Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an



Yüklə 457,4 Kb.
səhifə16/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   76
FF tarix

Manna dövləti. Azərbaycan dünyada qədim dövlətçilik ənənələrinə malik olan bir ölkə kimi tanınır. Fəxrlə belə söyləmək olar ki, Azərbaycan türklərinin adı ən qədim çağlardan dövlət yaradan və dövlətçilik ənənələrini qoruyub saxlaya bilən xalqların sırasında çəkilir. E. ə. III minillikdə erkən dövlətlər yaratmaqla tarixin səhnəsinə çıxan Azərbaycan türkləri e. ə. I minilliyin əvvəllərində Azərbaycanın cənubunda Manna adlı yeni bir dövlətin əsasını qoymuşdular. Mannanın adı ilk dəfə e. ə. 843-cü ildə Assur mixi kitabəsində «Munna» kimi çəkilmişdir. E. ə. 843-cü ildə Assur çarı III Salmanasar İç Zamuadakı bəzi məntəqələri ələ keçirdikdən sonra Manna ölkəsinə qədər gedib çıxmış, ancaq müqavimət nəticəsində bu ölkəyə girə bilməmişdi. E. ə. 829-cu ildə Assuriyanın Mannaya yeni hücumu ilə bağlı mixi yazısında bu dövlətin hökmdarı Udakinin və paytaxt şəhəri Zirtanın (sonralar İzirtu) adı çəkilmişdir. Mannanın bir dövlət kimi formalaşmağa başlaması e. ə. IX əsrin ortalarına düşür. Həmin əsrin 30 - 20-ci illərində Urmiya gölünün bütün cənub və cənub - şərqindəki «ölkələr»in çoxu Udakinin hakimiyyəti altında birləşdirilmişdi Mannalardan şərq və cənub-şərqə doğru Midiya tayfaları yerləşmişdilər. Onlar haqqında ilk məlumata e.ə.IX əsrə aid olan Assuriya yazılarında rast gəlmək olur. Midiyalıların yerləşdiyi həmin ərazi “ Maday” və ya “Amaday” adlanırdı.E.ə.I minilliyin əvvəllərində Cənubi Azərbaycanda, Urmiya gölü hövzəsində mərkəzləşmiş dövlətin meydana gəlməsi üçün şərait yaranır.Bu dövlət Manna adlanır. Manna ərazisində bir sıra xırda dövlət birləşmələri mövcud idi və onlar xarici müdaxiləyə qarşı təkbaşına mübarizə aparırdılar. Manna ərazisində əsas vilayətlər bunlar idi. Zamua, Mazuma, Gilzan, Alateye, Zikirtu, Andia və s.

Urmiya gölünün cənubunda Zamua vilayəti yerləşirdi. Bu ərazi lulluların məskəni olmuşdur. E.ə. IX əsrin birinci yarısında Zamua siyasi cəhətdən vahid deyildi və bir neçə müstəqil vilayətlərə parçalanmışdı.

E. ə. IX əsrin sonu - VIII əsrin əvvəllərində Manna dövləti dəfələrlə qonşu Assuriya ( Yuxarı Dəclə çayının ətraflarında yerləşən ərazi. Adı burada mövcud olmuş qədim Aşşur şəhəri ilə bağlıdır. Daha sonralar, Aşşur İmperiyası Yaxın Şərqdə, Misirdə və Anadoluda böyük əraziləri tərkibinə daxil edən qüdrətli bir dövlətə çevrilmişdir.) Urartu (Cənubi Qafqazda Göyçə gölündən Van gölünə qədər olan ərazilərdə yaranmışdır.) kimi çox qüdrətli dövlətlərin çoxsaylı talanedici yürüşlərinə məruz qalmışdır. Bu amansız savaşlarda Manna böyük əhali və təbii sərvətlərini qurban vermək bahasına öz təhlükəsizliyini və dövlətçiliyini qoruyub saxlaya bilmişdir. Manna imkan düşən kimi ona düşmən kəsilən dövlətlərin üzərinə yürüşlər edirdi. E. ə. 776 - 775-ci illərdə Manna Urartu üzərinə hücum etmiş və bu hadisə Urartu yazısında «Manna ölkəsi gəldi» kimi verilmişdir.


Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin