Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə82/93
tarix20.11.2023
ölçüsü6,67 Mb.
#165405
1   ...   78   79   80   81   82   83   84   85   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Abstrakt 
Abstrakt bütün tezisinizin yekunu olub, akademik işinizin bütün əsas məqamlarını


qısa şəkildə göstərir. Elmi işinizin əvvəlində yerləşdirilən abstrakt tədqiqat
məqaləsi, tezis və ya hər hansısa bir sahənin dərin təhlilinin qısa xülasəsidir və
oxucuya elmi yazının məqsədini ən qısa vaxtda çatdırmaq üçün yazılır. Yadda
saxlamaq lazımdır ki, onu yazınızın potensial oxucusu üçün yazırsınız və əksər
oxucular bütün yazınızı oxumazdan öncə, abstraktı oxuyurlar. Abstrakt yazınızın
nə barədə olacağını deməlidir və kənardan qiymətləndirən bir şəxsin yazınızda
oxuya biləcəyi ilk mühüm hissədir. O səbəbdən də, siz abstrakta elmi işinizə
diqqət və maraq oyadacaq imkan kimi baxmalısınız.
Abstrakt yalnız oxucunu tezisə hazırlayan giriş deyil, o həm də zaman və məkan
darlığı içərisində bütün elmi işi əvəz edə biləcək gücdə olmalıdır. Onu yazmaq
böyük bir mətni əsas hissələrədək kiçiltməyə - görülən elmi işi yekunlaşdırmağa
xidmət edir. Abstraktı yazarkən elmi yazı işinizin metodologiya, başlıca tapıntılar
və s. daxil olmaqla, əsas məqamlarını açmalısınız.
Abstraktınızın əsas funksiyası oxucularınıza nə etdiyinizi deyil, nəyi kəşf etdiyinizi
göstərməkdir. Digər məlumatlar - tədqiqat metodlarınız sizə gəldiyiniz nəticələr
11barədə iddialarınızı dəstəkləmək üçün lazımdır.
Abstrakt daha böyük bir işin mühüm keyfiyyətlərini qısaldılmış formada özündə
ehtiva edir. O, önəmli detal və məqamların dəqiq xülasəsidir. Abstraktın həcmi
mövzu və nəşriyyat tələblərindən asılı olaraq, dəyişə bilər. Bir qayda olaraq,
abstrakt 1-2 paraqrafdan və 100-500 sözdən ibarət olur, amma çox nadir hallarda
bir səhifədən artıq olur.
Bundan başqa, elmi konfranslar və seminarlarda çıxış etmək istədikdə, abstraktı
xeyli əvvəldən göndərmək tələb olunur.
Abstraktdakı bütün məlumatlar elmi yazının əsas hissəsində də əks olunmalıdır,
yazıda olmayacaq heç bir məlumat abstrakta daxil edilməməlidir. Abstraktı


yazarkən burada cədvəl, sxem və qrafiklər göstərməyin.
Əgər düşünürsünüzsə ki, tədqiqat işiniz müəyyən suallara cavab verir, o zaman
niyə bu sualları abstraktda yerləşdirməyəsiniz?! Bu, oxucuları düşündürər və
mövzuya onların marağını cəlb edər.
Abstraktınızı bu şəkildə qura bilərsiniz:
1. Problemi bildirin.
2. Problemin və onu həll etməyin əhəmiyyətini söyləyin.
3. Tapdığınız həll yolu ilə nəyə nail olmağın mümkünlüyünü deyin.
4. Tapıntınızdan sonra onunla nəyin əldə edilə biləcəyini söyləyin.
Oxucunun abstraktı oxumaqda məqsədi tədqiqat işinin mövzusu və elmi yazıda
tədqiqatın necə əks etdirilməsi barədə təsəvvür əldə etməkdir.
Xülasə 
Xülasə tezis və ya dissertasiyanın sonuncu hissələrindəndir, ordakı əsas fikir və
tapıntıları çatdırır. Burada tapıntılar və ya tədqiqatın nəticələri qeyd olunur.
Xülasənin aşağıdakı xüsusiyyətləri var: 1) Xülasə tədqiqatın əsas məqsədi və
vəzifələri, tədqiqat müddəti, tədqiqat metodu, tədqiqat vasitəsi və seçmə
dizaynından bəhs edən qısa cümlələrdən ibarət olmalıdır. 2)Tapıntılarınız
ümumiləşdirilmiş şəkildə yazılmalıdır, mətn və rəqəmlərdən ibarət vacib
məlumatların xülasəsindən ibarət olmalıdır. 3) Xülasəyə vacib tapıntılar daxil
edilməlidir. 4) Xülasəyə heç bir yeni məlumat və statistik göstəricilər daxil
edilməməlidir. 5) Tapıntılar qısa şəkildə verilməlidir. Tapıntılar xülasədə izah
edilməməli və ya onlar barədə ətraflı məlumat verilməməlidir.
1213

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin