Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani


IX. Tənbeh və məzəmmət (danlama), şikayət, qarğış, qadağa zamanı



Yüklə 1,46 Mb.
səhifə44/81
tarix28.11.2023
ölçüsü1,46 Mb.
#168521
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   81
Akademik və işgüzar kommunikasiya 15 mühazirə (1) (1)

IX. Tənbeh və məzəmmət (danlama), şikayət, qarğış, qadağa zamanı. Bu məqsədlə müxtəlif söz və ifadələr işlənə bilər. Məsələn:
Ağəz, qaragünə, deyirəm başıvın çarəsini qıl, şoğəribnən işin olmasın
Utan, qoç Koroğlu, utan!
Dağların damənin tutan!
Sənin kimi başa çatan
Elin qədrini nə bilər?
X. Tərif, əzizləmə, razılıq və alqış zamanı. Bu məqsədlə afərin, əhsən, sağ ol(un), çox sağ ol(un), alqış(lar) olsun, çox məmnunam(ıq), Allah razı qalsın və s. bu tipli söz və ifadələr işlənə bilər.
Zirvələrin başı qarlı,
Meşələrin işi barlı,
Ay köküknə etibarlı,
Bulaq suyu dağ havası
XI. Məsləhət, öyüd, nəsihət, xəbərdarlıq zamanı. Bu məqsədlə də müxtəlif tipli söz və ifadələr işlənə bilər.
Dəli könül, məndən sənə əmanət,
Demə bu dünyada qalım yaxşıdı.
Bir gün olar qohum-qardaş yad olar,
Demə ulusum var, elim yaxşıdı
Hər hansı müraciət formalarının işlənmə məqamları bir sıra xüsusiyyətlərdən asılıdır:
1) Müraciət edənlə adresatın arasında tanışlığın (qohumluğun) mövcudluğu və ya qeyri-mövcudluğu;
2) Adresatın yaşı ilə danışanın yaşının nisbəti;
3) Danışana nisbətən adresatın sosial vəziyyəti;
4) Adresatın peşəsi, məşğuliyyəti;
5) Verilən situasiyada müraciət edənin funksiyası;
6) Adresatın verilmiş situasiyada üzə çıxan və ya əvvəlki təcrübələrdən danışana məlum olan şəxsi keyfiyyətləri;
7) Emosional təsir obyekti kimi adresatın xüsusiyyətləri (əlamətləri) və danışan tərəfindən qiymətləndirilməsi və s.
Əsl ünsiyyət insanın müraciəti ilə başlanır. Salam vermək, kef-əhval tutmaq müraciətin ilkin şərtidir. Söz adlandırma, ünsiyyət və müraciət funksiyalarını yerinə yetirir. Sözün ən qədim funksiyalarından biri müraciətdir. Müraciətin fərdi, ailəvi və kollektiv formaları mövcuddur..
Gündəlik həyatımızda rastlaşdığımız mübahisəli məsələlərdən biri də «sən» - «siz» müraciətlərinin işlənmə məqamlarıdır.
Əgər biz «Mənə «sən» deməyin!» ifadəsini eşidiriksə, bu, çox güman ki, özünə qarşı nəzakətlilik tələb edən, bir şəxsin etirazıdır. Nəyə görə «sən» əvəzinə «siz» deyilməlidir və ən başlıcası, ünsiyyətdə «siz» həmişə vacibdirmi?
«Siz» müraciətini adətən az tanıdığımız və ya heç tanımadığımız, «sən» sözünü isə yaxın və yaxşı tanıdığımız adamlara deyirik. Ünsiyyəti daha tez qurmaq və yaxın tanışlıq münasibətləri yaratmaq ən çox gənclərə xasdır. Orta yaşda olan və ya nisbətən yaşlı adamlar bir-biri ilə çox çətinliklə yaxın tanışlıq münasibətləri yaradırlar. Uzunmüddətli tanışlıq ola bilər ki, yaxınlığa gətirib çıxarmasın, münasibət dostluğa çevrilməyə də bilər, bu zaman «sən» müraciətinə keçid də baş vermir.
Tanış olmayan həmsöhbətlər ünsiyyətə daxil olarkən münasibətin səmimiliyini, bərabərliyini qəsdən nümayiş etdirə bilərlər. Ədəbi dilin normalarına kifayət qədər bələd olmayan insanlar da belə şəraitdə «sən» müraciət formasından istifadə edirlər.
«Sən» və «siz» müraciətlərindən hər hansı birini seçməyə məcbur edən ikinci əlamət ünsiyyət zamanı tərəflərin qarşılıqlı münasibətlərinin xarakteridir.
Tanışların ünsiyyət mühitinin öz qanunları var. Burada «sən» formasına üstünlük verilir. Bəzən insanlar arasında yaxın dostluq münasibətləri də «sən» ünsiyyətinə gətirib çıxarmır. Bu, daha çox orta və yuxarı yaşlı adamlarda, ziyalılarda olur. Həmsöhbətə dərin hörmət hissi ilə bağlı olan ünsiyyətin mahiyyətini müəyyənləşdirmək mümkündür. Bu hallarda «sən»ə keçid müraciət olunana xüsusi hörmətin itməsi ilə əlaqələnir, ya da könülsüz süni səmimiyyətlə müəyyən edilir.
İnsanlar yaxın olduqca, ünsiyyət dinamkləşdikcə insanlar arasında «sən» müraciəti qanunauyğun xarakter alır. Yaxınlığın yaranması «sən»ə keçidin işarəsidir: «Gəl bir-birimizə «sən» deyək», «Gəl «sən» deyə müraciət edək» və s. Bəzən tərsinə proses də ola bilər. Əks proses münasibətlərin mənfi yönümə, hətta münaqişəyə, mübahisəyə də keçməsinə işarə ola bilər.
«Sən» və «siz» formalarının istifadəsi həmsöhbətlərin cəmiyyətdəki mövqelərindən də asılıdır, yəni tərəflər bir-biri ilə bərabərdirmi?: biri rəis, digəri tabe işçi; biri müəllim, digəri şagird, biri yaşlı, digəri gənc. Bu, «sən» və «siz» münasibətlərinin seçilməsinə təsir göstərən üçüncü əlamətdir.
Dördüncü əlamət «sən» və ya «siz»in seçilməsinə ünsiyyət şəraitinin rəsmiliyinin və qeyri-rəsmiliyinin təsiridir. Rəsmi ünsiyyət elə bir ünsiyyətdir ki, o qəbul olunmuş qaydaların xüsusi ciddi protokolları ilə baş verir. Bu, əsasən işgüzar danışıqlar, iclas, yığıncaq və yubiley tədbirləridir. Belə hallarda «siz» forması qəbul olunur. Qeyri-rəsmi ünsiyyət isə daha çox qarşılıqlı fəaliyyətin gündəlik-məişət mühiti ilə bağlıdır. Bununla yanaşı, həm rəsmi, həm də qeyri-rəsmi şəraitdə az tanış olan və heç tanış olmayan şəxslərə müraciətdə «siz» istifadə olunur. Adi məişətdə.
Bütün deyilənlərlə bərabər, bir şeyi də əlavə etmək lazımdır ki, «sən» əvəzliyi bir nəfərə (adətən yaxın adama), eləcə də kobud, familyar münasibətdə işlənir. «Siz» əvəzliyi isə bir neçə şəxsə, eləcə də bir nəfərə nəzakət forması kimi də müraciətdə işlənir.



Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin