Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri


Mövzu 2:Nitq mədəniyyəti və mədəni nitq anlayışları



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə4/93
tarix20.11.2023
ölçüsü6,67 Mb.
#165405
1   2   3   4   5   6   7   8   9   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Mövzu 2:Nitq mədəniyyəti və mədəni nitq anlayışları 
İcmal:

1. Nitq mədəniyyəti anlayışı.
2. Mədəni nitqin əsas xüsusiyyətləri və tələbləri.
3. Nitqin formaları: şifahi və yazılı nitq.
4. Nitqin növləri: monoloji və dialoji nitq. 
Nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin ən vacib və aparıcı 
tərkib hissələrindən biridir. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı, yazı 
mədəniyyəti də daxildir. Belə yüksək keyfiyyətə yiyələnən şəxs cəmiyyətin ictimai 
həyatında, onun hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etmək imkanına 
malik olur. Xüsusən, ziyalıların nitq mədəniyyətinə yiyələnməsi vacib sayılır. 
Yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya işçiləri, jurnalistlər,bədii söz 
ustaları nitqinin təsirliliyi, obrazlılığı, ifadəliliyi, məntiqliyi, zənginliyi ilə 
fərqlənməli, başqaları onların danışığından, oxusundan, yazdıqlarındannümunə 
götürməlidirlər. 
Dilçilik ədəbiyyatında nitq mədəniyyəti anlayışı belə izah olunur: 
“Nitqmədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret bir dilin 
orfoepik,orfoqrafik, leksik, qrammatik, üslubi və s. normalarını müəyyənləşdirən 
nəzəriaxtarışlar və təcrübi tədbirlər kompleksidir”. Bu tərifi başqa bir şəkildə ifadə 
etmiş olsaq, deyə bilərik ki, nitq mədəniyyəti danışıq və yazı zamanı orfoqrafik və 
orfoepik qaydalara, qrammatik qayda-qanunlara, üslub normalarına əməl etmək, 
zəngin söz ehtiyatına malik olmaq, nitqin etik normalarını gözləməkdir. 
Nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi 
istifadə qaydalarını öyrənir. Nitq mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin 
fonetik (orfoepik və orfoqrafik),leksik və qrammatik qayda -qanunlarını bilmək və 
nitq zamanı onlara əməl etmək zəruridir. 
Nitq mədəniyyətində dilçiliyin nəzəri fıkirləri əməli (praktik)şəkildə həyata 
keçirilir. Buna görə də nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi sayılır. 
Nitq mədəniyyətində ayrı-ayrı dil faktları və ya hadisələri yox, dilçiliyin qayda-
qanunları sistemi öyrənilir. Ümumiyyətlə, nitq mədəniyyətinin konkret predmeti 
yoxdur.“Nitq 
mədəniyyəti”nin 
konkret 
predmetini 
müəyyənləşdirmək 
(Məsələn:fonetikanı, leksikanı yaxud, qrammatika predmeti kimi) çox çətindir. 
Nitq mədəniyyətində bu və ya digər dil faktı hadisəsi yox, üsullar qayda-qanunlar 
sistemi öyrənilir. Nitq mədəniyyəti filologiya elminin praktik sahəsidir. Yəni nitq 
mədəniyyəti dedikdə hər şeydən əvvəl filologiyanın dildən ünsiyyət vasitəsi kimi 


istifadə qaydalarını, elmin əsasında öyrənilən sahəsi nəzərdə tutulur. Eyni zamanda 
həmin anlayışdan bu və ya digər nitq təzahürünün keyfiyyətini bildirmək üçün də 
istifadə edilir. 
Bildiyimiz kimi, dil lüğət fondu, qrammatik quruluşu, fonetik sistemi ilə 
təşəkkül tapmış ünsiyyət vasitəsidir. Nitq isə xalqın hər bir nümayəndəsinin bu 
ünsiyyət vasitəsindən fərqli istifadəsidir, ayrı-ayrı insanların danışığıdır. 
Hər hansı bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir. 
Gözəl nitq üçün, əsasən, iki şərt tələb olunur: 
1.Dilin özünün ifadə imkanlarının genişliyi, yəni hər hansı bir fikri ifadə etmək 
imka-nının olması. 
2.Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün 
şəkildə istifadə etməsi. 
Hər hansı dilin fonetik, leksik (yaxud leksik-semantik), qrammatik, eləcə də 
orfoqrafik və orfoepik qayda-qanunları vardır. Onları öyrənmədən, bilmədən nitq 
mədəniyyətinə yiyələnmək mümkün deyildir. Haqqında danışılan qayda-qanunlar 
müəyyən tarixi təkamülün məhsulu olub, cəmiyyətin normal ünsiyyətinə xidmət 
edir. 
Azərbaycan dili fonetik, leksik və qrammatik quruluşuna görə dünyanın inkişaf 
etmiş və zəngin dillərindən biri sayılır. Bu dilözünəməxsus musiqili ahəngi, 
səlisliyi və axıcılığı ilə diqqəti cəlb edir. Çox-çox qədim zamanlarda dilimizdə 
şifahi xalq ədəbiyyatı nümunələri, sonralar isə yazılı ədəbiyyat yaranmışdır. İstər 
şifahi, istərsə də yazılı ədəbiyyatımız xalqımızın gözəl və zəngin nitq 
mədəniyyətinin olduğunu sübut edir. 
Milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qoruyucusu, 
daşıyıcısı bütövlükdə xalqdır. Xalqın hər bir nümayəndəsi nitq mədəniyyətinə 
dərindən yiyəlnəməli və onu layiqli şəkildə qorumalıdır. Bu mədəniyyəti inkişaf 
etdirməkdə, yaymaqda söz ustalarının böyük xidmətləri olmuşdur. 
Nitq mədəniyyəti nitqin müxtəlif şəraitində məzmun və məqsədə uyğunolaraq 
ədəbi dilin yazılı və şifahi formalarından, ifadəlilik vasitələrindən istifadəedə bilmə 
bacarığıdır. Bu anlayış dilin mənimsənilməsinin iki pilləsini özündəehtiva edir: 
1) düzgün nitq, yazan, oxuyan və danışanın nitq normalarını gözləməsi;
2) nitq məharəti. Təkcə nitq normalarını deyil, həm də mövcudvariantlardan 
məzmun baxımından dəqiq, üslub və situativlik cəhətdən dahauyarlı dil vahidini 
seçib işlədə bilmək. Nitq mədəniyyəti normativ qrammatika iləüslubiyyatın 
vəhdətidir. 
Başqa bir mənbədə mədəni nitq, nitq mədəniyyəti anlayışı belə izaholunur: “Nitq 
mə-dəniyyəti – nitqin ədəbi dil normalarına uyğunluğu, dilin ifadəvasitə və 
imkanlarından nitqin məqsəd və məzmununa müvafiq surətdə istifadəetmək 


bacarığı; dil səviyyələrinin və onlara daxil olan vahidlər sisteminin 
formalaşdırılması, təkmilləşdirilməsi problemlərini, dil hadisə və proseslərinin 
inkişaf xəttini, üslubiyyat məsələlərini araşdıran dilçilik bəhsi”. Bu tərif 
nitqmədəniyyəti anlayışını ehtiva etmək baxımından daha dəqiq və əhatəlidir. 
Nitq mədəniyyəti insanın yüksək ictimai mədəniyyəti, təfəkkür mədəniyyəti, dilə 
şüurlu sevgisi, ən yüksək keyfiyyətdir. Böyük Britaniyada qadınların nitqi ilə bağlı 
aparılan sosioloji tədqiqatlar göstərmişdir ki, nə qədər nitq düzgündürsə qadın 
şəxsi və professional həyatda bir o qədər xöşbəxtdir. Bu nəticəni, şübhəsiz, dilin 
bütün daşıyıcılarına aid etmək olar. İnsanın nitqi onun iç dünyasını aşkarlayan 
başlıca vasitədir. Adamları tanımaq, onlara bələd olmaq üçün, hər şeydən əvvəl, 
ünsiyyətə girmək, təmasda olmaq lazımdır. Antik dövrün böyük filosofu Sokrat 
həmişə deyərmiş: “Ey insan danış səni tanıyım”. Həzrət Əlibuyururdu ki, hər kəs 
öz dilinin altında gizlənib. Danışmayınca onun ağıllı və yaağılsız olması məlum 
olmur. Tarixi inkişafın bütün dövrlərində nitqə, onun gözəlliyinə xüsusi diqqət 
yetirilmiş, qiymət verilmişdir.“Qabusnamə”də deyilir: “Sözü ən gözəl tərzdə 
söyləmək lazımdır ki, həm söz anlayan olasan, həm də söz anladasan”. 
Maraqlı və canlı danışıq aləmi səslərin deyiliş tərzi, işlənmə forması iləçox 
bağlıdır. K.S.Stanislavskinin dediyi kimi, “sadə və gözəl danışığı bacarmaqözü bir 
elmdir və onun xüsusi qanunları var”.A.P.Çexov “Gözəl danışığa etinasız yanaşan 
adamlar özlərini insana layiq ola biləcək ən ali, nəcib bir zövqdən məhrum edirlər” 
fikrini söyləmişdir.Bir latın atalar sözündə deyilir ki, şair anadan şair doğulur, 
natiqlər isətədricən yetişir. Buradan aydın şəkildə bəlli olur ki, gözəl danışığa 
yiyələnməkhəyatda qazanılır və hər kəsin özündən asılıdır. Lap qədim zamanlarda 
yaranmışbir zərb-məsəldə deyilir: “Sözün zahiri zərif, batini lətif olmalıdır”. 
Nitq mədəniyyətinə yiyələnmək üçün dilin lüğət tərkibinə dərindən bələdlik, onun 
fo-netik, leksik-semantik və qrammatik normalarına yiyələnmək, dil qanunlarını 
nitqdə düzgün tətbiq edə bilmək zəruridir. Söz ehtiyatı zəngin olan, sözlərin məna 
çalarlarını nitqində düzgün əlaqələndirməyi bacaran, geniş erudisiyalı insan öz 
fikrini çətinlik çəkmədən məntiqi cəhətdən ifadə edə bilmək qabiliyyətində olur. 
Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələblər (əslində onlarmədəni nitqin 
keyfiyyətləridir) vardır ki, bunlar nitqin normativliyidir. Həmintələblər bunlardır: 
aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik,təmizlik, münasiblik, 
ifadəlilik, orijinallıq, səmimilik və s. Yazılı nitq mədəniyyətiprobleminə həmçinin 
orfoqrafiya və durğu işarələrinə əməl edilməsi də daxildir.Bunlar hər biri ayrılıqda 
və hamısı birlikdə etalon səviyyəli nitqi yaradır ki, bunitqə yiyələnənlər natiqlik 
sənətində, müəllimlik fəaliyyətində və digər sahələrdəböyük uğurlar qazanırlar. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin