Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə8/80
tarix19.10.2022
ölçüsü390,98 Kb.
#65493
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   80
M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f

Nitqin aydınlığı. Aydınlıq ifadə üsuludur, ifadə olunan fikrin asan qavranılması üçün, o, həmişə diqqət mərkəzində olur. Nitq üçün aydınlıq, səlislik və yığcamlıq yüksək qiymətləndirilir. Bunların içərisində aydınlıq ən vacib üslubi keyfiyyət kimi ön sırada durur. Nitqin düzgünlüyü fikrin aydın ifadəsinin ilkin şərti sayılır. Insan ifadə edəcəyi mövzu haqqında mükəmməl məlumata malik olub onu dərindən və yaxşı bilirsə, müvafiq dil vasitələri hesabına nitqində sözçülüyə yol verməz, fikrini maraqlı qurar, dolaşıq cümlələrə deyil, sadə, münasib cümlələrlə deyəcəyi faktları ifadə etməyi bacarar. Nitq zamanı aydınlığın pozulması bir sıra hallarla bağlıdır. Bura danışanın sözlərinin mənasını, işlənmə məqamlarını yaxşı bilməməsi, zəngin söz ehtiyatına mükəmməl yiyələnməməsi daxildir. Məsələn, danışıqda belə cümlələr eşidirik: O, qapının zəngini çaldı. At ilxısında yaxşı atlar vardı. Sənən müvəffəqiyyət uğurları arzu edirəm. Biz bunlara müdaxilə göstərməyə çalışırıq və s. “Aydın nitq aydın təfəkkürün, düşüncənin məhsuludur, “Dili dolaşıq şəxsin fikri də dolaşıq olur”-cümlələrinin təsdiqinə Ü.hacıbəyovun “O olmasın, bu olsun” musiqilıi komediyasında Məşədi İbadın Rza bəyə dediyi bir replikasında aydın görünür: “A kişi, sən elə qəliz danışırsan ki, mən “Tarixi-Nadir”i yarıya qədər oxumuşam, başa düşə bilmirəm. Bu yazıqlar haradan başa düşsünlər?”
Biz tələbələri ixtisaslarına aid idman ədəbiyyatını oxuyub öyrənməklə, izah edib misallar gətirməklə məhdudlaşmamağa çağırırıq. Onlar siyasi, sosial, elmi, iqtisadi yenilikləri özündə əks etdirən, gündəlik mətbu orqanlarda çap olunan publisistik yazıları da oxuyub təhlil etməyi, biliklərini artırmağa xidmət edən bədii ədəbiyyatla, oçerklərlə həyatın hər sahəsinə aid müxtəlif materiallarla bir vətəndaş kimi tanış olmalıdırlar.
Nitqin aydınlığı tələffüzlə sıx bağlıdır. Dil səsləri öz məxrəcində deyilməsə, hecanın tələffüzdən düşməsi, normal intonasiyaya əməl olunmaması, bütün cümlələrin ya yüksək, ya da alçaq templə deyilməsi, idmanla bağlı çəki dərəcələrinin və ya rəqəmlərin ardıcıl və sürətlə sadalanması, bəzi hərflərin sözlərin sonunda buraxılması şəxsin savadı, dünyagörüşü,mütali\si ilə, söz ehtiyatının kəmiyyət və keyfiyyətcə azlığının nəticəsidir. Sadalanan nöqsanları aradan qaldırmaq üçün aşağıdakılar nəzərdə saxlanılmalıdır: 1) Nitqin aydınlığına nail olmaq üçün danaışılacaq mövzu öncə ətraflı öyrənilməli, lazımi material hazırlanmalıdır. 2) material fikirdə və ya yazılı qeydlərdə sistemləşdirilməlidir. 3) Nəzərdə tutulmuş sübut, dəlil və ya faktları ifadə edəcək sözlər məntiqi vurğu hesabına aydın nəzərə çarpdırılmalıdır. 4) Nitqin əsas hissəsindəki söz, ifadə və cümlələr aydın tələffüz edilməli, bunun əvəzinə “munun”, gətirdi əvəzinə “gətdi”, gəl gedək əvəzinə “gə gedəy”, ona görə əvəzinə “oa göra”, nə üçün əvəzinə “nöşün” və s. deyilməməlidir. 5) Məzmuna uyğun intonasiya seçilməli, düzgün dikdiya ilə ifadə olunan nitqin başa düşülməsinə (diksiyanın pozulması sözlərin, ifadələrin başa düşülməsini, fikrin anlaşılmasını çətinləşdirir) cəhd göstərilməlidir.
Çıxış edənlər (mühazirəçi, məruzəçi, lektor, diktor, müəllim və başqaları) səsini, nəfəsini idarəetmə bacarığını təkmilləşdirməli, diksiya ilə bağlı şivə qüsurlarını düzəltməlidir, yəni nitqin səs mədəiniyyətinə yiyələnməlidir.
Nitqin təmizliyi. Mədəni nitqə verilən tələblərdən biri də onun təmizliyi hesab olunur. ədəbi dilin qaydalarından kənara çıxmamaqla ifadə olunan nitq təmizdir.
Nitqin təmizliyi digər keyfiyyətlər kimi nitq sahibinin ümumi mədəniyyəti, savadı və dil vahidlərindən istifadə bacarığı ilə düz mütənasibdir.
Nitqin yığcamlığı. Mədəni nitqin keyfiyyətlərindən olan yığcamlıq müxtəsərlik və qısalqı anlamındadır. Insanlar adi danışıqdan tutmuş mühazirə, məruzə, çıxışlara, eləcə də bədii əsərlərə qədər yığcamlıq tərəfdarı olub uzunçuluğun, sözçülüyün əleyhinədirlər. Fikri əhatə etməklə qısa demək bacarığı, bu da istedad əlamətidir. Istedadla bağlı olan yığcamlıq söz söyləyəndən deyəcəklərini ölçülü-bimili, geniş mətləbləri yığcam şəkildə deəyi, vaxt almamağı, təkrarçılıqdan qaçmağı, məlum olanları yenidən xatırlatmamağı, başqalarını yormamağı tələb edir. Əbəs yerə deyildir ki, indi insanların vaxtını qiymətləndirmək, uzunçuluq etməmək naminə mühazirəyə əvvəlcədən bir saat, məruzəyə on dəqiqə qədər, çıxışlara iki-üç dəqiqə vaxt reqlamenti planlaşdırılır. Nitqin yığcamlığını həmişə vacib amil hesab etmişlər. Yığcam nitq insandan dərin bilik, yüksək təfəkkür, aydın düşüncə, zəngin söz ehtiyatı tələb edir. “Sözlər az, fikir geniş, məna dərin olsun deyən sənətkarlar da, “uzun sözün qısası fikrini bəyan edən atalar sözü də, “uzunçuluq eləmə kimi xalq tövsiyəsi də göstərir” ki, vaxt almamaq, eyni fikri oxşar cümlələrlə təkrar eşitdirməmək üçün ən yaxşı üsul fikri qısa və aydın ifadə etməkdir. Dəmir seyf, cədvəl şəkli, taksi maşını,q ara neft, pensiya pulu və s. söz birləşmələrindəki dəmir, şəkil, maşın, qara, pul sözləri artıqdır,a xı seyf dəmirdən olur, taksinin maşın olduğu, neftin qara olması hamıya aydındır. Yaxud, “Mən də ona qarşı məhəbbət var”, “Ürəyim fərəh hissi ilə döyünürdü”, “Ta qədimdən yaradıcı sənətkarlara hörmət var” və s. cümlələrində qarşı, hissi, ta yaradıcı sözlərinin lüzumsuzluğu göz önündədir. Görəsən, yaradıcı olmayan sənətkar varmı? Ta ədatı uzaqlıq bildirdiyindən ta qədimdən işlətməyə ehtiyac yoxdur və s. Bu tipli cümlələrdə uzunçuluqdan irəli gələn bəzi sözləri atmaqla fikri yığcam ifadə etmək mümkündür. Dilə yaxşı bələd olmayan adamların nitqində konkretlik və yığcamlıq kimi keyfiyyətlərin çatışmaması təbiidir. İndi xarici ölkələrə yazışmalar, göndərilən məktublar, teleqramlar, Ali Məhkəməyə appelyasiya şikayətləri çox yığcam verilir. Internet saytlarında artıq cümlə və təkrar fikirlər oxunmur. Bunları nəzərə almaq və yığcam verilir. Internet saytlarında artıq cümlə və təkrar fikirlər oxunmur. Bunları nəzərə almaq və yığcam yazıb danışmaq hamı üçün mədəniyyət forması, qanun-qayda əlaməti olmalıdır.
Nitqin sadəliyi. Nitqin sadəliyi onun aydınlığından, asan, anlaşıqlı, təbii və düzgün olmasından asılıdır. Sadə nitq ümumxalq danışıq dili elementlərindən, bəsit cümlələrdən, elmi və ya bədii üslubdan qaçmaq anlamında yox, fikrin asan qavranılmasına kömək edən, əşya və hadisələrin mahiyyətini yığcam və dəqiq verən ifadə tərzi kimi başa düşülür.
Dinləyicilərin ümumi səviyyəsinə uyğun olmaqla hər cür qondarma, süni ifadələrdən, təmtəraqlı, gurultulu. Yalançı pafosdan, gerçəkliyi əks etdirməyən söz birləşmələrindən (vicdanın böyük heykəli, ölməzlik zirvəsi, şeirin günəşi, dağın ciyəri, kadr potensialı. Horizotal xətt və s.) istifadə nitqin sadəliyi baxımından məqbul sayılmır. Anlaşılmayan və ya az anlaşıqlı, lakin konkretlik və təbiilikdən uzaq söz birləşmələri, mürəkkəb konstruksiyalar anlaşılmazlıq yaradır, məfhumun canlandırılmasını mümkün edir.
Dinləyicilərin ümumi səviyyəsinə uyğun təbiilikdən uzaq söz birləşmələri, mürəkkəb konstruksiyalar anlaşılmazlıq yaradır, məfhumun canlandırılmasını mümkünsüz edir (vicdanın böyük heykəli kimi) və nitqin asan başa düşülməsini çətinləşdirir.

Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin