Azərbaycanca yazılan elmi işlərə istinadlar
Azərbaycanca yazılan elmi işlərə istinadlara gəldikdə isə, Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasətinin
hazırladığı dissertasiyaların tərtibi qaydalarına aşağıdakılar aiddir:
Dissertasiyanın mətnində istinad olunmuş mənbələr ədəbiyyat siyahısında əlifba
sırası ilə yazılmalı və nömrələnməlidir. İstinad olunmuş mənbənin ədəbiyyat
siyahısındakı nömrəsi mətndəki istinaddan sonra kvadrat və ya adi mötərizədə
göstərilir. Məsələn: [115] və ya (115).
Dissertasiyanın mətnində böyük həcmli kitab(lar)ın müxtəlif səhifələrinə bir neçə
dəfə istinad olunduğu halda ədəbiyyat siyahısında bu mənbə yalnız bir dəfə
göstərilir, lakin mətndəki istinaddan sonra əsərin siyahıdakı nömrəsi, cild
(çoxcildli əsərlər üçün) və müvafiq səhifə(lər) göstərilir. Məsələn: [39, 250-252],
[153, s. 2,106] və mətnin digər bir yerində [39,156], [153, c.1,86-91] və s.
Eyni zamanda qeyd edilir ki, mətnin altında sətiraltı istinadlar məqsədəuyğun
deyil.
Müəllif Fikirlərindən Sitat Gətirmə
Dissertasiyaya istinad edilərkən, əvvəlcə müəllifin soyadı, inisialları,
dissertasiyanın adı verilir, iki nöqtədən sonra isə iddia olunan alimlik dərəcəsi,
şəhər, nəşr ili və həcmi göstərilir. Məsələn: Süleymanov S.Y. Xlorofil-zülal
kompleksləri, xloroplastların tilakoid membranında onların struktur-molekulyar
təşkili və formalaşmasının tənzimlənməsi: Biol.elm.dok. ... dis. Bakı, 2003,
2002.s.
2. Qloballaşmanın, informasiya-kommunikasiya bumunun özü ilə gətirdiyi
yenilik və üstünlüklərdən biri də elm və təhsil sahəsində yanaşmaların,
standartların unifikasiyalaşması, yəni vahid bir forma alması və bunun tez bir
zamanda yayılaraq dünya elm ictimaiyyəti tərəfindən fəal istifadə olunmasıdır.
İnformasiya-kommunikasiya texnologiyalarının sayəsində müxtəlif
xarakterli elmi tədbirlər - konfrans, simpozium, konqres və s. haqqında dünya elm
ictimaiyyətini operativ olaraq məlumatlandırmaq və bu toplantılarda onların
iştirakını təmin və təşkil etmək əvvəlki dövrlərlə müqayisədə qat-qat asanlaşıb. Bu
kontekstdə beynəlxalq elm və təhsil məkanına inteqrasiya etmək, ümumi məsələlər
haqqında eyni “dildə danışmaq” zərurəti yaranır. Bu “ümumi dilə” nələr
daxildir? Tərəflərin bir-birini anlamasında bu amilin rolu nə dərəcədə
vacibdir? “Ümumi dili” mənimsəməklə nələrə nail olmaq olar? Beynəlxalq elm və
təhsil sisteminə inteqrasiyada tərəflərin bir-birini anlaması üçün dünyanın bir çox
qabaqcıl universitet və təhsil mərkəzlərində qəbul olunmuş standartlara bələd
olmaq lazımdır.
Söhbət nədən gedir?
Hazırda beynəlxalq elm və təhsil məkanına inteqrasiya ölkəmiz üçün
prioritet məsələlərdəndir. Bu sahədə xeyli sayda beynəlxalq anlaşmalar və
müqavilələr imzalanmışdır. Azərbaycan alimləri və tədqiqatçıları, həmçinin
doktorant, magistr və tələbələr beynəlxalq elmi tədbirlərə qatılır, çıxışlar edir,
ölkəni tanıdır, elmi əməkdaşlıq əlaqələri qururlar. Bu əlaqələrin nəticəsi kimi,
alimlərimiz həm də beynəlxalq jurnallarda məqalələr dərc etdirir, xarici həmkarları
ilə birgə layihələr və əsərlər üzərində işləyirlər. Təbii ki, əməkdaşlıq əsnasında
beynəlxalq elm və təhsil məkanındakı qayda və standartlarla tanışlıq baş verir,
sistemlərarası fərqlər aşkarlanır. Uzun müddət Sovet təhsil sistemində tətbiq
olunan qayda və normalar bir sıra hallarda beynəlxalq təhsil məkanında qəbul
edilmiş analoji standartlara uyğun gəlmir. Bunlardan biri də akademik yazı
qaydalarıdır.
Yazı qalır...
Yazının ən başlıca xüsusiyyəti onun qalıcı və sənəd xarakterli
olmasıdır. Başqa sözlə, məhz bu özəllikləri sayəsində yazılı materiala dönə-dönə
qayıtmaq və ondan faydalanmaq mümkündür. Bu xüsusiyyət istifadəçilər üçün
faydalı olmaqla yanaşı, həm də yazı müəllifindən böyük məsuliyyət tələb
edir. Xüsusilə əgər söhbət alimin yazdığı mətn və ya materialdan gedirsə. Alim
sözünə hər zaman inam və güvən olmuşdur. Bu güvəni qazanmaq yetərli deyil, onu
həm də qorumaq və itirməmək lazımdır. Savadlı və yaxşı təşkil olunmuş yazı
bunun ən sınanmış yollarındandır.
Yazı həm də çoxalır...
İnformasiya -kommunikasiya texnologiyalarının yaratdığı imkanlar
sayəsində yazmaq meylləri də çoxalıb. Sosial media sıravi vətəndaşların İnternetə
çıxışına unikal şərait yaradır, onları çağdaş kommunikasiya vasitələrinin fəal
istifadəçisinə çevirir. Ənənəvi mediaya çıxışı daha çətin və çoxpilləli, bəzən isə
qeyri-mümkün sayan insanlar öz axtarışları və tapıntıları haqqında məlumatları
bloq yaratmaq və yazdıqlarını orada paylaşmaqla fikir mübadiləsini həyata
keçirmiş olurlar. Təbii ki, bu istifadəçilər arasında elm adamları da çoxluq təşkil
edirlər.
Bəs niyə beynəlxalq akademik yazı qaydaları?
Hər şeydən əvvəl, ona görə ki, beynəlxalq standartlar “ümumi dil” rolunu
oynayır, yəni fərqli ölkələrdən olan elm adamlarının yazı vasitəsilə bir-birini
anlamasına yardım edir. Beynəlxalq yazı qaydaları həmçinin oxunu
sadələşdirir. Vahid standartlar üzrə yazılmış mətndə nəyin harada, yəni hansı
məlumatın harada olduğu əvvəlcədən bilindiyinə görə, zəruri informasiyanı
tapmaq da asan olur. Başqa sözlə, bunu ayrı-ayrı rəfləri olan dolaba bənzətmək
olar ki, bu “gözlər”in hər birində hər zaman eyni əşyalar saxlanır. Dolabın içi və
quruluşu haqqında dəqiq məlumata malik olan şəxs qapını açıb istədiyi əşyanı
onun saxlandığı rəfdən heç bir axtarış aparmadan rahatlıqla tapa və ya götürə
bilər. Çünki onun harada yerləşdiyini yaxşı bilir.
Beynəlxalq akademik yazı qaydalarının dünya səviyyəsində qəbul edilmiş
modeli inkişaf etmiş ölkələrdə hazırlanmış, gəlişdirilmiş və tətbiq
edilmişdir. Başqa sözlə, uzun müddətli tətbiq nəticəsində sınanmış, hərtərəfli
müzakirə yolu ilə təkmilləşdirilmiş və “cilalanmış” bir modeldir. Bu səbəbdən də
səmərəsi çox az adamda şübhə doğurur.
|