Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an


İctimai elmlər və multikulturalizm kafedrası



Yüklə 457,4 Kb.
səhifə38/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   ...   76
FF tarix

İctimai elmlər və multikulturalizm kafedrası

Müəllim: Səfərova Çinarə Qabil q

Mövzu: VI

XIV yüzilliyin sonu XV yüzilliyin əvəllərində siyasi vəziyyət. Azərbaycanda feodal dövlətlərin yaranması

PLAN.

1.XIV əsrin sonlarında Azərbaycanın daxili və xarici vəziyyəti.

2.Hürufilik təlimi və Azərbaycanın siyasi həyatında onun rolu. İmadəddin Nəsimi.

3.XV əsr Azərbaycan feodal dövlətləri ( Qaraqoyunlular, Ağqoyunlular, Şirvanşahlar dövlətləri)

ƏDƏBİYYAT:

1. Azərbaycan tarixi. VII cilddə, II cild, Bakı, 2007.

2. Azərbaycan tarixi. Z.Bünyadovun redaktorluğu ilə Bakı, 2005.

3. Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə. Bakı 2007.

4.Azərbaycan Milli Ensiklopediyası. Bakı, 2007.

5. Z.Bünyadov və Yusif Yusifov. Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək) (I ,II hissə),Bakı 2007

Hülakü dövlətinin süqutundan sonra Azərbaycanın cənub hissəsi 1359-cu ildə Cəlairilər tərəfindən ələ keçirilmiş, 1367-ci ildə isə Şirvanşahhq onlardan asılı vəziyyətə düşmüşdü. Lakin Cəlairilər Azərbaycanda tam möhkəmlənə bilmədilər. 1385-ci ildə Qızıl Orda xanı Toxtamış 100 minlik qoşunla yürüşə başlayıb, Dərbəndi və Şirvan vilayətini ələ keçirdikdən sonra Təbriz şəhərini mühasirəyə aldı. Təbriz əhalisindən 250 qızıl tümən bac alsa da, onun vədinə aldanan əhalinin silahı yerə qoymasından istifadə edib şəhərə soxuldu. Toxtamış 8 gün ərzində Təbrizdə əhalini qırdı və var - dövlətini talan etdi. Marağa, Mərənd və Naxçıvanı da qarət edən Toxtamış 200 min nəfər əsirlə Qızıl Ordaya qayıtdı. 1386-cı ildə isə Azərbaycan Şərqin ən böyük fatehlərindən biri olan Əmir Teymurun hücumuna məruz qaldı. Birinci yürüş zamanı (1386- 1388) Sultaniyyə, Təbriz, Naxçıvan və digər şəhərləri ələ keçirən Teymur Toxtamışdan fərqli olaraq kütləvi qırğınlar törətməmiş, şəhərləri dağıdıb yerlə - yeksan etməmişdi. Əksinə o, Dərbəndin qala divarlarını təmir etdirmiş və Beyləqanda abadlıq işləri gördürmüş, Araz çayından bura su çəkdirmişdi. Teymur Azərbaycanın və ona qonşu olan vilayətlərin idarəsini oğlu Miran- şaha tapşırmışdı. Atasından fərqli olaraq Miranşah əyləncə düşkünü olduğundan dövlət işlərində və idarəetmə sahəsində bacanqsızlığı ilə ad çıxartmışdı. Onun idarəçiliyi dövründə Azərbaycanda heç bir qayda - qanuna əməl olunmurdu. Mənbələrə görə bir bina belə ucaltmayan Miranşah tərəfindən Sultaniyyə şəhərində dünyanın ən gözəl binaları yerlə - yeksan edilmişdi. Təsadüfi deyil ki, 1399-cu ildə Əmir Teymurun üçüncü yürüşü zamanı onun fəaliyyətini xüsusi komissiya vasitəsi ilə yoxlatdırmış, üzə çıxarılan dəhşətli faktlar əsasında oğlu Miranşahı cəzalandırmasa da, onun əyləncə dostlarının hamısına edam cəzası vermiş, Miranşahdan bol-bol hədiyyələr almış əyanların malını - mülkünü müsadirə etdirmişdi.

Əmir Teymur Azərbaycanı və ona qonşu olan bölgələri əldə saxlamaq məqsədilə təşkil etdiyi ikinci yürüş zamanı, 1392-ci ildə Təbriz şəhərinə yenidən yiyələnmişdi. Sultan Əhməd Cəlairinin xəzinəsinin saxlandığı Əlincə qalasını isə 14 illik ağır mühasirə şəraitindən sonra Teymur yalnız üçüncü yürüş zamanı, 1400-cü ildə ələ keçirə bilmişdi. Azərbaycan Əmir Teymurun Toxtamışa qarşı apardığı mübarizədə əsas strateji məntəqə rolunu oynayırdı. Bu işdə onun ən yaxın müttəfiqi isə Şirvanşah I İbrahim idi.


Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin