Azərbaycan SSR latın qrafikalı əlifbaya keçəndən 5-il sonra Türkiyə də bu əlifbaya
keçdi. Lakin 10 il sonra Stalin türklərin bu addımına qarşı kiril əlifbasını Sovet
İttifaqının bütün müsəlman ölkələrində tətbiq etdi.
1990-ci ildən Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı
təşəbbüslər irəli sürülməyə başlanılmışdır. Yeni müstəqil əlifbaya keçməyin
zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim Afad Qurbanov olmuşdur. 1 avqust
1990-cı il tarixində onun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılmış
və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq o, komissiyanın sədri
təyin edilmişdir. Məhz Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni əlifba
1992-ci ildə təsdiq edilmiş və tətbiq edilməyə başlanılmışdır.
Dostları ilə paylaş: