Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 1,46 Mb.
səhifə30/81
tarix28.11.2023
ölçüsü1,46 Mb.
#168521
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   81
Akademik və işgüzar kommunikasiya 15 mühazirə (1) (1)

Qeyri-refleksiv dinləmə – həmsöhbətin nitqinə replikaları və rəylərı ilə mane olmadan maksimal dərəcədə fikrin cəmlənməsidir.
Qeyri-refleksiv dinləmənin vacib bir siqnalı qeyri-verbal reaksiyadır, yəni gözlə əlaqə, baş əymə və ya baş silkələmə və s. Qeyri-refleksiv dinləmə zamanı cavablar minimuma endirilməlidir, məsələn, “Bəli!”, “Yaxşı da”, “Davam edin”, “Maraqlıdır” və s. Bu cür dinləmə həmsöhbətin hisslərini ifadə edərkən xüsusilə faydalıdır.
İşgüzar ünsiyyətdə qeyri-refleksiv və refleksiv dinləmənin birləşməsi vacibdir.
Refleksiv dinləmə – mesajların mənasını açmaq və həmsöhbətlə fəal şəkildə əks əlaqə qurmaq prosesidir.
Xəbərin həqiqi əhəmiyyətinin aşkar edilməsində refleksiv cavablar kömək edir ki, onların arasında aydınlaşdırmanı, ifadələrin dəyişdirilməsini, hisslərin əks olunmasını və yekunlaşdırmanı qeyd etmək olar.
Aydınlaşdırma “Başa düşmədim”, “Nə demək istəyirsiniz?”, “Zəhmət olmasa bunu aydınlaşdıraq” və s. kimi əsas ifadələrdən istifadə edərək aydınlaşdırma üçün danışana müraciətdir.
İfadənin dəyişdirilməsi – doğruluğunu yoxlamaq üçün danışanın öz ifadəsini qurmaqdır. Açar sözlər: “Sizi başa düşdüyüm kimi...”, “Düşünürsünüz ki, ...”, “Fik­ri­nizcə ...”
Hisslərin əks olunmasında diqqət dinləyicin danışanın emosional vəziyyətini “Yəqin Siz hiss edirsiniz ki,...”, “Siz bir qədər üzüntülü görünürsünüz...” və s. kimi ifadələrlə əks etdirməyə çalışmasına yönəlir.
Yekunlaşdırma zamanı danışanın əsas fikir və hissləri ümumiləşdirilir, bunun üçün: “Sizin əsas fikirləriniz, başa düşdüyüm qədərilə...”, "İndi dediklərinizi ümu­mi­ləşdirmək lazımdırsa ...” ifadələri istifadə olunur. Yekunlaşdırma söhbətin sonunda, məsələnin uzun müzakirəsi zamanı yaranan fikir ayrılıqları müzakirə edilərkən və söhbəti bitirdikdə məqsədəuyğundur.
Nitqi dinləmə bacarığına yiyələnmək. “Başqasını dinləməyi bacarmaq böyük məharət tələb edir. Səbrlə, təmkinlə həmsöhbətə qulaq asmaq, onu diqqətlə dinləmək yüksək mədəniyyətin, nəzakətliliyin nəcib əxlaqın təzahürüdür” (31, 88). Bu keyfiyyət hər bir savadlı və mədəni adam, xüsusən natiq üçün olduqca vacibdir. “Dinləyə bilmək bacarığı yaxşı danışmaq bacarığına bərabərdir” (Ə.M.Bəhmənyar). Mustafa Kamal Atatürk analara müraciətlə deyirdi ki, ey ana, istəsən ki, övladın əsl vətənmdaş olsun, ona təkcə danışmağı deyil, dinləməyi də öyrət. Nitqi dinləmək bacarığına ictənilən səviyyədə sahib olmayan adamların başqasına qulaq asmağa səbri çatmır, yersiz replikalarla müsahibinin sözünü ağzında qoyur, başqaları ilə danışır, nə söylənilən fikri lazımi dərəcədə dərk edir, nə də digərlərinə bunun üçün imkan yaradır. Bir türk zərbi-məsəlində deyilir ki, qulaq asmaq lazım gələndə birinci, danışmaq lazım gələndə axırıncı ol. Nə qədər yerinə düşən kəlamdır.
Müsahibin nitqi sona kimi səbrlə, təmkinlə dinlənilməlidir. Ona aşağıdakı hallarda müdaxilə edilə bilər: Danışan bəhs etdiyi məsələdən uzaqlaşdıqda. Belə hallarda çox zaman dinləyicilər, “mətləbə gəl”, “əsas məsələdən danış” və s. kimi replikalarla danışanı istiqamətləndirirlər.

    1. Məlum olan əşya və hadisə barədə danışıldıqda.

    2. Bəhs olunan məsələ ilə bağlı səhvə və ya dolaşıqlığa yol verildikdə.

    3. Müsahibin nitqini qüvvətləndirmək, fikrini təsdiq və təqdir etməyə ehtiyac duyulduqda.

    4. Hər hansı məsələ barədə uzun-uzadı danışıldıqda.

Müsahibin nitqinə müdaxilə bütün hallarda hörmət və nəzakət çərçivəsindən kənara çıxmamalıdır. Dinləmə zamanı üz-gözünü turşutmaq, narazı halda başını yelləmək və s. danışanı çaşdıra, fikrindən yayındıra bilər. Danışanın nitqi bunun üçün əlverişli məqamlarda, daha çox müsahibin etdiyi davamlı fasilələr zamanı kəsilə bilər. Nitqə hər hansı bir münasibətlə müdaxilə edildikdə müsahibə “Bağışlayın”, “Üzr istəyirəm”, “İcazə verin”, “bir dəqiqə” və s. kimi nəzakətli söz və ifadələrlə müraciət olunmalıdır. Müsahibin sözünü ağzında qoymaq, onun nitqini “Düz danışmırsan”, “Səhv edirsən”, “Gah nala, gah da mıxa vurursan”, “Bir şeyi bilmirsən, danışma”, “Vaxtımızı alma”, “Bir az qısa elə” və s. replikalarla kəsmək nəzakətsizlik sayılmalıdır. Dinləmə zamanı əsnəmək, başqaları ilə söhbət etmək, tez-tez saata baxmaq, gözü yol çəkmək və s. kimi hallar məqbul sayılmır. Nitqi dinləmə xüsusi qabiliyyətdir. İnsanda bu keyfiyyət onun mədəni səviyyəsini müəyyənləşdirən əsas göstəricilərdəndir.

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin