəsaiti. Bakı, 



2006.      

8.

  E.Abdullayev. ″Vətəndaşların inzibati məsuliyyəti″. Dərs vəsaiti. B.,1992. 



9.

  ″ nzibati hüquq″ (sxemlərdə). Dərs vəsaiti.   AR D N-in Polis Akademiyası. Bakı, 2002.  

10.

 E.M.Kozlov, L.L.Popov. ″Administrativnoe pravo″ Dərslik.M., 2000. 



11.

  D.N.Baxrax.  ″Administrativnoe pravo Rossii″. Dərslik.   M., 2000. 

 

 

 



G   R   Ş 

 

Dövlət  idarəetmə  sisteminin  əsas  vəzifələrindən  biri  də  dövlət  idarəetmə  sahəsində 



qanunçuluğun və intizamın təmin edilməsidir. 

Bu  günkü  mühazirəmizin  mövzusunun  da  mahiyyəti  ondan  ibarətdir  ki, 

mühazirəmizin  mövzusunun  planına  daxil  edilmiş  sualların  açıqlanması  vasitəsi  ilə  siz 

birinci  növbədə  dövlət  idarəetmə  sahəsində  intizam  məcburetməsi  və  onun  xüsusiyyətləri 

barədə  anlayışlar  əldə  etmiş  olacaqsınız.  Bundan  əlavə  mühazirəmizin  ikinci  sualının 

açıqlanması vasitəsi ilə dövlət idarəetmə sahəsində intizam xətası və onun törədilməsinə görə 

intizam  məsuliyyətinin  tətbiq  edilməsinin  əsasları  və  qaydası  barədə  nəzəri  biliklər  əldə 

etmiş  olacaqsınız.  Bundan  əlavə  bu  sualın  açıqlanması  vasitəsi  ilə  intizam  məsuliyyətinin 

ə

lamətləri və onu tətbiq etməyə səlahiyyətləri olan vəzifəli şəxslərin dairəsi barədə anlayışlar 



veriləcək. 

Ə

n nəhayət, mühazirəmizin üçüncü sualının açıqlanması vasitəsi ilə dövlət idarəetmə 



sahəsində  dövlət  qulluqçuları  tərəfindən  vurulan  maddi  ziyana  görə  maddi  məsuliyyətin 

tətbiq edilməsinin əsasları və qaydası barədə nəzəri biliklər əldə etmiş olacaqsınız. 



 

265 


 

Digər  tərəfdən  isə  sizin  nəzərinizə  çatdırmaq  istərdim  ki,  bu  günkü  mühazirəmizin 

planına  daxil  edilmiş  sualların  açıqlanması  vasitəsi  ilə  əldə  etdiyiniz  biliklərin  həm  nəzəri, 

həm də təcrübi cəhətdən böyük əhəmiyyət kəsb edir. Çünki siz gələcəkdə dövlət qulluqçuları 

kimi  birinci  növbədə  dövlət  idarəetmə  sahəsində  müəyyən  olunmuş  intizam  qaydalarına 

ciddi riayət etməli və xidməti vəzifələrinizi yerinə yetirən zaman dövlətə, hüquqi şəxslərə və 

fiziki şəxslərə maddi ziyanın vurulmasına yol verməməlisiniz. 

Mühazirəmizin  mövzusu  vasitəsi  ilə  mənimsənilməsi  zəruri  olan  hüquqi  biliklərin 

ə

həmiyyəti bir də ondan ibarətdir ki, onlara yiyələnməklə siz, xidməti vəzifələrinizi qüvvədə 



olan qanunvericiliyin və qanunçuluğun tələblərinə müvafiq olaraq yerinə yetirmiş olarsınız. 

Digər tərəfdən isə bu tələblərə riayət etməklə siz, Azərbaycan Respublikası Prezidentinin 9 

avqust  1994-cü  il  tarixli  ″Cinayətkarlığa  qarşı  mübarizənin  gücləndirilməsi,  qanunçuluğun 

və  hüquq  qaydasının  möhkəmləndirilməsi  tədbirləri  haqqında″  Fərmanından  irəli  gələn 

tələbləri yerinə yetirmiş olarsınız. 

 

 



Sual 1.  





ntizam məcburetməsinin anlayışı və onun əlamətləri″″″″ 

 

             ntizam  məcburetməsi  -  icraedici  -  sərəncamverici  fəaliyyət  prosesində  intizam 



hakimiyyəti  subyektlərinin  hüquq  normaları  əsasında  tabeçiliyində  olan  şəxslərin  intizam 

xətasının  (həmçinin  digər  əməllərin)  törətməsi  ilə  əlaqədar  məcburetmə  tədbirlərinin  tətbiq 

edilməsi deməkdir. 

ntizam məcburetməsi - dövlət idarəetmə fəaliyyətinin növü kimi sonuncuya xas olan 

bütün  əlamətləri  özündə  cəmləşdirir.  Bununla  yanaşı  onun  məzmununu  əks  etdirən  özünə 

məxsus müxtəlif əlamətləri vardır. 

             ntizam məcburetməsinin aşağıdakı əlamətləri vardır: 

1.

  ntizam  məcburetmə  tədbirləri  adətən  intizam  xətaların törədilməsinə  görə  tətbiq 



edilirlər,  bundan  əlavə,  digər  hüquqpozmalarla  və  hətta  əxlaqsız  əməllərlə  mübarizədə  də 

təbiq edilə bilərlər. 

2.

  ntizam  məcburetməsi  –  icraedici-sərəncamverici  fəaliyyətin  bir  növü  olmaqla 



məhkəmədənkənar  tətbiq  edilir.  Əgər  söhbət  idarəetmə  orqanlarından  gedirsə,  bu  aşkar 

aydındır.  Lakin  prokuror  da  tabeçiliyində  olan  işçisinə  töhmət  elan  edirsə,  bu  heç  də 

prokuror nəzarəti deyil. 

3.

  ntizam  məcburetməsi  nəinki  dövlət  təsisatlarında,  həmçinin  qeyri-dövlət 



təşkilatlarında  işləyən  vətəndaşlara  tətbiq  edilir.  Məsələn:  vəkillər  kollegiyası,  həmkarlar 

ittifaqları  bu  hüquqlara  malikdirlər.  Onlar  bunu  əmək  hüququ  normaları  əsasında  öz 

səlahiyyətlər çərçivəsində tətbiq edirlər. 

4.

  ntizam  məcburetməsi,  yalnız  daimi  təşkilati-əlaqədə  olan  sabit  kollektivlərin 



üzvlərinə  tətbiq  edilə  bilər  (fəhlələr,  hərbi  qulluqçular,  tələbələr,  məhkum  edilmişlər  və  s). 

Adətən  belə  kollektivə  üzvlük  könüllüdür,  lakin  çoxları  məcburi  şəkildə  -  məhkəmənin 

hökmü  ilə,  idarəetmə  aktı  ilə  (məsələn,  intizam  xarakterli  hərbi  hissədə  saxlama,  hərbi 

qulluğa çağırma və s.) üzv olurlar. 

5.

  Yuxarıdakı  əlamət  mənəvi-hüquqi  sanksiyalarının  geniş  istifadə  edildiyini 



(töhmətlər) müəyyən edir və xas olan intizam təsirlərinin məzmununu açıqlayır. 

 

266 


 

6.

  ntizam  məcburetmə  tədbirləri  intizam  hakimiyyəti  subyektləri  tərəfindən  həyata 



keçirilir.  Adətən  onlar  intizam  hakimiyyətinin  subyektləri  və  ya  digər  rəhbərlədir.  Bu 

qaydadan  fərqli  olaraq,  hərbi  qulluqçuların  rəislərinə  verilmiş  intizam  hakimiyyəti  xüsusi 

normalarla və qüvvədə olan digər aktlarla müəyyən edilir. 

Konkret  hüquqpozma  törətmiş  şəxsə  intizam  məcburetmə  təsir  tədbirini  yalnız 

bilavasitə rəhbər olan şəxs və ya yuxarı rəhbər şəxs tətbiq edilə bilər. Bütövlükdə isə intizam 

hakimiyyəti  səlahiyyətinə  daha  çox  subyektlər  malikdirlər  ki,  onlardan  xeyli  miqdarda 

orqanlar və vəzifəli şəxslər dairəsinə intizam məcburetmə tətbiq etmək hüququ verilmişdir. 

7.

  ntizam məcburetmənin tətbiq edilməsi bir çox hüquq sahələri ilə - əsasən, inzibati, 



ə

mək, cəza-icra və s. hüquqları ilə nizamlanır. 

Ə

ksər  hallarda  intizam  məcburetməsi  qanunvericilik  aktları  ilə,  bəzən  də,  dövlət 



idarəetmə aktları ilə (məsələn, D N-in aktları) nizamlanır. 

8.

  Əgər mülki-hüquqi və inzibati məcburetmə tədbirləri həm fərdi, həm də kollektiv 



subyektlərə  tətbiq  edildiyi  halda,  cinayət  təsir  tədbirləri  kimi  də  intizam  məcburetmə 

tədbirləri  yalnız  fərdi  subyektlərə  -  konkret  adamlara  tətbiq  edilir.  nitzam  məcburetməsi 

fərdiləşdirilmişdir.  Bu,  öz  təzahürünü  onda  tapır  ki,  həmin  dairədə  yalnız  müəyyən  qrup 

şə

xslər üçün nəzərdə tutulmuş xeyli miqdarda sanksiya və qaydalar mövcud olsun. 



Buraya əsgər və matroslara, zabitlərə və generallara, tələbələrə və aspirantlara, rəhbər 

işçilərə, müstəntiq və prokurorlara tətbiq edilən xüsusi sanksiyaları aid etmək olar. 

           nzibati  hüquq  isə  üç  qrup  subyektlər  (inzibati  kollektiv  üzvləri)  üçün  intizam  təsir 

tədbirləri nəzərdə tutur: 

1.

  Hərbiləşdirilmiş  xidmətçilər  üçün  (hərbiçilər,  hərbi  qulluqçular  (polis 



ə

məkdaşları). 

2.

  Təhsil alan şəxslər üçün (şagirdlər, tələbələr, müdavimlər, aspirantlar); 



3.

 

nzibati hüquq normaları əsasında azadlıqları müvəqqəti olaraq məhdudlaşdırılmış 



şə

xslər  (cəzaçəkmə  müəssisələrində,  tərbiyə  müəssisələrində  və  istintaq  təcridxanalarında 

saxlanan şəxslər, xüsusi qəbuledici məntəqələrə yerləşdirilmiş şəxslər). 

Hərbi qulluqçular və attestasiyadan keçmiş daxili işlər orqanlarının əməkdaşları üçün 

intizam məcburetmənin (normativ) hüquqi əsası - Silahlı Qüvvələrin  ntizam Nizamnaməsi, 

Daxili  şlər  Orqnalarının  ntizam  nizamnaməsi″,  ″Hərbi  qulluqçuların  dövlətə  vurduqları 



ziyana  görə  maddi  məsuliyyəti  haqqında  Əsasnamə″  və  ″Daxili  şlər  Orqanlarında  xidmət 

keçmə  haqqında  Əsasnamə″dir.  Tələbə  və  aspirantlar  üçün  isə  Təhsil  Nazirliyi  (yəni  idarə 

aktı ilə) tərəfindən təsdiq edilmiş ali və orta ixtisas məktəbləri üçün nümunəvi daxili nizam 

qaydalarıdır. 

Bir  çox  hərbiləşdirilmiş  qulluqçular  üçün  də  intizam  məsuliyyəti  əsasən  idarəetmə 

aktları  ilə  nizamlanır.  Şagirdlər  üçün  intizam  məsuliyyətini  hansı  qaydada  və  hansı 

sanksiyalar tətbiq etməyi nizamlayan normativ aktlar  isə ümumiyyətlə yoxdur. 

           Funksional əlamətlərinə və tətbiqinin bilavasitə məqsədinə görə intizam məcburetmə 

tədbirləri, tənbehlər, bərpaedici tədbirlər və digər xarakterli təsir tədbirləri ola bilər: 

-

  intizam tənbehləri tətbiq edildikdə intizam məsuliyyəti yaranır; 



-

  bərpaedici  tədbilərinin  (dəymiş  maddi  zərərin  ödənilməsi)  tətbiqi  isə  maddi 

məsuliyyəti yaradır; 

-

  digər intizam təsir tədbirləri (məsələn; işdən kənar etmə, məxfi sənədlərlə işləmək 



üçün  icazənin  verilməməsi  və  ya  məhdudlaşdırlıması,  döyüş  şəraitində  açıq  tabesizlik 

göstərildikdə komandir tərəfindən silahın tətbiq edilməsi, sərxoş vəziyyətdə olan hərbiçilərin 



 

267 


 

qaupvaxtaya yerləşdirilməsi, həbs edilmiş hərbi qulluqçunun qaupvaxtaya nəzarət (konvoy) 

altında gətirilməsi və s. aid ola bilər). 

Yuxarıda  göstərirlən  misallar  onu  göstərir  ki,  ″digər  intizam  tədbirlərinə″  xeyli 

miqdarda həm sərbəst təsir tədbirlərini, həm də prosessual tədbirlərini aid emək olar. 

Birinci sualı yekunlaşdıraraq bir daha qeyd etmək istərdim: 

1.

  ntizam  məcburetməsi  -  icraedici-sərəncamverici  fəaliyyət  prosesində  intizam 



(nizami)  hakimiyyəti  subyektləri  tərəfindən  hüquq  normaları  əsasında  tabeçiliyində  olan 

şə

xslər tərəfindən intizam xətasının (xüsusi halda isə həmçinin digər əməllərin) törədilməsi 



ilə əlaqədar məcburetmə tədbirlərinin tətbiq edliməsi deməkdir. 

2.

  nzibati  hüquq  üç  qrup  subyektlərə  intizam  təsir  tədbirlərin  tətbiq  edilməsini 



nəzərdə tutur: 

-

  hərbiləşdirilmiş qulluqçular; 



-

  təhsil alan şəxslər; 

-

  inzibati-hüquqi normalar əsasında azadlıqları müvəqqəti olaraq məhdudlaşdırılmış 



şə

xslər. 


3.

  ntizam məcburetmə tədbirləri aşağıdakılardır: 

-

  intizam tənbeh tədbirləri; 



-

  bərpaetmə tədbirləri; 

-

  digər təsir tədbirləri 



 

 

Sual 2.  







nzibati hüquqda intizam məsuliyyəti və intizam xətası″″″″ 

 

ntizam  məsuliyyəti  -  bu  dövlət  qulluğu  qaydalarının  pozulmasına  görə  cinayət 



qaydasında tətbiq edilməyən, xidməti tabeçilik qaydasında kollektivin üzvlərinə intizam təsir 

tədbirlərinin tətbiq edilməsi deməkdir. 

            ntizam məsuliyyəti - intizam hakimiyyəti subyektləri tərəfindən tabeçiliklərində olan 

sabit  kollektiv  üzvlərinə  intizam  xətaların  və  digər  hüquq  pozuntuların  törədilməsinə  görə 

inzibati-hüquq normaları əsasında intizam təsir tədbirlərinin tətbiq edilməsidir.  

           Onun xüsusiyyətləri aşağıdakılardır: 

1.

  ntizam  məsuliyyəti  bir  qayda  olaraq,  intizam  xətalarına  görə,  lakin  bəzən  digər 



hüquqpozuntulara görə (məsələn, Azərbaycan Respublikasının  nzibati Xətalar Məcəlləsinin 

15-ci maddəsinə əsasən) və hətta əxlaqsız (ləyaqətsiz) əməllərə görə də tətbiq edilir. Belə ki, 

Azərbaycan  Respublikasının  ″Polis  haqqında″  Qanunun  33-cü  maddəsinə  əsasən  ″polis 

ə

məkdaşı  adına  ləkə  gətirən  ləyaqətsiz  hərəkət  etdikdə″  polis  əməkdaşı  intizam 



məsuliyyətinə cəlb edilir.  

2.

  ntizam  məsuliyyəti  intizam  tənbehlərinin  (sanksiyalarının)  tətbiq  edilməsindən 



ibarətdir. 

3.

  ntizam məsuliyyətini intizam (nizami) hakimiyyətin subyektləri həyata keçirirlər. 



4.

  ntizam məsuliyyətinin tətbiq edilməsi qaydaları və əsasarı müxtəlif hüquq sahələri 

ilə araşdırdığımız  halda isə inzibati hüquqla nizamlanır. 

nzibati  hüquq  normaları  ilə  minlərlə  adamlar  intizam  məsuliyyətinə  cəlb  edilə 

bilərlər. Buraya hərbiləşdirilmiş qulluqçular, təhsil alanlar (şagirdlər, tələbələr, aspirantlar və 


 

268 


 

s.) və inzibati qaydada azadlıqları məhdudlaşdırılmış digər şəxslər aiddirlər. Onların hamısı 

inzibati kollektivlərin üzvləridirlər. 

            ntizam  xətası  hüquqpozuntuların  bir  növüdür,  bu  sabit  kollektivin  üzvü  tərəfindən 

törədilmiş  və  şəxsin  həmin  kollektivdə  olması  ilə  əlaqədar  üzərinə  qoyulmuş  vəzifələrin 

pozmasından ibarət olan zərərli, cəmiyyətə zidd, təqsirli sayılan  əməldir. 

ntizam  xətalarını  törətdiyinə  görə  təqsirli  şəxslərə  intizam  tənbehləri  (cəzası)  tətbiq 

edilə bilər. 

ntizam  tənbehlərinin  (sanksiyalarının)  növləri  normativ  aktlarla  müəyyən  edilirlər. 

Bunlardan  istifadə  edilməsinin  məqsədinə  xətaların  ümumi  və  fərdi  profilaktikasına,  həm 

onların məzmunu ilə, həm də tətbiq etmə qaydası ilə nail olunur. 

ntizam  tənbehin  tətbiqi  şəxsin  hüquqi  vəziyyətini  dəyişdirir,  müəyyən    müddət 

ə

rzində onun üçün ″cəzalandırma″ vəziyyətini yaradır. 



ntizam  tənbehləri  ″sabit  kollektivlərin″  üzvlərinə  tətbiq  edildiyinə  görə  onların 

arasında  xeyli  əxlaqi-hüquq  sanksiyaları  (xəbərdarlıq,  töhmət,  şiddətli  töhmət),  şəxsin 

kollektivdə  vəziyyətini  dəyişdirən  və  ya  tamamilə  əlaqəsini  kəsən  sanksiyalar  (işdən  kənar 

etmək) mövcuddur. 

Bu  tənbehlər  adətən,  vətəndaş  yalnız  kollektivdə  işlədiyi  (xidmət  etdiyi)  dövrdə 

qüvvədə  olur.  Daimi  təşkilati  əlaqədə  olan  müxtəlif  kateqoriyalı  subyektlər  üçün  intizam 

sanksiyalarının məcmusu müxtəlifdir. Belə ki, ali məktəblərin tələbələri, aspirantları, hazırlıq 

kurslarının  dinləyiciləri  üçün  xəbərdarlıq,  töhmət,  şiddətli  töhmət  və  xaric  emə  kimi 

tənbehlər tətbiq edilir. 

                       Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli ″Polis haqqında″ Qanununa 

ə

sasən  polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: 



- xidmət apararkən hüquqazidd hərəkət etdikdə; 

- xidmət və icra intizamını pozduqda; 

- polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə. 

Polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 

- məzəmmət; 

- töhmət; 

- şiddətli töhmət; 

- xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 

- tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 

- xüsusi rütbənin bir pillə aşağı salınması; 

- xidmətdən xaric etmə. 

Polis  təhsil  müəssisələrində  yuxarıda  göstərilən  intizam  tənbeh  növlərindən  başqa 

növbədən kənar xidmət naryadını təyin etmə və polis təhsil müssisəsindən xaric etmə tənbeh 

növləri tətbiq edilə bilər. 

Polis  əməkdaşının  intizam  məsuliyyətinə  cəlb  edilməsi  qaydası  Azərbaycan 

Respublikası  D N-in 04 yanvar 2002-ci il tarixli 6 saylı əmri ilə təsdiq edilmiş ″Daxili işlər 

orqanlarının  ntizam Nizamnaməsi″ ilə tənzimlənir. 

Polis  əməkdaşı  xidmətdən  xaric  edilməsi  barədə  tabeliyi  üzrə  yuxarı  orqana  və  ya 

məhkəməyə muraciət edə bilər. 

Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikası D N-in 

15  dekabr  2001-ci  il  il  tarixli  488  saylı  əmri  ilə  təsdiq  edilmiş  D O  əməkdaşlarının 

xidmətdən xaric edilməsi qaydaları haqqında Təlimat″la tənzimlənir. 



 

269 


 

Hərbi  qulluqçular  və  D N-in  kiçik  və  rəis  heyətinə  bir  qayda  olaraq  törədilmiş  xəta 

barəsində  komandirə  (rəisə)  məlum  olduqdan  10  gün  gec  olmayaraq,  xidməti  yoxlama 

keçirildiyi və ya cinayət işi başlandığı halda isə onun başa çatdırıldığı gündən 1 aydın gec 

olmayan  müddətdə  təqsirkar  şəxsin  xəstəliyi,  məzuniyyətdə  və  tətildə  olması  vaxtı  nəzərə 

alınmamaqla intizam tənbehi verilir.  ntizam məsuliyyəti səlahiyyətli vəzifəli şəxsin əmri ilə 

və ya kollegiyanın qərarı ilə (məsələn, D N-də kollegiyanın qərarı ilə idarə və şöbə rəisləri 

cəzalandırıla bilərlər) verilir. Hərbi Qüvvələrdə və daxili işlər orqanlarında intizam  tənbehi 

ş

ifahi  şəkildə  də  verilə  bilər.  ntizam  tənbehi  verilməmişdən  əvvəl  işin  baş  vermiş 



vəziyyətini  aydınlaşdırmaq  üçün  xidməti  təhqiqat  aparılmalı  və  kollektiv  üzvünə  şifahi  və 

yazılı izahat verməyə imkan verilməlidir. 

Yazılı  əmrlə  elan  edilmiş  tənbehin  çıxarılması  yalnız  əmrlə  elan  olunur.  D O 

ə

məkdaşına intizam tənbehi tədbirinin tətbiqi barədə şəxsən, sıra önündə və ya müşavirədə 



elan olunur. D O əməkdaşının tələbi ilə əmrin surəti ona təqdim edilməlidir. 

ntizam tənbehi verliməsi barədə əmrdə əməkdaşın şərəf və ləyaqətini alçaldan, onun 

şə

xsiyyətinə və şəxsi həyatına toxunan (ləkələyən) məlumatların göstərilməsi yolverilməzdir. 



D O-nun  əməkdaşları  ezamiyyətdə,  məzuniyyətdə  və  ya  xəstə  olduqları  müddətə 

onlara intizam tənbehləri tətbiq edilmir. Bu, xidməti intizam qaydalarının pozulması barədə 

məlumat,  yaxıd sıravi və  rəis heyəti  yığıncaqlarının vəsatəti qərar qəbul  etmək  səlahiyyətli 

rəisə daxil olduğu 10 gün müddətinə daxil edilmir. 

Həvəsləndirmə  tədbiri  kimi,  qüvvədə  olan  intizam  tənbehinin  vaxtından  əvvəl 

götürülməsi tənbehi vermiş rəis, yaxud ona bərabər vəzifəli və ya vəzifəcə böyük birbaşa rəis 

tərəfindən həyata keçirilir. 

Xidməti  intizam  qaydaları  pozuntusunun  törədildiyi  gündən  3  ildən  artıq  müddət 

keçdikdə intizam tənbehi tətbiq edilmir. Bu halda D O əməkdaşlarının məzuniyyətdə, xəstə 

olduqları,  həmçinin  barələrindəki  cinayət  işinin,  yaxud  xidməti  yoxlamanın  aparılma  vaxtı 

göstərilən müddətlərə daxil edilmir. 

           ntizam  tənbehi,  törədilmiş  qəbahətin  ağırlığına  və  təqsirin  dərəcəsinə  müvafiq 

olmalıdır. Tənbeh növü müəyyən edilərkən qəbahətin xarakteri, törədildiyi şərait, təqsirkarın 

şə

xsiyyəti,  kollektivdə  nüfuzu,  əvvəlki  davranışı,  xidmətə  münasibəti,  xidmət  müddəti, 



peşəkarlığı və digər xüsusiyyətlər nəzərə alınır. 

Vəzifəcə  böyük  birbaşa  rəisə,  əməkdaşa  verilmiş  tənbehin  intizam  pozuntusunun 

ağırlıq dərəcəsinə uyğun olmadığını aşkar edərsə, onu ləğv edib müvafiq qərar çıxarır. 

Ə

məkdaş bir neçə dəfə qəbahət törətdikdə və ya qrup halında intizamın pozulmasında 



iştirak  etdikdə,  habelə  qəbahət  xidməti  vəzifələrin  icrası  zamanı  törədildikdə  və  onun 

nəticəsində hüquq qaydaları pozulduqda daha ciddi intizam tənbehi tətbiq edilir. 

ntizam  qaydalarının  pozulmasında  bir  neçə  əməkdaş  qrup  halında  iştirak  etdikdə, 

onların hər birinin konkret əməllərinə və təqsirinə müvafiq intizam tənbehi verilir. 

Xidməti  intizam  qaydalarının  pozulması  hallarına  görə  yalnız  bir  intizam  tənbehi 

verilir. 

Rəis, tabelikdə olana xidməti vəzifələrini xatırladarkən və ya intizam tənbehi verərkən 

onun şərəf və ləyaqətini alçaltmamalı, kobudluğa yol verməməlidir. 

Tənbeh  tətbiq  edilməzdən  əvvəl  təqsirkar  əməkdaşdan  izahat  (şifahi  və  ya  yazılı) 

verməsi tələb edilməlidir. 

Ə

məkdaşın izahat verməkdən imtina etməsi yoxlamaya dair rəydə qeyd olunur və ona 



intizam tənbehi verilməsini istisna etmir. 

 

270 


 

Xidmətdən  xaric  edilmə  istisna  olmaqla,  daxili  işlər  orqanlarının  əməkdaşlarına 

verilmiş  digər  intizam  tənbehləri  1  il  müddətində  qüvvədə  olur  və  bu  müddət  keçdikdən 

sonra qüvvədən düşmüş heçab olunur. Şifahi verilmiş tənbeh 1 ay müddətində qüvvədə qalır. 

Bir  neçə  intizam  tənbehi  olan  əməkdaşın  ən  ciddi  intizam  tənbehi  böyük  rəis 

tərəfindən  vaxtından  əvvəl  götürüldükdə,  digər  intizam  tənbehləri  də  qüvvədən  düşmüş 

hesab olunur. 

ntizam tənbehinin qüvvədə olduğu müddətdə təkrar intizam pozuntusuna yol vermiş 

ə

məkdaş barədə daha ciddi intizam tənbehi tətbiq edilir. 



ntizam  məsuliyyətinə  cəlb  edildikdən  sonra,  xidməti  və  icra  intizamının  il  ərzində 

yenidən  kobudcasına  pozulması,  əməkdaşın  daxili  işlər  orqanlarından  xaric  olunmasına 

səbəb olur. 

Növbətçilik,  qarovul  və  post-patrul  xidməti  zamanı  törədilmiş  qəbahətlərinə  görə 

ə

məkdaşlara intizam tənbehi növbətçilik qarovul və post-patrul xidməti başa çatdıqdan və ya 



onlar başqa şəxslərlə əvəz edilidkən sonra verilir. 

Sərxoş  halda  olan  əməkdaşa  intizam  tənbehinin  verilməsi,  habelə  hər  hansı  izahatın 

alınması onun ayılmasına qədər təxirə salınır. 

Tutduğu  vəzifədən  aşağı  vəzifəyə  keçirilmə  və  ya  xüsusi  rütbənin  bir  pillə  aşağı 

salınması  kimi  intizam  tənbehi  tədbirləri,  bir  qayda  olaraq,  başqa  intizam  tənbehinin 

təqsirkara lazımi təsir göstərmədiyi halda tətbiq edilir. 

Tutduğu  vəzifədən  aşağı  vəzifəyə  keçirmə  intizam  tənbehi  verilmiş  şəxsin  xidmətdə 

irəli çəkilməsi məsələsinə 1 ildən tez olmayan müddətdə ümumi əsaslarla baxıla bilər. 

Xüsusi  rütbənin  bir  pillə  aşağı  salınması  intizam  tənbehi  tətbiq  olunmuş  əməkdaşın 

ə

vvəlki  xüsusi  rütbəsi  ümumi  qaydada  1  ildən  sonra,  mükafat  qaydasında  isə  müstəsna 



hallarda göstərilən müddətdən tez bərpa edilə bilər. 

Ə

məkdaş  təqsirləndirilən  şəxs  qismində  cinayət  məsuliyyətinə  cəlb  olunduğu  halda 



cinayət işi üzrə yekun qərar qəbul edilənədək vəzifədən kənarlaşdırıla bilər. 

Ə

məkdaş vəzifə borcunun icrasını davam etdirməyi mümkünsüz edən pozuntulara yol 



verdiyi hallarda 2 ay müddətinədək vəzifədən kənarlaşdırıla bilər. 

Ə

məkdaşın  vəzifədən  kənarlaşdırılması  nomenklatura  üzrə  onu  vəzifəyə  təyin  və 



vəzifədən azad etmək səlahiyyətinə malik vəzifəli şəxs tərəfindən həyata keçirilir. 

ntizam  tənbehi  dərhal,  müstəsna  hallarda  isə  veridiyi  gündən  1  aydan  gec  olmayan 

müddətdə  elan  edilir  (icra  olunur)  və  bu  barədə  əməkdaşın  şəxsi  işində  qeydiyyat  aparılır 

(şifahi  intizam  tənbehi  barədə  şəxsi  işdə  qeydiyyat  aparılmır).  Tutduğu  vəzifədən  aşağı 

vəzifəyə  keçirmə,  xüsusi  rütbənin  bir  pillə  aşağı  salınması  və  xidmətdən  xaric  etmə  kimi 

intizam  tənbehlərinin  icrası  intizam  əmri  əsasında  verilmiş  şəxsi  heyət  üzrə  əmrlə  həyata 

keçirilir.  ntizam  tənbehindən  şikayət  verilməsi  onun  icrasının  dayandırılması  üçün  əsas 

yaratmır. 

ntizam  tənbehi  vaxtında  icra  edildmədikdə  yalnız  əməkdaşın  şəxsi  işində  qeyd 

olunmaqla kifayətlənilir və təqsirkar əməkdaşlar intizam məsuliyyətinə cəlb edilirlər. 

Ə

məkdaş  qanunçuluğun  pozulması,  sui-istifadələr,  işdəki  nöqsanlar  və  daxili  işlər 



orqanlarının xidməti fəaliyyətinə mənfi təsir göstərən başqa çatışmazlıqlardan aşkar etdikdə, 

bu barədə bilavasitə rəisinə məruzə etməli, zəruri hallarda yuxarı rəisə məlumat verməlidir. 

Ə

məkdaş ona verilmiş intizam tənbehindən ardıcıllıqla yuxarı vəzifəli şəxslərə şikayət 



edə  bilər.  Əməkdaş  xidmətdən  xaric  edilməsi  barədə  həmçinin  məhkəməyə  müraciət  edə 

bilər. 


 

271 


 

Ə

məkdaşın  şikayətində  və  müraciətində  göstərilmiş  məsələləri  həll  etmək 



səlahiyyətinə malik olmayan rəislər onu beş gün müddətində aidiyyəti üzrə göndərməli və bu 

barədə  müraciət  edən  əməkdaşa  bildirməlidirlər.  Şikayəti  baxılması  üçün  hərəkətlərindən 

ş

ikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır. 



Tabelikdə  olan  əməkdaş  barəsində  qanunsuz  və  ya  ədalətsiz  qərar  qəbul  etmiş  rəis 

intizam məsuliyyəti daşıyır. 

Ə

məkdaş və onun ailə üzvlərinin müraciətlərinə, daxil olduğu gündən etibarən 15 gün 



ə

rzində baxımalıdır. 

Müraciətə  baxılması  üçün  xüsusi  yoxlama  keçirmək,  əlavə  materiallar  tələb  etmək, 

yaxud  başqa  tədbirlər  görmək  lazım  gəldikdə  orqan  rəisi  və  ya  onun  müavini  tərəfindən 

müraciətə baxılma müddəti müstəsna hallarda 1 ayadək uzadıla bilər. 

Bu barədə müraciət edən şəxsə yazılı məlumat verilməlidir. 

Bilərəkdən  qərəzli  və  həqiqətə  uyğun  olmayan  məlumatlar  göstərilmiş  ərizə  və 

ş

ikayətlərlə müraciət edən əməkdaşlar məsuliyyət daşıyırlar. 



Suala yekun olaraq bir daha göstərmək istərdim ki: 

1.

  ntizam  məsuliyyəti  -  intizam  hakimiyyəti  subyektləri  tərəfindən  tabeçiliklərində 



olan sabit kolektivlərin üzvlərinə intizam və digər xətaların törətməsinə görə inzibati hüquq 

normaları əsasında intizam təsir tədbirlərinin tətbiq edilməsidir. 

2.

  ntizam  xətası  -  hüquqpozuntuların  bir  növüdür,  bu  sabit  kollektivin  üzvü 



tərəfindən  törədilmiş  və  şəxsin  həmin  kollektivdə  olması  ilə  əlaqədar  üzərinə  qoyulmuş 

vəzifələrin pozmasından ibarət olan zərərli, cəmiyyətə zidd təqsirli sayılan əməldir. 

3.

  Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: 



-

  xidmət apararkən hüquqazidd hərəkət etdikdə; 

-

  xidmət və icra intizamını pozduqda; 



-

  polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə. 

4. Polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 

  məzəmmət; 



  töhmət; 

  şiddətli töhmət; 



  xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 

  tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 



  xüsusi rütbənin bir pillə aşağı salınması; 

  xidmətdən xaric etmə. 



   


Yüklə 5,3 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin