Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an


Azərbaycan tarixinin ən qədim və antik dövrə aid mənbələri



Yüklə 457,4 Kb.
səhifə2/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   76
FF tarix

Azərbaycan tarixinin ən qədim və antik dövrə aid mənbələri. Azərbaycan xalqı çox qədim və zəngin tarixə malikdir. Bu səbəbdən Azərbaycan tarixi kursunun mövzüsu çox genişdir. Burada ölkəmizin ən qədim dövrundən bu günümüzədək mövcud olan ictimai-iqtisadi, siyasi, etnik, mədəni tarixi şərh edilir. Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinin dərindən öyrənilməsi üçün tarixi qaynaqların əhəmiyyəti şəksizdir. Tarixi ədəbiyyatlarda qaynaqların müxtəlif təsnifat prinsiplərindən istifadə olunur. Azərbaycanın qədim və orta əsrlər tarixini öyrənmək üçün qaynaqları şərti olaraq iki qrupa bölmək olar:

. Azərbaycan tarixi üzrə qaynaqlar iki hissəyə – arxeoloji və yazılı qaynaqlara bölünür. Arxeoloji qaynaqlara qazıntılar zamanı yeraltı mədəni təbəqələrdən, qəbir abidələrindən, qədim yaşayış məskənlərindən aşkar edilmiş müxtəlif əmək alətləri, sadə silah növləri, məişət və bəzək-düzək əşyaları, dini təsəvvürləri ifadə edən heykəlciklər, göz muncuqları və s. əşyalar aiddir. Arxeoloji qazıntılar zamanı ən qədim və qədim dövrün mədəniyyətinin, yaşayış tikililərinin formasının, dəfnetmə mərasimlərinin, qədim insanların antropoloji görkəminin, qədim istehkamların inşası xüsusiyyətlərinin tədqiq edilməsi üçün çox qiymətli abidələr və abidə qalıqları üzə çıxarılır. Azərbaycanın ən qədim və qədim tarixinin öyrənilməsində arxeoloji tədqiqatların əvəzolunmaz rolu olmuşdur və ildən-ilə əldə edilən arxeoloji materiallar tariximizin qaranlıq qalan səhifələrinin öyrənilməsində müstəsna rol oynayır. Azərbaycanın arxeoloji baxımdan tədqiq olunmasının yeni, keyfiyyətcə mühüm mərhələsi Böyük Vətən müharibəsindən sonrakı dövrə təsadüf edir. Bu dövrdə Azərbaycanın məşhur arxeoloqları İ. Cəfərzadə, M. Hüseynov və digərlərinin rəhbərliyi ilə təşkil edilmiş arxeoloji ekspedisiyalar nəticəsində Azərbaycanın paleolit, mezolit, neolit, eneolit və tunc dövrlərinə aid zəngin maddi mənbələr aşkar edilmişdir. M. Hüseynovun gərgin əməyi nəticəsində Damcılı, Daşsalahlı, Tağlar, Azıx düşərgələrində paleolit dövrlərinə aid nadir tapıntıların aşkar edilməsi Azərbaycanın antropogen zonasına daxil olduğunu sübut etdi. Azərbaycan arxeoloqlarının məhsuldar fəaliyyəti ilə Qobustan, Mingəçevir, Kültəpə, Əliköməktəpə, Meynətəpə (Füzuli), Qaraköpəktəpə(Cəlilabad), İlanlıtəpə (Ağdam), Çalağan təpə (Ağdam), Sulutəpə, Üçtəpə (Cəlilabad), Mişarçay(Cəlilabad), Töyrətəpə (Qazax), Şomutəpə (Ağstafa), Babadərviş (Qazax), Qarğalar təpəsi (Ağstafa), Sərkərtəpə (Xaçmaz), və s. yaşayış məskənlərindən əldə edilən tapıntılar Azərbaycanda icma yaşayışının müxtəlif dövrlərinin dərindən öyrənilməsi üçün əsaslı zəmin yaratmışdır. Bu dövrdə Azərbaycanın antik və erkən orta əsrlər tarixinin öyrənilməsi üçün Yaloylutəpə (Qəbələ), Cəfərxan (Saatlı), Qəbələ, Mingəçevir, Torpaqqala, Govurqala (Ağdam), Beyləqan və s. arxeoloji abidələrinin araşadırılması da zəngin faktiki material vermişdir. Sovet rejiminin tənəzzülünün başlanması nəticəsində XX əsrin 80-ci illərinin sonundan etibarən arxeoloji tədqiqat işləri dayandırıldı.

Azərbaycan tarixinin qalıqları sırasında əsas yeri yazılı mənbələr tutur. Mə-lumdur ki, yazı hələ eramızdan əvvəl V minillikdə yaranmışdır. Ən qədim yazı növləri piktoqrafiya və mixi yazı növləridir. Piktoqrafiya - şəkil, qrafos - yazı,yəni "şəkli işarələrlə yazı" mənası verir və bu yazı növündən qədim İkiçayarasında (Mesopotamiyada) istifadə olunmuşdur. Mixi yazılarda işarələr mismara bənzədiyindən onu başqa cür mismarı yazı adlandırırlar. Mixi yazılardan daha çox Ön Asiyanın və Orta Şərqin ən qədim dövlətlərində - Şumerdə, Akkadda, Misirdə, Babilistanda və s. istifadə olunmuşdur. Məhz həmin ölkələrin mixi yazılarında Azərbaycan tarixinin ən qədim dövrü haqqında müəyyən məlumatlar verilir. Bu baxımdan ən önəmli qaynaqlar e.ə. III-I minilliklərdə mövcud olmuş Şumer-Akkad, Assuriya (Aşşur) və Urartu dövlətlərinə aid mixi yazılardır.

Şumer, Akkad və Assuriya İkiçayarasında ardıcıl mövcud olmuş dövlətlərdir və coğrafi baxımdan onlar hamısı Azərbaycan ərazilərinin (Cənubi Azərbaycanın Urmiya gölü hövzəsi) qonşuluğunda mövcud olduğundan qədim Azərbaycanda yaşayan tayfalarla sıx iqtisadi-ticarət, siyasi və mədəni əlaqələrdə olmuşlar. Bütün bu əlaqələr haqında qədim Şumer, Akkad və Assuriya qaynaqlarında məlumatlar əks olunub. Ümumiyyətlə, mixi yazıları nəinki Cənubi Azərbaycan ərazisində mövcud olmuş Aratta, Lullubi, Kuti və Manna dövlətləri barədə təsəvvür yaratmağa imkan verir, həmçinin bu yazılarda əks olunan yer, məkan, şəxs adlarının elmi təhlili əhalinin etnik tərkibi və mənsubiyyəti haqqında müəyyən nəticələrə gəlməkdə əhəmiyyətə malikdir.

Babil qaynaqları içərisindən e.ə. VII əsrin son rübünün hadisələrini işıqlandıran “Gedd xronikası” nın adını göstərmək olar. “Bibliya”da da Cənubi Azərbaycan haqqında məlumatlar vardır.

“Avesta” mühüm mənbələrdən biridir. Zərdüştlük və onunla bağlı olan dini-fəlsəfi sistemlər Cənubi Azərbaycan ərazisində min ildən çox olan uzun bir dövr ərzində yayılmışdır. İran şahı I Daranın Həmədan ərazisində qaya üzərində üç dildə yazılmış Bisutun kitabəsi də bizim üçün qiymətli mənbə sayılır.

Eramızdan əvvəl V əsrdən - eramızın IV əsrinə qədərki dövr qədim dövr hesab olunur və bu dövrə aid Azərbaycan tarixi barədə ən qiymətli məlumatlar antik yunan və latın yazılı mənbələrində saxlanılmışdır. Qədim Yunan müəllifləri qonşuluqda yerləşən Şərq aləmi ilə dərindən maraqlanmış və bu regionda mövcud olan dövlətlər, tayfalar haqqında müxtəlif məlumatlar toplamış və kitablarında əks etdirmişlər. Azərbaycanın ərazisi, əhalisi, coğrafi mövqeyi, siyasi vəziyyəti haqqında ən geniş məlumatlar e.ə.V əsrdə yaşamış qədim yunan tarixçisi Heradotun "Tarix" əsərində verilmişdir. Şübhəsiz, Heradotun dövründə Şərqdə yerləşən dövlətlərin, tayfa birliklərinin tarixinə maraq əsrlərlə davam edən yunan - İran qarşıdurmasından irəli gəlmişdir: müharibələr yunan cəmiyyətində öz rəqibləri haqqında daha ətraflı məlumata malik olmaq zərurəti yaratmışdır. Onun Madalılar və Mada (midiya) skiflər (iskitlər: iskuzlar), Azərbaycan tayfaları - müklər, utilər, saqartilər, matienlər, kaspilər və başqa tayfalar haqqında məlumatları çox qiymətlidirlər. Herodotun (e.ə.490-480 – e.ə.430-425) IX cildlik «Tarix» əsərində tarixi, coğrafi, etnoqrafik fikirlər zəngindir. Miletli Hekatey e.ə. VI-V əsrlərdə “Yerin təsviri” əsərində Cənubi Azərbaycanda yaşamış matienlər, Arazboyu müklər, Kaspi dənizi sahillərində katann tayfalarının yaşamaları haqqında məlumat verir.

E.ə.IV əsrin 30-cu illərində Makedoniyalı İskəndərin Şərqə uğurlu yürüşlərindən sonra bu regionun dərindən öyrənilməsinə maraq daha da artdı və bu proses sonrakı əsrlərdə də davam etmişdir. Antik dövrdə qədim yunan, Roma tarixçiləri, coğrafiyaçıları Strabon, Ptolemey, Pekini, Arrian, Kursi Ruf, Ammian Marse-lin, Tassit, Yuli Solin, Ksenofont və başqaları Şərq aləminə həsr etdikləri əsərlər-də qədim Azərbaycanın coğrafiyası, əhalisi, əhalinin məşğuliyyəti, etnik tərkibi, burada baş verən siyasi hadisələr və s. barədə məlumatlar vermişlər. Strabonun ”Coğrafiya” adlanan sanballı əsəri bizim üçün əvəz olunmaz mənbədir. Yazıları dövrümüzə qədər gəlib çatmış antik müəlliflərin heç birində Albanlar haqqında “Coğrafiya” əsərində verilənlər qədər geniş məlumat yoxdur. Onun Atropat Madası və ya Atropatenanın Böyük Midyanın bir hissəsi olması, bu ölkənin öz adını sərkərdə Atropatın adından götürməsi kimi məllumatları çox qiymətlidir. Strabon Qafqaz Albaniyası, onun vilayətləri, 26 dildə danışan tayfalar haqqında geniş məlumatlar verir.




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin