Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani


Əməli yazıların ən geniş yayılmış növlərindən biri məktubdur. Bu yazı növünə təhsilindən asılı olmayaraq, hər bir insanın gündəlik həyatında daha çox təsadüf edilir



Yüklə 390,98 Kb.
səhifə54/80
tarix19.10.2022
ölçüsü390,98 Kb.
#65493
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   80
M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f

Əməli yazıların ən geniş yayılmış növlərindən biri məktubdur. Bu yazı növünə təhsilindən asılı olmayaraq, hər bir insanın gündəlik həyatında daha çox təsadüf edilir.
Məktublar. “Məktub” sözü ərəb mənşəli olub, KTB kökündən (yazı) əmələ gəlmişdir. Bu sözün faili – katib (yazan), məfülü isə məktubdur (yazılmış şey, yazılmış kağız).
Məktub yazışmanın ən qədim növlərindəndir. Məktubun yazanı və alanı olur. Habelə məktubun yazılma vaxtı və yeri olur. O, monoloji daxili, yazılı nitq formasında olur. Məktubda onun məzmunundan asılı olaraq, habelə yazışanların münasibətindən asılı olaraq müxtəlif söz və söz birləşmələrindən istifadə olunur.
Əgər məktub yazan və məktub alan arasında səmimi münasibət varsa, burada əzizim, dostum, qardaşım, əziz bacım və s. kimi söz və söz birləşmələri işlənəcəkdir. Əksinə, qeyri-səmimi münasibət qeyri-səmimi sözlərlə, xoşagəlməz ifadələrlə ifadə ediləcək.
Məktub yazarkən aşağıdakı sistem gözlənilməlidir:

  1. Müraciət hissəsi. Yazının bu hissəsində şəxsin adı, sənəti və hörmət əlaməti olaraq ona verilən təxəllüs göstərilməlidir.

Bəzi hallarda müraciət olunan şəxsin ad və soyadı ayrı-ayrı nəzakət ifadələri ilə müşayiət
Məktubda əsas mətn 2 hissədən də ibarət ola bilər: məsələnin mahiyyəti (mövcud vəziyyət) və xahiş edilən mətləb.
Məktubun əsas mətni həm sadə geniş cümlə şəklində, həm də mürəkkəb cümlə şəklində ola bilər. Murəkkəb cümlə şəklində olan variant Azərbaycan dili üçün daha münasib, daha səlis səslənir.
Müraciət hissəsi məktubun başlığı sayılır. Belə başlıq, əsasən, əmr cümləsi şəklində qurulur. Məktublarda belə başlıqlardan istifadə edilə bilər:

    • Hörmətli dostum, salam!

    • Əziz bacım, salam!

  1. Ümumi hissə. Burada məktublaşan şəxslərin əhval-ruhiyyəsi, vəziyyəti öz əksini tapır:

  2. Fərqləndirici hissə. Bu, məktubun əsasını, məzmununu əhatə edir. Burada yazılanlara aid olan xarakterik əlamətlər açıq şəkildə şərh edilir:


Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin