Mövzu 1 “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin məqsəd və vəzifələri. I mühazirənin plani



Yüklə 390,98 Kb.
səhifə56/80
tarix19.10.2022
ölçüsü390,98 Kb.
#65493
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   80
M vzu 1 Az rbaycan dilind i g zar v akademik kommunikasiya f

Mətbuat yayımı şöbəsinə

2014-cü il üçün abunə yazılışı kampaniyasında aşağıdakı mətbu orqanlarına abunə yazılmaq üçün (qəzet və jurnalların siyahısı verilir) ödəniləcək pulun miqdarını göstərməyinizi xahiş edirik.




Nərimanov rayon bələdiyyəsinin sədri: M.Məmmədov



  1. Açıq məktublar

Mətbuat və digər vasitələrlə ayrı-ayrı insanların, tanınmış şəxslərin bir-birinə ünvanladıqları genişhəcmli məktublardır. Yazıçıların ədəbi orqanlarda bir-birinə yazdığı məktublar da buraya aiddir.
TƏLİQƏ
Rəsmi məktubların geniş işlənən növlərindən biri də təliqədir. «Təliqə» ərəb sözü olub, müəyyən məsələ haqqında hazırlanmış rəsmi məktub mənasını ehtiva edir. Təliqə adətən, rəhbər, idarəetmə orqanlarından onlara aidiyyatı olan təşkilatların ünvanına göndərilir.


Nümunə
Sumqayıt Şəhər Təhsil Şöbəsinin
müdiri cənab Vidadi Bağırova

Sizin 23 mart 2018-ci il tarixli 312 saylı məktubunuza cavab olaraq bildiririk ki, fakültənin qiyabi şöbə üzrə IV kurs tələbəsi Nazilə Nəsir qızı Quliyeva xəstə olduğu üçün qış sessiyasında iştirak edə bilməmiş, təkrarən IV kursda saxlanılmışdır. O, hazırda həmin kursda oxuyur.


Nazilə Nəsir qızı Quliyeva yaxşı oxumaqla bərabər, fakültənin ictimai işlərində də yaxından iştirak edir.
Filologiya fakültəsinin
dekanı: S.Həmzəyeva
30.03.2018
İşgüzar informasiya məzmununa malik əlaqə vasitələrinin obyekti kimi aşağıdakıları misal göstərmək olar:

  • yazılı korrespondensiya;

  • teleqramlar;

  • telefonoqramlar;

  • faksoqramlar;

  • elektron poçt vasitəsilə verilən məlumatlar.

İşgüzar fəaliyyətin tərəfdaşları arasında əsas əlaqə forması
Kompyuter və telekommunikasiya texnologiyalarının səmərəli inkişafına baxmayaraq, yazılı korrespondensiya işgüzar fəaliyyət tərəfdaşları arasında əsas kommunikasiya forması olaraq qalmaqdadır. İşgüzar məktubların mübadiləsi həm dövlət, həm də kommersiya təşkilatlarının vasitəçiliyi ilə reallaşdırılır.
Azərbaycan Respublikası ərazisində poçt əlaqələri ilə bağlı xidmətləri “Azərpoçt” Dövlət Müəssisəsi həyata keçirir. Kommersiya təşkilatları əsasən yazılı korrespondensiyaların ekspres çatdırılması ilə məşğul olur.

Yüklə 390,98 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin