Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə1/80
tarix19.10.2022
ölçüsü390,98 Kb.
#65493
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   80
M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f





MÖVZU 1
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri.
I Mühazirənin
PLANI

  1. Dil və ünsiyyət

  2. Dilin kommunikativ funksiyası

  3. Fənnin predmeti, məqsəd və vəzifələri

  4. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin cəmiyyətdə rolu

  5. Şəxslərarası kommunikasiya

Nitq ünsiyyət prosesi kimi insanların fikir, təcrübə mübadiləsinə imkan yaradır. Nitqin əhəmiyyəti onun funksiyalarında daha aydın nəzər çarpır. Lakin nitqin funksiyalarını nəzərdən keçirməzdən əvvəl dilin funksiyaları haqqında məlumatlı olmaq lazımdır. Dilin üç əsas funksiyası qeyd olunur;

      1. Dil ictimai tarixi təcrübənin mövcud olması, saxlanması və verilməsi vasitəsidir

      2. Dil kommunukasiya, eləcə də insanın davranışını tənzim etmək vasitəsidir

      3. Dil intellektual fəaliyyətin silahıdır.

Dilin bu funksiyaları nitqin də fəaliyyət istiqamətini müəyyən edir ki, nitq də öz növbəsində müəyyən funksiyaları yerinə yetirir. Alim V. Cəfərov nitqin üç əsas funksiyasını göstərmişdir.

  1. İnformativ (məlumatvermə) funksiya

  2. Kommunikativ (ünsiyyət) funksiya

  3. Emotiv (təsir göstərmə) funksiya

Nitqin digər əsas funksiyalarından biri də onun siqnifikativ və ya semantik funksiyasıdır. Bu funksiya insan nitqini heyvanların ünsiyyətindən fərqləndirir. Heyvanların çıxardığı səs əşyaları deyil, onların öz vəziyyətlərini ifadə edir ki, nitqin də bu funksiyası əşyaları, hərəkəti, vəziyyəti adlandırmaqla əlaqəlidir.
Tarixin bütün dövrlərində şəxslərarası kommunikasiya aktuallığını qoruyub saxlamış və insan cəmiyyətində xüsusi rola malik olmuşdur. Şəxslərarası kommunikasiya dedikdə, müəyyən bir mənbədən digər konkret hədəf obyektinə və ya identifikasiya edilə bilən bir qrupun üzvlərinə məlumat ötürülməsi prosesi başa düşülür. Bu kommunikasiya adətən fərdi qarşılıqlı əlaqə zamanı həyata keçirilir. Lakin eyni zamanda poçt, telefon və ya digər elektron cihazlardan istifadə etməklə də həyata keçirilə bilər. Məzmunundan asılı olaraq, şəxslərarası kommunikasiya funksi­yaları ayırd edilir:
1) İnformativ. İnformasiya – müxtəlif növ bilik və məlumatların insanlar arasıında mübadiləsi kimi. Bu halda kommunikasiya vasitəçi rolunu oynayır və kommunikantlar arasında baş verən mesaj, fikir, niyyət və qərarların mübadiləsi kimi çıxış edir. Məlumat mübadiləsi həm müəyyən bir əməli məqsədə çatmaq, hər hansı bir problemi həll etmək, həm də kommunikasiya prosesinin özünə görə, insanlar arasında münasibətləri qorumaq naminə həyata keçirilə bilər.
2) Sosial. İnsanlar arasında mədəni qarşılıqlı əlaqə vərdişlərinin formalaşması və inkişaf etdirilməsindən ibarətdir. Bu funksiya fikirlərimizi, dünyagörüşümüzü, müəy­yən hadisələrə reaksiyalarımızı formalaşdırır. Bu funksiya sayəsində cəmiy­yətin bütün üzvlərinin müəyyən bir mədəni səriştəyə yiyələnmələri təmin edilir. Yiyələndikləri mədəni səriştə əsasında onlar üçün bu cəmiyyətdə normal yaşamaq imkanı yaranır.
3) Ekspressiv. Kommunikasiya partnyorlarının bir-birlərinin emosional vəziy­yət­lərini ifadə etmək və anlamaq səyi deməkdir. Beləliklə, şəxslərarası kommu­ni­kasiya hər zaman tərəfdaşlar arasında əlaqə qurmaqla başlanır. Bununla belə, yalnız ünsiyyət üçün lazım olan məlumatı stereotip verbal ifadələrlə təqdim etmək deyil, həm də sonuncuları hər hansı kontakta girmək həvəsimizi (həvəzsiz olduğumuzu) göstərən qeyri-verbal vasitələrlə (təbəssüm, əl sıxmaq) tamamlamaq vacibdir. İlk təəssüratın pis olması partnyorların uzaqgörən planlarını poza bilər. Duyğuların ifadəsi sonrakı ünsiyyətdə də çox vacibdir. Çünki bu zaman insanlar arasında nəzər­də tutulan əlaqələr möhkəmlənir, bir növ ortaq layihə həyata keçirilir. Kommu­ni­kasiya prosesində duyğu və hisslərin ifadəsi verbal və qeyri-verbal vasitələrlə özünü büruzə verir. Onlar seçilmiş nitq ünsiyyətinin üslubu, isifadə edilən qeyri-verbal kommunikasiya vasitələri ilə əlaqədardır. Hisslər və duyğuların ötürülməsi üçün hansı üsul seçildiyindən asılı olaraq ekspressiv funksiya kommunikasiyanın informativ funksiyasını əhəmiyyətli dərəcədə artıra və ya zəiflədə bilər.
4) Praqmatik. Bu funksiya kommunikasiya iştirakçılarının davranış və fəaliy­yət­lərini reqlamentləşdirməyə, onların birgə hərəkətlərini əlaqələndirməyə imkan verir. O, həm özünə, həm də partnyora doğru yönləndirilə bilər. Bu funksiyanın icrası zamanı həm partnyoru hansısa hərəkəti etməyə sövq etmək, həm də bəzi əməllərini qadağan etmək zərurəti yaranır.
5) İnterpretativ. Kommunikasiya partnyorunun niyyətlərini, münasibətlərini, hisslərini, vəziyyətini başa düşməyə xidmət edir. Bu, müxtəlif ünsiyyət vasitələrinin nəinki ətrafdakı gerçəkliyin hadisələrini əks etməsi, həm də onları müəyyən dəyərlər və siyasi oriyentirlər sisteminə uyğun olaraq şərh etməsi ilə əlaqədardır (yəni fərqli mövqelərdən qiymətləndirirlər). Bu funksiya həmçinin müəyyən fəaliyyət üsulla­rını, qiymətləndirmələri, fikirləri, mülahizələri və s. çatdırmaq üçün də istifadə olu­nur.
Nəzərə almaq lazımdır ki, bütün qeyd olunan funksiyalar bir-biri ilə sıx əlaqəlidir və istənilən kommunikasiya növündə bu və ya digər birləşmədə iştirak edir. Təcrübədə bütün bu funksiyalar şəxslərarası kommunikasiyanın müxtəlif səviyyələrində müvafiq dərəcədə özünü göstərir.

Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin