Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an


Bizanslı müəlliflərin əsərlərində



Yüklə 457,4 Kb.
səhifə3/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   76
FF tarix

Bizanslı müəlliflərin əsərlərində (Menandr, Prokopiy, Aqafi, Simokatta, İordan və başqaları) erkən orta əsrlərdə baş verən ictimai-siyasi hadisələr haqqın-da məlumatlar verilir. Xüsusən, hunların və sair türk mənşəli tayfaların Cənubi Qafqazda məskunlaşması, onların məşğuliyyəti, dini, inancları, dili və etnik adları haqqında məlumatlar bu mənbələrdə geniş yer almışdır.

Qədim Alban mənbələrindən ən qiymətlisi alban tarixçisi Moisey Kalankatlı-nın “Alban tarixi” əsəridir. Musa Kalankatlı VII əsrin sonu – VIII əsrin əvvəllə-rində yaşamış, “Alban tarixi”nin I və II kitablarını yazmışdır. Əsərin III və IV kitabları isə onun tələbələri tərəfindən kitaba əlavə edilmişdir. “Alban tarixi”ndə Azərbaycan ərazilərində İncil tarixindən X əsrin sonuna qədərki dövrdə baş verən hadisələr haqqında məlumatlar verilir. “Albaniya tarixi” kitabi 1861-ci ildə Patkanyan tərəfindən rus dilinə tərcümə edilərək Peterburqda çap olunmuşdur. Tərcüməsi əsərdə olan alban – türk ruhunu nə qədər təhrif etsə də, ümumilikdə onu aradan qaldıra bilməmiş və hətta bəzi türk sözlərini olduğu kimi saxlamışdır. Hətta 1984-cü ildə Yerevanda ikinci dəfə nəşr olunan kitab o qədər təhrif olunmuşdur ki, erməni tədqiqatçıları birinci tərcüməni yararsız saymışlar.

Əsərdə Mehranilər sülaləsinin Albaniya çarlığında hakimiyyətə gəlməsindən başlayaraq, Albaniyanın görkəmli çarı Cavanşirin hakimiyyətinin başlanması dövründən dövlətin sonrakı dövrlərinə qədər, xristianlığın bu ölkədə yayılmasına Albanlarla ərəblərin siyasi əlaqəsi qədər çox geniş məlumatlar verilir.

Albaniyanın XI-XII əsrlər tarixi haqqında Gəncəli tarixçi Mxitar Qoş da səlnamə yazmışdır. Onun “Alban səltənəti” əsəri həcmcə kiçik olsa da mənbəşünaslıq baxımından çox qiymətli bir əsərdir.

Ərəb qaynaqlarında Azərbaycan haqqında verilən məlumatlar xronoloji baxımdan VII əsrdən başlayır. Ərəb müəlliflərinin əsərlərini (Bəlazuri, İbn Xor-dadbeh, İbn Havgəl, Təbəri, Müqəddəsi, Yaqut Həməvi, Məsudi və başqaları) fərqləndirən başlıca cəhət onlarda Azərbaycan haqqında daha müfəssəl məlumat-ların əks olunmasıdır. Bu mənbələrdə Azərbaycanın şəhərləri, əhalisi, əhalinin di-li, dini, etnik mənsubiyyəti, siyasi hadisələr və sairə haqqında çox geniş bilgilər verilir. Həmin mənbələrdə Azərbaycan adının mənşəyi barədə mövcud mülahizə-lər əks olunmuş, Azərbaycanın tarixən qədim zamanlardan türklər ölkəsi olduğu göstərilmişdir.

Orta əsr yazılı qaynaqları (XI-XVIII əsrlər). Bu dövrün ərəb, fars və türkdilli qaynaqlarında Azərbaycan tarixinə aid qiymətli məlumatlar əks olunmuş-dur. Ərəb müəlliflərindən İbn Əl-Əsir Azərbaycan ərazisi və tarixi barədə müxtəlif məlumatlar qeydə almışdır. Həmdullah Qəzvini orta əsr Azərbaycan şəhərləri, dağları, çayları və təbii sərvətləri, əhalisinin etnik tərkibi, məşğuliyyəti barədə məlumat verir. Fəzlullah Rəşidəddin də əsərlərində, Hülakilər dövləti dövründə Azərbaycanın iqtisadi, siyasi, demoqrafiq məsələlərini işıqlandırmışdır. Sədrəddin Hüseyninin əsəri isə Səlcuq sülaləsinə, səlcuqların Azərbaycana yürüşləri və bu bölgədə möhkəmlənməsinə həsr olunmuşdur. Əslən Bakıdan olan Rəşid Əl-Bakuvinin əsərlərində Azərbaycanın coğrafi şəraiti və əhalisi haqqında qiymətli məlumatlar verilir.

Orta əsrlərdə yazıb yaratmış Cuveyni, Məhəmməd Naxçıvani, Həsənbəy Rumlu, Ən-Nəsəvi, Xondəmir (Qiyasəddin Hüseynli), Mir Yəhya Qəzvini, Şərəf-xan Bitlisi, İskəndər Münşi, Hüseyn Bürhan, Mirzəbəy Həsən Hüseynli, Məhəmməd Tahir, Əylisli Zəkəriyyə, Mustafa Əfəndi, Övliya Çələbi və sair müəlliflərin yazdığı əsərlərdə də Azərbaycan tarixinin müxtəlif məsələlərinə dair fraqmentar məlumatlar verilmişdir.

Orta əsr yazılı mənbələrinin bir qismini avropalı müəlliflərin əsərləri təşkil edir. Azərbaycana gələn Avropa səyyahları Adam Oleari, Peter de Valli, Jan Şar-den, Kempfer, J.Lerx, Tomas Herbert, Jan Batist Tavernye, Rafael dü Man və baş-qalarının əsərlərində Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatına dair müxtə-lif məlumatlar yer almışdır.




Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin