Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an



Yüklə 457,4 Kb.
səhifə14/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   76
FF tarix

Turukki etno - sivasi birliyi.. Eramızdan əvvəl II minilliyin əvvəlində Urmiya gölü hövzəsində yaşayan turukki və su tayfa-larının siyasi fəaliyyəti başlayır. Onlar əvvəlki dövrlərdə Aratta, sonra isə Kutium və Lullubi dövlətlərinin tərkibinə daxil idilər. Bu dövlət qurumları süquta uğradıqdan sonra turukki və su tayfaları İkiçayarası hadisələrinə müstəqil surətdə qarışmağa imkan tapdılar. Onların bu hücumları İkiçayarasının şimalında yaranmış Assur dövlətinin sərhədlərində təhlükə yaradırdı. Assur hökmdarı I Şamşi-Adad (era-mızdan əvvəl 1813-1781) turikkilərə qarşı hərbi yürüş təşkil edir. Lakin bu tayfaların müdaxiləsinin qarşısını ala bilmir. Turikkilər Assurların nəzarəti altında olan Şumer vilayətində yerləşdilər. Turukkilərin bir hissəsi Assurlarla sülh bağlayır.Eramızdan əvvəl II miniliyin əvvəlində Azərbaycan tayfalarını ayrı-ayrı başçılar, yaxud xırda hökmdarlar təmsil edirdilər. Turikkilərin bir neçə, lullibilərin isə çox hökmdarı var idi. Erkən Azərbaycan dövlətləri artıq parçalanmışdılar, ay-rı-ayrı xırda hökmdarların hakimiyyəti bərqərar olmuşdu. Bu dövrdə güman ki, turikki, lullubi, kuti və b. tayfaların ittifaqı mövcud idi. Bu tayfaların fasiləsiz təzyiqi Assuriya dövlətinin zəifləməsinə və Babilistan hökmdarı Hammurapinin (eramızdan əvvəl 1792-1750) Şimali İkiçayarası hadisələrinə müdaxilə etməsinə şərait yaratdı. O, turikki və kuti tayfalarının hücümlarını dəf etdi. Eramızdan əvvəl XIV əsrin sonunda Assuriya yenidən qüvvətlənir və onun qədim Azərbaycan torpaqla-rına hücumları güclənir. Assuriya lullubilərin yaşadığı ərazini ələ keçirmişdi. Lakin Assuriyanın Azərbaycan ərazisində hökmranlığı müvəqqəti xarakter daşıyırdı. Qədim Azərbaycan tayfaları üsyan qaldırır, Assur əsarətindən xilas olmağa çalı-şırdılar. Qədim Azərbaycanın xırda hökmdarları çox zaman birləşməyə macal tapmır, təkbətək döyüşə girir və ya uğursuz müdafiə olunurdular. Qədim Azərbaycan tayfaları eramızdan əvvəl II miniliyin sonu-I minilliyin əvvəlində yeni dövlət qu-rumlarının meydana gəlməsi ərəfəsində idi. Qədim Azərbaycan tayfaları ilə qonşuluqda hind-avropalılar, şumerlər, samilər, kassilər, elamlar və s. yaşayırdılar.E. ə. XIX əsrin sonu - XVIII əsrin I yansında döyüşkən turukkilər mütəşəkkil hərbi-siyasi qüvvə kimi çıxış etmiş, yarım əsr ərzində Assur hökmdarlan ilə savaşlara girmiş, Assurun Şərqə doğru hərbi təcavüzünü dayandıraraq tarixi Azərbaycan torpaqlarını işğal təhlükəsindən qurtarmışdılar.E. ə. XIV - XIII əsrlərdə kuti, lullubi, su tayfaları ilə birlikdə turukkilər də assurların tez-tez baş verən yürüşlərinə qarşı birlikdə mübarizə aparırdılar. Bu tayfalar Azərbaycanın qədim tarixində mühüm rol oynamışlar. E. ə. I minilliyin başlanğıcında Azərbaycanda öz dövlətlərini yaradan mannalılar həmin tayfaların varisləri hesab olunurlar. Kuti-lullubi dillərində sözlər qalmadığından və dil materialı yalnız şəxs adlarından ibarət olduğundan onlann dil mənsubiyyəti indiyədək dəqiq müəyyən edilməmişdir. Tarixşünaslıqda kuti-lullubi tayfalarının türkdilli olması haqqında müəyyən ehtimallar vardır.

Aratta – Azərbaycan ərazisində (Güney Azərbaycanda) e.ə. III minilliyin I yarısında meydana gəlmiş ilk dövlət qurumu. Onun ərazisi Urmiya gölünün cənub və cənub şərq hissəsini əhatə edirdi. Diyala çayının yuxarı axarı və müasir Zəncan-Qəzvin ərazisi Arattanın aşağı sərhəddini təşkil edirdi. Aratta dövləti İkiçayarası (Mesopotamiya) şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi. Bu ölkə ilə əlaqədar hadisələr (e.ə.III minilliyin birinci yarısı) bir neçə Şumer dastanında əks olunmuşdur. Məsələn: “En-Merkar və Aratta hökmdarı”, “En- Merkar və En-Sukuşşiranna və s. Bu dövlət Şumer şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələr saxlayırdı. Şumerin paytaxtı Uruk və onun hökmdarı En-Merkar ilə Arrata arasında əlaqələr genişlənirdi. Aratta hökmdarı En-Sukuşsirana Şumerlərə bir müttəfiq kimi yanaşı, hətta samilərin Şumerə hücumları zamanı onlara hərbi yardım da etmişdi.Eyni zamanda bu iki dövlət arasında münaqişələr də olur, biri-digərini tabe etməyə çalışırdı. Arattanın coğrafi mövqeyi və yerləşdiyi ərazi haqqında müxtəlif fərziyyə və mülahizələr irəli sürülüb. Erməni tarixçiləri XIX əsrdən başlayaraq Aratta sözünü Ayrarat (Ayrorat, daha dəqiqi Ararat) kimi təhrif edərək Ağrı dağı ətrafında (Şərqi Anadoluda) lokalizə etməyə çalışmış və Aratta dövlətinin ən qədim erməni dövləti olduğunu qeyd etmişlər (hər nə qədər ermənilərin (ərmənlər) və ermən tarixinin haylarla yaxından-uzaqdan əlaqəsi olmasa da). Lakin Arattanı təsvir edən qədim qaynaqlardakı təbii-coğrafi şərait və faydalı qazıntı yataqlarının heç biri Şərqi Anadoluda olmadığından ermənilərin bu əsassız iddialarının tarixi saxtalaşdırmaq cəhdindən başqa bir şey olmadığı və heç bir elmi mənbəyə əsaslanmadığı üzə çıxır. Şumer dastanları qiymətli lacivərd daşının Arattadan gətirildiyini qeyd edirlər. Məhz bununla əlaqədar tədqiqatçılar Arattanı lacivərd yataqları olan əraziyə şamil edirlər.Zəngin yeraltı faydalı sərvətləri olan Arattanın əhalisi qızıl, gümüş, qurğuşun,mis və s.hasil edir və Mesopotamiya ərazisinə ixrac edir, oradan isə Arattaya taxıl və meyvə gətirilirdi. E.ə.III minilliyin ikinci yarısında Şumer şəhər dövlətləri süquta uğradı.Mesorotamiya Akkad dövlətinin hakimiyyəti altında birləşdirildi. Bu zaman Aratta bir dövlət kimi artıq siyasi səhnədən çıxmışdı. Keçmiş Aratta dövlətinin qərb torpaqlarında lullubi tayfalarının ittifaqı yaranmışdı.Bu tayfa ittifaqına turukku və su tayfaları da daxil olmuşdular.


Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin