Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 1,46 Mb.
səhifə47/81
tarix28.11.2023
ölçüsü1,46 Mb.
#168521
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   81
Akademik və işgüzar kommunikasiya 15 mühazirə (1) (1)

Leksikanın üslubi imkanları. Bu təlimdə çoxmənalı, omonim, sinonim və antonim sözlərin üslubi vəzifələri, frazeoloji birləşmələr, arxaizm və neologizmlərdən, alınma sözlərdən, atalar sözü, zərbi-məsəllər, aforizmlərdən üslubi istifadə qaydaları, dialektizmlərin və jarqonların bədii üslubda işlənmə xüsusiyyətləri, ekspressiv sözlərin müxtəlif üslublarda yeri və funksiyası, hər hansı üslubda müxtəlif səciyyəli sözlərin işlənmə tezliyi və onun səbəbləri və.s. öyrənilir.
Sinonimlər nitqdə müxtəlif üslubi funksiya yerinə yetirir: 1) dəqiqləşdirmə, 2) izahetmə, 3) müqayisə, 4) qarşılaşdırma, 5) əvəzolunma, 6) emosional – ekspressivlik.
Sinonimlər, adətən, bədii üslubda və bəzən də ictimai-siyasi üslubda təsirliliyi artırmağa, ekspressivliyi gücləndirməyə, elmi üslubda isə mənanın dəqiq anlaşılmasına, fikrin aydın ifadəsinə xidmət edir.
Antonimlər bədii dildə təzad, antiteza və oksumoron yaradan ən təsirli üslubi vasitədir. Anlayışların təzadlı müqayisəsi, əşyaların əlamət və keyfiyyətləri haqqında canlı, obrazlı təsəvvür yaradır. Məsələn, Uzaqlar, yaxınlar döydü qapını, Qocalı, cavanlı, düşdük bəndə, Elçilər apardı öz hesabını, bir elin bəyini bəyənməyəndə.
Antitezanın əsasında təzad durur.Məs. Gecənin gündüzü də var.
Omonim və omonim hadisələrin şeirdə və bayatılarda çox işlədilməsi ahəngdarlığı və səlisliyi artırır, musiqililik və axarlıq yaradır, mənanı gücləndirir, oxucunun bədii zövqünü oxşayır, bədii əsərlərdə, xüsusən bayatılarda, təcnislərdə və lirik şeirlərdə cinas yaradır.
Açıldı yazım, söhbətim, yazım, sən hünər göstər, mən şeir yazım. (S.Vurğun)
Morfoloji vahidlərin məqsədəuyğun işlədilməsi üslubi imkanlar yaradır. Morfologiya nitq hissələrini, onların daxili strukturunu, spesifik kateqoriyalarını öyrənir. Hər bir nitq hissəsi cümlə daxilində öz morfoloji təbiətini saxlamaqla yanaşı, fikrin aydın, səlis, yığcam və rəngarəng ifadə olunmasına xidmət edir. Əsas nitq hissələri, köməkçi nitq hissələri və xüsusi nitq hisələrinin üslubi imkanları genişdir.
Kəmiyyət, xəbərlik, mənsubiyyət və hal kateqoriyalarının qrammatik və üslubi baxımdan imkanı böyükdür. Azərbaycan dilində kəmiyyət şəkilçisi lar-lər qrammatik vəzifə daşımaqla yanaşı, geniş üslubi imkanlıdır. nəsil, tayfa, familya bildirir: Səfəvilər, Həsənlilər, Oğuzlular və.s Xəbərlik kateqoriyasının qrammatik əlamətinin şifahi və yazılı nitqdə ixtisarla işlədilməsi danışıq nitqını səlisləşdirir, dilin bu məqamda ağırlığını yüngülləşdirir. Mənsubiyyət kateqoriyası aidlik, sahiblik, qohumluq münasibətini, hüquqi və ictimai əlaqələri bildirir. Mənsubiyyət şəkilçısi qəbul etmiş söz həm sahib şəxsi, həm də mənsub əşyanı ifadə edir. Miqdar sayları əşyanın konkret kəmiyyətini bildirdiyi üçün ondan sonra gələn isim, bir qayda olaraq, cəm şəkilçisi qəbul etmir. Lakin bədii ədəbiyyatda bəzən müxtəlif şərait və məqamla əlaqədar saydan sonra gələn isimlər cəm şəkilçisi qəbul edir. Şübhəsiz bu, yüksək emosiya, üslubi məqamla və üslubi məqsədəuyğunluqla bağlıdır: Hürü, Rüstəm bəyi görüm iki gözlərindən olsun. Bakı milyon işıqları ilə göz qırpırdı. Fellərin üslubi imkanları daha çoxdur. Felin növ, forma və zamanlarının üslubi imkanları daha genişdir. Felin məchul və qayıdış növlərinin bir-birinə oxşar və fərqli cəhətləri var. Leksik mənası olmayan, qrammatik məna daşıyan köməkçi nitq hissələri (qoşma, bağlayıcı, ədat, modal sözlər) əsas nitq hissləri arasında əlaqə yaratmağa, incə çalarların nəzərə çapdırılmasına, ekspressivlik vasitəsinə xidmət edir

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin