Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an



Yüklə 457,4 Kb.
səhifə6/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   76
FF tarix

Orta paleolit dövrü təxminən 100 min il bundan əvvəl başlanmış, e.ə. 40-cı minil-liyə qədər davam etmişdir. Bu dövr Mustye mədəniyyəti (Mustye-Fransada yer adıdır. Bu dövrdə insanların fiziki və zehni inkişafı səviyyəsi artmış, əmək alətləri və əmək vərdişləri təkmilləşdirilmişdi.

Orta Paleolit dövründə yeni insan tipi yaranmışdır. Həmin insanlar neandertal adamı adlanır (Neandertal – Almaniyada yer adıdır. Burada İbtidai insanın kəl-lə sümüyü tapılmışdır). Onlar əsasən ovçuluqla – Qafqaz maralı, mağara ayısı, boz ayı, tur, dağkeçisi, vəhşi at (gur) və s. ovlamaqla, həmçinin yem toplamaqla (yığıcılıqla) məşğul olmuşlar.Azərbaycanda bu dövr Azıx mağarasının müəyyən təbəqəsi, Tağlar, Daşsalahlı, Qazma, Zar, Qədirdərə, Marallı kimi yaşayış düşərgələri əsasında öyrənilmişdi.

Orta Paleolit dövründə qədim insanların ətraf mühitə münasibətində, dini görüşlərində dəyişikliklər yaranmışdır.Axirət dünyasına inam ilk dəfə bu dövrdə yaranmışdı. Ovsun, heyvanlara (totemlərə), təbiət qüvvələrinə inamla bağlı dini təsəvvür formaları meydana gəlmişdir. Orta Paleolit dövründən başlayaraq ulu icma yavaş-yavaş sıradan çıxmış, qəbilə icması yaranmağa başlamışdır


Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin