Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri


MƏQALƏNİN STRUKTURU QURULARKƏN ƏN ÇOX YOLVERİLƏN



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə47/93
tarix20.11.2023
ölçüsü6,67 Mb.
#165405
1   ...   43   44   45   46   47   48   49   50   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

MƏQALƏNİN STRUKTURU QURULARKƏN ƏN ÇOX YOLVERİLƏN 
SƏHVLƏR HANSILARDIR? 
Annotasiya və giriş oxuculara məqaləni oxumağa davam edib-etməmək haqqında 
qərar verməyə kömək edən hissələrdir. Bundan əlavə, bəzi məqamlarda yazınızın 
yalnız annotasiya hissəsi müvafiq axtarış saytlarında dərc oluna bilər. Məqalənin 
strukturu formalaşdırılarkən ən çox yolverilən səhvlərdən biri annotasiya və giriş 
hissələrində olduqca mürəkkəb və termin dolu cümlələrdən istifadə olunmasıdır. 


Bəzi müəlliflər düşünürlər ki, onların yazıları nə qədər mürəkkəb olsa, bu yazının 
bir o qədər professional olduğunu göstərir. Lakin bu yanlış yanaşmadır. Müvafiq 
hissələr oxucuların yazınızı oxuyub-oxumayacağı kimi mühim bir məsələni həll 
edir. Odur ki, oxucunuzun işini çətinləşdirməyin və bu hissələrin mümkün olduğu 
qədər sadə və konkret yazılmasına səy göstərin. 
Arqumentinizlə bağlı bir sıra çətinliklərlə üzləşə bilərsiniz. Müəlliflərin ən çox 
yolverdikləri səhvlərdən bir digəri də bu çətinlikləri oxucudan gizlətməyə 
çalışmaqdır. Problemləri üstünlüklərə çevirin. Arqumentinizin problemlərini 
gizlətməkdənsə, onlarla üzləşin. Oxucunuza qarşı daima dürüst olun. Çətinlikləri 
təsvir etmək iddianızın daha da detallaşdırılmış formaya düşməsinə səbəb olacaq. 
Eyni zamanda bu, gördüyünüz iş barəsində özünüzü rahat hiss etməyinizə kömək 
edəcək. 
Nəticə hissəsini həddindən artıq uzun yazmaq yolverilən səhvlərdən bir digəridir. 
Müvafiq hissə sizin mövzu ilə bağlı son sözünüzü çatdıra biləcəyiniz hissədir. 
Burada siz həmçinin məqalədə qoyulmuş problemin həllinə yönəlmiş təkliflərinizi 
də verə bilərsiniz. Düzgün qurulmuş nəticə oxucuda xoş təəssürat bağışlamağınıza 
yardımçı olacaqdır. 
NƏTİCƏ 
Hüquq məqaləsi yazarkən diqqət yetirilməli olan ən mühim və başlıca 
məqamlardan biri də düzgün strukturun formalaşdırılmasıdır. Bunun üçün yazının 
strukturunu formalaşdırarkən qarışıqlıq və mürəkkəblikdən çəkinməyə çalışın. Bu 
zaman hər şeyin planlı qurulduğundan əmin olun. Planlı işləmək, həm də vaxtınıza 
qənaət etməyinizə kömək edəcəkdir. 
Anons
– mətbuat, tele-radio kompaniyalar bizim üçün hazırladıqları əsas və 
maraqlı hadisələrin elanıdır. 
"İzləyin", "Bu günkü efirdə dinləyin", "Növbəti sayda oxuyacaqsınız" - bunlar 
anonsun müxtəlif formalarıdır. Anons Jurnallar gələcək sayda gedəcək ən maraqlı 
xəbərlərin xülasəsinə yer ayıra bilər. Qəzetlər də, heç də onlardan geri qalmır. Bir 
qayda olaraq anonslar qısa şəkildə verilir: tele-radiolarda anonslar təxminən 30 
saniyə çəkir. Qısa bir vaxt ərzində böyük bacarıq və istedad tələb olunur ki, bizləri 
anonslarda gedən verilişlərə baxmağa inandıra bilsinlər. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin