Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə6/93
tarix20.11.2023
ölçüsü6,67 Mb.
#165405
1   2   3   4   5   6   7   8   9   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

 NİTQİN DƏQİQLİYİ
. Dəqiqlik nitqin ilk və əsas şərtidir. Fikrin aydın izahı 
dəqiq düşüncənin nəticəsidir. Dəqiqlik və yığcamlıq nitqin əsas məziyyətləri kimi 
zəngin söz ehtiyatı hesabına başa gəlir. Söz ehtiyatı zəngin olan adamın nitqi dəqiq 
ola bilər. Dəqiq nitq deyildikdə sözlərin ifadə olunan fikrə uyğun seçilməsidir ki
bunlar nitqin mənasına, məzmununa münasib olmaqla fikrin gerçəkliyi əks 
etdirməsinə şərt sayılır. Dəqiqlik, bir tərəfdən, nitqin gerçəklik və təfəkkürlə 
əlaqəsinin, digər tərəfdən, fikrin dil vasitələri ilə düzgün verilməsinin 
göstəricisidir. Məlumdur ki, söz anlayışa uyğun yaranır və fikir ifadə edir. Əlbəttə, 
o, ifadə etdiyi fikrə uyğun olmalıdır. Nitqin məntiqliyi, ardıcıllığı, izahın uyarlığı 
fikrin aydın ifadəsinə köklənmişdir. Dəqiq söz işlətmə dilin leksik sistemində olan 
sözlərin semantik mənasını, sinonimliyi, çoxmənalığı, terminləri, müxtəlif 
funksional üslubları və qrammatik formaları yaxşı bilməyi tələb edir. Dilin 
sinonimlik imkanlarından istifadə edərək lazım olan sözün seçilib işlədilməsi nitq 
üçün çox vacibdir. Dilimiz respublikamızın müstəqillik qazanması ilə, həqiqi 
mənada dövlət statusu almasından, bütün sahələrdə qeyd-şərtsiz tam və yeganə 
ünsiyyət vasitəsi kimi hərtərəfli işlənməyə başlamasından bəri bədii, elmi və 
publisistik yazıların, mətbu orqanların dili də, radio-televiziya verilişlərində, teatr 
tamaşalarında aktyor və diktorların, müəllim, şagird və tələbələrin nitqi də 
dəqiqləşmiş, düzgün işlədilməkdə sistem şəklini almışdır. 
NİTQİN AYDINLIĞI. Aydınlıq ifadə üsuludur, ifadə olunan fikrin asan 
qavranılması üçün o, həmişə diqqət mərkəzində olur. Nitq üçün aydınlıq, səlislik 
və yığcamlıq yüksək qiymətləndirilir. Bunların içərisində aydınlıq ən vacib üslubi 
keyfiyyət kimi ön sırada durur. Nitqin düzgünlüyü fikrin aydın ifadəsinin ilkin şərti 
sayılır. İnsan ifadə edəcəyi mövzu haqqında mükəmməl məlumata malik olub onu 
dərindən və yaxşı bilirsə, müvafiq dil vasitələri hesabına nitqində sözçülüyə yol 
verməz, fikrini maraqlı qurar, dolaşıq cümlələrə deyil, sadə, münasib cümlələrlə 
deyəcəyi faktları ifadə etməyi bacarar. Nitq zamanı aydınlığın pozulması bir sıra 
hallarla bağlıdır. Bura danışanın sözlərin mənasını, işlənmə məqamlarını yaxşı 
bilməməsi, zəngin söz ehtiyatına mükəmməl yiyələnməməsi daxildir. Məsələn, 
danışıqda belə cümlələr eşidirik: O, qapının zəngini çaldı. At ilxısında yaxşı atlar 
vardı. Sənə müvəffəqiyyət uğurları arzulayıram. Biz bunlara müdaxilə göstərməyə 
çalışırıq və s. "Aydın nitq aydın təfəkkürün, düşüncənin məhsuludur", "Dili dolaşıq 
şəxsin fikri də dolaşıq olur" - cümlələrinin təsdiqinə Ü.Hacıbəylinin "O olmasın, 
bu olsun" musiqili komediyasında Məşədi İbadın Rza bəyə dediyi bir replikasında 
aydın görünür: - "A kişi, sən elə qəliz danışırsan ki, "Tarixi-Nadiri" yarıya qədər 


oxumuşam, mən başa düşə bilmirəm. Bu yazıqlar haradan başa düşsünlər? "Biz 
tələbələri ixtisaslarına aid idman ədəbiyyatını oxuyub öyrənməklə, izah edib 
misallar gətirməklə məhdudlaşmamağa çağırırıq. Onlar siyasi, sosial, elmi, iqtisadi 
yenilikləri özündə əks etdirən, gündəlik mətbu orqanlarda çap olunan publisistik 
yazıları da oxuyub təhlil etməli, biliklərini artırmağa xidmət edən bədii 
ədəbiyyatla, oçerklərlə, həyatın hər sahəsinə aid müxtəlif materiallarla bir vətəndaş 
kimi tanış olmalıdırlar. Nitqin aydınlığı tələffüzlə sıx bağlıdır. Dil səsləri öz 
məxrəcində deyilməsə, hecanın tələffüzdən düşməsi, normal intonasiyaya əməl 
olunmaması, bütün cümlələrin ya yüksək, ya da alçaq templə deyilməsi, idmanla 
bağlı çəki dərəcələrinin və ya rəqəmlərin ardıcıl və sürətlə sadalanması, bəzi 
hərflərin sözlərin sonunda buraxılması şəxsin savadı, dünyagörüşü, mütaliəsi ilə, 
söz ehtiyatının kəmiyyət və keyfiyyətcə azlığının nəticəsidir. Sadalanan nöqsanları 
aradan qaldırmaq üçün aşağıdakılar nəzərdə saxlanılmalıdır: 1) Nitqin aydınlığına 
nail olmaq üçün danışılacaq mövzu öncə ətraflı öyrənilməli, lazımi material 
hazırlanmalıdır. 2) Material fikirdə və ya yazılı qeydlərdə sistemləşdirilməlidir. 3) 
Nəzərdə tutulmuş sübut, dəlil və ya faktları ifadə edəcək sözlər məntiqi vurğu 
hesabına aydın nəzərə çarpdırılmalıdır; 4) Nitqin əsas hissəsindəki söz, ifadə və 
cümlələr aydın tələffüz edilməli, "bunun" əvəzinə "munun", "gətirdi" əvəzinə 
"gətdi", "gəl gedək" əvəzinə "gə gedəy", "ona görə" əvəzinə "oa gora", "nə üçün" 
əvəzinə "nöşün" və s. deyilməməlidir. 5) Məzmuna uyğun intonasiya seçilməli
düzgün diksiya ilə ifadə olunan nitqin başa düşülməsinə (Diksiyanın pozulması 
sözlərin, ifadələrin başa düşülməsini, fikrin anlaşılmasını çətinləşdirir) cəhd 
göstərilməlidir. Çıxış edənlər (mühazirəçi, məruzəçi, lektor, diktor, müəllim və 
başqaları) səsini, nəfəsini idarəetmə bacarığını təkmilləşdirməli, diksiya ilə bağlı 
şivə qüsurlarını düzəltməlidir, yəni nitqin səs mədəniyyətinə yiyələnməlidirlər. 107 
NİTQİN TƏMİZLİYİ. Mədəni nitqə verilən tələblərdən biri də onun təmizliyi 
hesab olunur. Ədəbi dilin qaydalarından kənara çıxmamaqla ifadə olunan nitq 
təmizdir. Nitqin təmizliyi digər keyfiyyətlər kimi nitq sahibinin ümumi 
mədəniyyəti, savadı və dil vahidlərindən istifadə bacarığı ilə düz mütənasibdir. 
Nitqin təmizliyinin pozulmasının bir neçə ümumi səbəbi vardır: 1.Nitqdə yerli 
dialekt və şivəyə məxsus dil vahidlərinə yer verilməsidir. Xalqın böyük hissəsi 
canlı danışıq dilində danışsa da, müəyyən qismi ya dialekt şəraitində yaşadığına 
görə, ya da uşaqlıq illərində ailəsinin, yaxud yaşayış yerinin danışıq tərzinin təsiri 
altında dialekt danışığına meylli olur. 

Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin